XIX əsrin ortalarında İngiltərədə sənaye inqilabının başladığı vaxtlarda sənaye bölgələrindəki ağacların qabıqları açıq rəngli idi. Bu səbəbdən, bu ağacların üstünə qonan Biston betularia növündən olan kəpənəklərin tünd rəngli növləri (melanik kəpənəklər) burada qidalanan quşlar tərəfindən tez görülür və yeyilirdilər. Lakin əlli il sonra sənaye çirklənməsi nəticəsində ağacların gövdələrinə sarmaşan yosun növündən olan şibyələr məhv olur və ağacların gövdələri qaralır. Bu dəfə açıq rəngli kəpənəklər ağac gövdələrində daha aydın göründüyünə görə, quşlar tərəfindən yeyilirlər. Nəticədə, açıq rəngli kəpənəklər sayca azalır, tünd rəngli melanik kəpənəklər yem olmadıqları üçün çoxalırlar.
davamı


“Focus” jurnalının 2003-cü ilin aprel sayındakı bu sözlər illərlə ara keçid forma kimi tanıdılmış Coelacanth adlı balığın (Latimera chalumnae) canlı nümunəsinin dövrümüzdəki dənizlərdə tapılması qarşısındakı təəccüb darvinistlərin dilindən deyilir. Darvinistlər 1938-ci ildən əvvəl latimeriya fosili haqqında çoxlu iddialar irəli sürmüş, canlının üzgəclərini yeriməyə başlayan ayaqlar, fosilləşmiş yağ kisəsini isə ibtidai ağciyər kimi izah etmişdilər. Fosil üzərindəki bütün spekulyasiyalarla itmiş halqanı tapdıqlarını irəli sürürdülər.

