• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

Nebraska adamı saxtakarlıqdır

1922-ci ildə Amerika Təbiət Tarixi Muzeyinin müdiri Henri Ferfild Ozborn Qərbi Nebraskadakı İlan dərəsi yaxınlığındakı Plieosen dövrünə aid azı dişi fosili tapdığını açıqladı. Bu diş iddiaya əsasən, insan və meymunların ortaq xüsusiyyətlərini daşıyırdı. Çox keçmədən bu məsələ ilə bağlı çox dərin elmi müzakirələr başladı. Bəziləri bu dişin sahibini pithecanthropus erectus olduğunu söyləyir, bəziləri isə bunun insana daha yaxın olduğunu deyirdilər. Böyük müzakirələrə səbəb olan bu diş fosilinə “Nebraska adamı” adı verildi. “Elmi” adı da dərhal qoyuldu: Hesperopithecus haroldcooki.

Bu tək dişə əsaslanaraq Nebraska adamının kəlləsi və bədəni bərpa edildi. Hətta daha da irəli gedərək Nebraska adamının ailəsinin təbii mühitdə rəsmləri dərc edildi. Bütün bu ssenarilər bircə dişdən uydurulmuşdu. Təkamülçü kütlələr bu fantastik adamı o qədər mənimsəmişdilər ki, Uilyam Brayen adlı bir tədqiqatçı bircə azı dişinə əsaslanaraq bu qədər erkən hökmlə qərar verilməsinə qarşı çıxdıqda qəzəblə qarşılandı.

Ancaq 1927-ci ildə skeletin digər hissələri də tapıldı. Tapılan yeni hissələrə görə, bu diş nə meymuna, nə də insana aid idi. Dişin prosthennops adlandırılan Amerika qabanının nəsli kəsilmiş cinsinə aid olduğu məlum oldu. Uilyam Qreqori bu səhvi xəbər verdiyi “Science” (Elm) jurnalındakı məqaləsinə belə başlıq qoymuşdu: “Görünür, Hesperopithecus nə meymun, nə də insandır”.1

Elmi yazıçı Hank Haneqraff bu məsələ ilə bağlı hadisələri nəql edir:

“1922-ci ildə Nebraskada bir diş kəşf edildi. Bir az fantaziya gücü ilə bu diş mifoloji çənə sümüyünə, çənə sümüyü kəlləyə, kəllə də skeletə yerləşdirildi və skeletə bir üz, digər xüsusiyyətlər və tüklər əlavə edildi. Bu hekayə London qəzetlərində əks etdirildikdə təkcə Nebraska adamının deyil, eyni zamanda, Nebraska qadınının da rəsmi vardı. Bunların hamısı yalnız bircə dişdən ortaya çıxmışdı. Bir də skelet tapsalar, nələr olacağını siz düşünün. Bəlkə də bir il KİV-lərdə yayımlayardılar.

Bu kəşfdən bir müddət sonra buna bənzər bir diş geoloq Harold Kuk tərəfindən tapıldı. Bu dəfə diş həqiqi kəlləyə yerləşdirildi və kəllə də qaban skeletinə yerləşdirildi. Beləliklə, “elmi” baxımdan hesperopithecus haroldcooki adlandırılan Nebraska adamının mif kimi maskası düşdü”.2

Bu hadisə nəticəsində Hesperopithecus haroldcooki və “ailəsi”nin bütün rəsmləri dərhal elmi ədəbiyyatdan çıxarıldı. Nebraska adamı, əslində, darvinistlərin bircə dişi bəhanə edərək necə fantastik təkamül ssenarisi uydura bildiklərinin mühüm göstəricisidir. Diş fosili canlının ümumi anatomiyasına dair, demək olar ki, heç bir məlumat verməməsinə baxmayaraq, qaban dişinə əsaslanaraq Nebraska adamının və ailəsinin rəsmlərinin çəkilməsi və bu saxtakarlığın ifşa edilənə qədər elmi göstərilməyə çalışılması darvinizm adına böyük biabırçılıqdır. Lakin bu nümunə darvinist saxtakarlıqların qarşısını almamış, darvinist yalanlar şüurlu şəkildə davam etmişdir.

 

İqtibaslar:

  1. K. Gregory, “Hesperopithecus Apparently Not An Ape Nor A Man”, Science, vol. 66, December 1927, səh. 579
  2. Hank Hanegraaff, Fatal Flaws “What Evolutionists Don’t Want You To Know”, W Publishing Group, 2003, səh. 31-32

Şərh üçün bağlıdır.

axtarış