• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

Azvision.az saytındakı “Niyə yuxuda uçur və yıxılırıq?” adlı məqaləyə CAVAB

21 sentyabr 2015-ci ildə Azvision.az saytında “Niyə yuxuda uçur və yıxılırıq?- Elmi Cavab” başlıqlı bir yazı yayımlandı. Bu yazı “elmi cavab” kimi təqdim edilsə də, heç bir elmi əsası olmayan fərziyyələr bir-biri ardınca sadalanırdı. Bu cavab məqaləmizdə sözügedən fərziyyələrə əsl elmi cavabları verəcəyik.

Yazıda məşhur təkamülçü, materialist Karl Saqanın “Cənnətin əjdahaları” adlı kitabında geniş yer verdiyi “üçqatlı beyin” fərziyyəsindən bəhs olunur və başlıqda verilən sual da bu nöqteyi-nəzərdən cavablandırılmağa cəhd edilir. Halbuki elə Karl Saqanın kitabının bütöv başlığı onun iddialarının heç bir elmi dəyəri olmadığını açıq şəkildə ifadə edir: “Cənnətin əjdahaları: İnsan şüurunun təkamülü ilə bağlı spekulyasiyalar” (“The Dragons of Eden: Speculations on the Evolution of Human Intelligence”). Yəni Saqan anatomiya, fiziologiya, neyrobiologiya, antropologiya kimi elm sahələrində aparılmış uzun elmi araşdırmalardan, laboratoriya tədqiqatlarından sonra əldə edilən faktları yox, sadəcə və sadəcə öz fərziyyələrini- spekulyasiyalarını qələmə almışdır. Təbii ki, bu xəyal məhsulu ideyaları bir yerə cəmləyib bunlara iri şriftlərlə “ELMİ CAVAB” deməyin heç bir mənası yoxdur. Bu, sadəcə darvinist təbliğat üsullarından biridir.

Üçqatlı beyin (triune brain) fərziyyəsi ilk dəfə təkamülçü neyrobioloq Pol D. Maklin tərəfindən 1960-cı illərdə formalaşdırılmışdır. Maklin iddia etmişdir ki, onurğalıların ön beyini təkamül prosesində üst-üstə yığılan 3 hissədən- sürünən beyni (R-kompleks), qədim məməli beyni (limbik sistem) və müasir məməli beynindən (neokorteks) təşkil olunan üçpilləli quruluşa malikdir. Karl Saqan isə 1977-ci ildə qələmə aldığı kitabında bu fərziyyəni populyarlaşdırmış və ictimaiyyətə “bir çox maraqlı sualın cavabı” kimi təqdim etmişdir. Sonralar yalnız azsaylı alim tərəfindən razılıq görən bu hipotez elmi icma tərəfindən də rədd edilmiş və sadəcə bir hipotez olaraq qalmışdır.1 Sözügedən hipotezə qarşı olan minlərlə alimdən biri- Corc Meyson Universitetindən təkamülçü professor Ceyms Trefil hipotezi “sadə, zərif, anlaşıqlı və tamamilə yanlış” olaraq səciyyələndirir.2

Karl Saqanın kitabındakı iddialara əsasən, bu gün insanlardakı bir çox neyrobioloji proseslərin birbaşa səbəbkarı bizim dırnaqarası əcdadlarımızdan qalma “xatirələr”dir. Məsələn, Saqana əsasən, Uzaq Şərqdən tutmuş qədim Avropaya qədər bir çox mədəniyyətə xas olan “əjdaha” nağılları yalnız bununla izah oluna bilər: ta yüz milyonlarla il əvvəl guya bizim ilkin məməli əcdadlarımızın mübarizə apardığı dinozavrlar şüuraltına, daha dəqiq desək, bu gün də insan beyninin bir hissəsini təşkil edən “R-kompleks”ə necəsə həkk olunub və insanlarda özünü “əjdaha mifləri” kimi büruzə verib.3  Göründüyü kimi, bu və buna oxşar spekulyasiyalar heç bir elmi mahiyyət daşımayan nağıllardan ibarətdir. Əgər bir kəs “mən 500 il əvvəl ata-babamın gördüklərini xatırlayıram”,- desə, bu düşüncə insanlarda ancaq yumor hissi oyadar. Çünki xatirələrin, yaddaşın, həyat təcrübəsinin genlərlə nəsildən-nəsilə ötürülmədiyini bu gün hamı bilir. Dr. Karl Viland Saqanın iddialarına belə şərh verir:

“Bu gün haqqında əməlli-başlı məlumatımız olan irsiyyət qanunlarına baxsaq, (Saqanın iddiası) olduqca həqiqətdənkənardır. Elə ki, bu məsələyə çaşqın bir təbəssümdən başqa qarşılıq verən ciddi alim tapmaq olmaz”.4

Yaddaşın DNT tərəfindən kodlanıb gələcək nəsillərə ötürülməsi ancaq lamarkist yanaşmanın başqa bir növüdür. Həyat boyu qazanılan xüsusiyyətlərin nəsilbənəsil ötürüldüyünü iddia edən lamarkist fərziyyə elm dünyası tərəfindən hələ 19-cu əsrdə tərk edilmişdi. Bu iddialar sonradan Mendelin əsasını qoyduğu irsiyyət qanunları ilə təkzib edilmişdi.

Yuxularımızda gerçəkləşən hadisələrə də “spekulyativ” bir cavab axtaran Saqan yenə eyni nəticələrə gəldiyini qeyd edir. Azvision.az-da da qeyd edildiyi kimi, insanların yuxularında bir yerdən yıxıldıqlarını görüb oyanmalarının səbəbi guya primat əcdadlarımızın hündür budaqlarda yatıb yıxılmaq təhlükəsinin bir təzahürüdür. Yuxuda yıxıldığını görüb dərhal oyanmaq da bir növ müdafiə mexanizmi kimi əcdadlarımızdan bizə miras qalıbmış. Halbuki burada çox bəsit bir xətaya yol verilir: hündürlükdən yıxılmaq primatlar üçün nə qədər təhlükəlidirsə, biz insanlar üçün də bir o qədər təhlükəlidir. Elə bu gün də insanların hündür yerlərdən yıxılıb zədələnmək və həlak olmaq ehtimalları mövcuddur. Yuxuda yıxıldığımızı görərkən də bu hadisəyə reaksiya olaraq dərhal reflektiv oyanma hadisəsi baş verir. Bunu təkamül nəzəriyyəsi ilə əlaqələndirməyə çalışmağın nə dərəcədə absurd olduğunu azvision.az əməkdaşları özləri də bilməlidirlər. Əcdadlardan qalma xüsusiyyətlər kimi tərif edilən və “atavizm” adlandırılan fenomenlər isə sadəcə bir sıra genetik və fizioloji proseslərdir ki, məcburi yolla təkamül nəzəriyyəsinə sübut kimi təqdim edilməyə çalışılır.

Azvision.az saytında son iddia olaraq Saqanın hipotezlərinə bir əlavə də edilir və yuxularda uçmağımız “üçqatlı beynin” limbik sistemi ilə izah olunur. Lakin belə görünür ki, müəllif təkamül nəzəriyyəsi haqda səthi biliyə malik olduğuna görə çox kobud bir səhvə yol vermişdir. Beynimizin “limbik sistemi”nin quşlardan miras qaldığından, buna görə də, bəzən yuxularımızda uçduğumuzdan danışılan məqalədə gözdən qaçırılmışdır ki, təkamül nəzəriyyəsinə əsasən, insanların quş əcdadı yoxdur. Nəzəriyyəyə əsasən quşlar və məməlilər ayrı-ayrı sürünən əcdadların törəmələridir.5 Ona görə də, insanın təkamül tarixində quşlardan qalma xüsusiyyət olması elə təkamül nəzəriyyəsinə görə də mümkün deyildir.

NƏTİCƏ

Azvision.az saytında “elmi cavab” başlığı ilə yayımlanmasına baxmayaraq, sözügedən məqalə tamamilə elmdənkənardır. Bu gün astrologiya (ulduz falı) və simya kimi maraq sahələri nə dərəcədə elmi dəyər daşıyırsa, təkamülçü nağıllar da bir o qədər “elmi” dəyərə malikdir. Azvision.az saytında yayımlanmış daha bir darvinizm xarakterli məqalədəki elmi xətalara Azvision.az saytının “Niyə pərvanə özünü oda atır?” adlı məqaləsinə cavab adlı cavab məqaləmizdə yer vermişdik.

 

MƏNBƏLƏR:

  1. https://en.wikipedia.org/wiki/Triune_brain
  2. Trefil, J. 1997. Are we unique? A scientist explores the unparalleled intelligence of the human mind. New York, New York: John Wiley & Sons.
  3. Carl Sagan, The Dragons of Eden: Speculations on the Evolution of Human Intelligence (New York: Ballantine Books, 1977), p. 157
  4. Dr. Carl Wieland, The Year the Water Dragon Roared, Creation.com, 31 January 2012
  5. Ətraflı məlumat üçün baxın: GERÇƏK TƏBİƏT TARİXİ -II- (Quşlar və Məməlilər)

Şərh üçün bağlıdır.

axtarış