• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

BBC Azərbaycan saytının “Dinozavrların həlakı: qanunauyğunluq, yoxsa təsadüf?” başlıqlı yazısına cavab

BBC Azərbaycanca saytı təkamül fərziyyəsini müdafiə edən məqalələrə yer verməklə elmlə heç bir əlaqəsi olmayan fikirləri elmi həqiqət kimi təqdim edir və beləcə bir çox insanın bu yalnışlara inanmasına yol açır. Bu dəfə dərc olunan 4 avqust 2014 tarixli məqalə dinozavrların meteoroid toqquşmasıyla nəslinin kəsilməsi ilə bağlıdır. Lakin, bu doğru olsa da, həmişəki kimi bəzi yerlərə təkamül fərziyyəsini müdafiə xarakterli cümlələr səpələnib. Bunu  məqalənin içərisindən olan sitatla bildirək:

“Dr. Brusatte-ın sözlərinə görə, bu bəlalı (bizim üçün deyil, dinozavrlar üçün) asteroid olmasaydı, dünyada dinozavrlar hökmranlıq edərdi. “Lakin bizə həmin dünyada yer olmayacaqdı, çünki dinozavrlar məməlilərin inkişafına əngəl olacaq və nəticədə insan yaranmayacaqdı”,- Dr. Brusatte açıqlayır. Bu isə başqa bir suala yol açır: dinozavrların özləri necə inkişaf edib? Kim bilir, bəlkə onlar da məməlilərin keçdiyi yolu keçəcək və bizim kimi təkmil canlıya çevriləcəkdilər?”1

Gördüyünüz kimi, dr. Brusattenin sözləri ucuz söz oyunundan başqa bir şey deyil.

Əvvəla, onu qeyd etmək mütləqdir ki, dinozavrlar məməlilərin inkişafına əngəl törətməyəcəkdi. Bu sözləri təkamülçülər doqmatik olaraq, öz inanclarına uyğun, həyatda qalmaq üçün amansız mübarizənin olduğu fikrinə əsasən şərh edirlər. Əgər canlıların mənşəyi bu fikrə əsasən öz təsdiqini tapsaydı, onda deyə bilərdik ki, “bəli dinozavrlar olsaydı, digər canlı qruplarını məhv edəcək və nəticədə məməlilər də təkamül keçirə bilməyib insan əmələ gəlməyəcəkdi”. Amma söhbət canlıların mənşəyindən gedirsə, onda ən doğru məlumatı elmi dəlillərə baxıb öyrənə bilərik. Elmi olaraq, Yer üzərindəki heç bir canlı yaşamaq uğrunda mübarizədən sonra təkamül keçirib başqa bir canlını meydana gətirməyib. Canlıların necə meydana çıxması ilə bağlı ən doğru məlumatı paleontologiya elmi verir. Paleontoloji qalıqlar bizə bütün canlıların heç bir əcdadı olmadan anidən mükəmməl və kompleks şəkildə ortaya çıxdığını və heç bir dəyişikliyə uğramadığını göstərir. İnsanlar da bütün canlı sinifləri kimi anidən heç bir əcdad olmadan meydana gəliblər.

Bu keçiddən istifadə edərək məməlilərin təkamülü haqqındakı bütün iddiaların elmi cavabları ilə tanış ola bilərsiniz.

P. Qrasse bu mövzuda belə deyir:

“Təbiətşünaslar unutmamalıdırlar ki, təkamül prosesi sadəcə fosillər vasitəsilə üzə çıxa bilər… Sadəcə paleontologiya (fosilləri öyrənən elm) təkamülə dəlil verə bilər və təkamülün inkişafını və mexanizmlərini göstərə bilər“.2

Məqalədə qeyd olunan çox mühüm yalnışlıqlardan biri də “dinozavrların özləri necə inkişaf edib? Kim bilir, bəlkə onlar da məməlilərin keçdiyi yolu keçəcək və bizim kimi təkmil canlıya çevriləcəkdilər?” fikridir. Burada bir məqamı qeyd edək ki, dinozavrlar özləri necə inkişaf edib sualı dinozavrlar özləri necə təkamül keçirib şəklində olmalıdır. Gördüyünüz kimi, dr. Brusatte bu sualın cavabını bilməsə də, dinozavrların təkamül keçirdiyindən əminliklə bəhs edir. Əgər sualın cavabını  bilmirsə, gərək təkamül xarakterli cümlələr qurmasın. Dr. Brusattenin sonrakı cümləsindən də elmi məlumatının əksik olduğu qənaətinə gəlmək olur. Məməlilər hansı mərhələlərdən keçiblər ki dinozavrlar da keçsin təkmil olsun?!. Təkamülçü zooloq Erik Lombard “Təkamül” (Evolution) adlı jurnalda belə yazır:

“Məməlilər sinfi daxilində təkamül xarakterli qohumluq əlaqələri (filogenetik əlaqələr) qurmaq üçün məlumat axtaranlar ümidsizliyə düşəcəklər”.3

Qısaca desək, məməlilərin mənşəyi digər canlı qruplarında olduğu kimi, təkamül nəzəriyyəsi ilə heç cür açıqlana bilmir. Corc Qeylord Simpson bu həqiqəti uzun illər əvvəl belə etiraf etmişdir:

“Bu, məməlilərin 32 fərqli dəstəsinin hamısına aiddir… Hər dəstənin məlum olan ən qədim və ən ibtidai üzvü bu dəstəyə aid əsas xüsusiyyətlərin hamısına malikdir və heç cür bir dəstədən digərinə doğru irəliləyən davamlı inkişafa rast gəlinmir. Bir çox nümunədə fərq o qədər kəskin və boşluq o qədər böyükdür ki, bütün dəstənin mənşəyi şübhəli və həddindən artıq mübahisəlidir…

Ara keçid formaların bu sistemli yoxluğu sadəcə məməlilərə xas deyil və paleontoloqların uzun zamandan bəri anladığı kimi, demək olar ki, universal faktdır. Bu fakt onurğalı və ya onurğasız – bütün heyvan siniflərinə və bütün dəstələrə aiddir. Açıq desək, eyni fakt bitkilərin fərqli kateqoriyalarına da aid edilir”.4

Əksinə, Yer üzərindəki bütün canlılar hər biri ayrı-ayrılıqda mükəmməl xüsusiyyətlərə, kompleks quruluşlara sahibdirlər. Heç bir canlı yarım-yamalaq deyil. Cənab Brusatte sualların cavabını tapması üçün fosil qeydlərinə diqqət etsə kifayətdir. Bütün canlılar, dinozavrlar, məməlilər, insanlar heç bir əcdadları olmadan anidən üzə çıxıblar. Yəni dinozavrlar da bütün canlılar kimi Allah tərəfindən yaradılıblar. Əgər hər hansı bir canlı dinozavrlara başlanğıc veribsə, onda həmin canlılarla dinozavrlar arasında keçid formalar olmalı və fosil qeydlərində görülməlidir. Amma belə canlılar heç bir zaman mövcud olmayıblar.

Məqalədə rast gəlinən digər bir qəribə və bir o qədər də gülünc iddia isə, dinozavrların sağ qaldığı təqdirdə insanlar kimi zəkalı, şüurlu və üstün texnologiyaya malik canlılar olacağının iddia edilməsidir. Hətta BBC Azərbaycan sözügedən iddianı əyani şəkildə təsvir edən bir rəsm də yerləşdirmişdir. Bu, təkamülçülərin xəyal gücünün nə qədər geniş olduğunun bir göstəricisi idi əslində. Dr. Brusatte də bu sonsuz xəyal gücünü “hər şey mümkündür” sözlərilə ifadə edir və belə davam edir:

“Təkamül nəticəsində nə baş verəcəyi dəqiq deyil və istisna edilmir ki, dinozavrlarda da şüur əmələ gəlsin”.

Doktor Pyer-Pol Qrasse isə təkamülçülərin bu fantastik ssenarilərini bu sözlərlə tənqid edir:

“Xəyal qurmağı qadağan edən bir qanun yoxdur, lakin elm bu işin içinə qarışdırılmamalıdır”.5

Təkamülçülər bir şeyin gerçəkləşməsi üçün sadəcə zamanın və təbii şəraitin yetərli olduğuna inanırlar. Beləliklə, palçıqlı sudan özünü tədqiq etməyi bacaran insan şüurunun, hər il yenilənən texnoloji imkanlar icad edən mühəndislərin, Eynşteyn kimi alimlərin, Sinatra kimi musiqiçilərin təsadüfən çıxa biləcəyini güman edirlər. “Hər şey mümkündür”,-deyən Brusatte də, görünür ki, bu fikirdədir. Buna görə də dinozavrlara asanlıqla şüur isnad edə bilirlər. Halbuki dinozavrlar sadəcə digər sürünənlər- gecələr ova çıxan kərtənkələlər, zınqırovlu ilanlar və ya tısbağalar qədər “ağıllı” ola bilərlər.

Kembric Universitetindən məşhur təkamülçü professor Saymon Konvey Morris də, elə BBC-də qeyd edildiyi kimi, Brusattenin bu fikrinə etiraz edir və dinozavrların ancaq “qarğalar” qədər “şüurlu” ola biləcəyini ifadə edir.6

Elmin gəldiyi son nəticə budur ki, dinozavrlar da daxil olmaqla, bütün heyvanlar instinktlə- nəticəsini bilmədikləri daxili stimullarla, şüursuzca hərəkət edirlər. İnsan isə tamamilə özünəməxsus və şüurlu şəkildə yaradılmış varlıqdır. Şüura, ağıla sahib, plan qurub hesabat apara bilən, keçmişi dəyərləndirib gələcəyə dair təxminlər irəli sürən, mühakimə, dəyərləndirmə qabiliyyətlərinə sahib yeganə varlıqdır. Nə dinozavrlar, nə də hər hansı bir digər canlı qrupu bu xüsusiyyətlərin heç birinə sahib deyildir.

Əgər darvinistlər uzun zamanın dinozavrları “professorlar“lara çevirəcəyinə inanırlarsa, onda milyonlarla ildir heç bir dəyişikliyə uğramayan „yaşayan fosillər“in niyə „şüurlu“ olmadıqlarını izah etməlidirlər. Buna bir nümunə elə dinozavrlarla eyni sinifdən olan timsahlardır. Timsahlar 100 milyon ildir ki, yer üzündə yaşayırlar, halbuki dr. Brusattenin proqnozlarının əksinə, bu  milyonlarla il ərzində heç bir şüur qazanmayıblar. Uzun zaman heyvanlara şüur qazandırmaq gücünə sahib deyildir. Şüur Allahın sadəcə insanlara verdiyi qabiliyyətdir, eynilə nitq qabiliyyəti kimi.

Məqalənin ardında isə daha bir materialist təhrifə yenə Brusattenin sitatıyla yer verilir:

Dr. Brusattenin fikrincə isə, hətta dinozavrlar bu cür kütləvi şəkildə məhv olmasaydı belə, onlar bizim dövrümüzə qədər sağ qalmayacaqdılar. Digər qrup heyvanlarda şüurun əmələ gəlməsi və nəticədə onların alətlərdən istifadə edə bilməsi daha çox mümkün idi”.

Bu sözlər bir zamanlar materialist filosof Fridrix Engelsin irəli sürdüyü “təkamül sayəsində alətlərdən istifadə etmə” iddiasının yenidən gündəmə gətirilməsi ilə təkamül fərziyyəsinin necə köhnə bir inanc olduğunu göstərmək baxımından çox faydalı oldu. Mendelin genetika qanunlarının kəşfi ilə tarixə gömülən bu iddialar təkamülçülərə “sərf etdiyi” zaman müasir elmi həqiqətlər imiş kimi asanlıqla dilə gətirilə bilir. Bu da təkamülün sadəcə doqmatik, batil bir din olduğunu gözlər önünə sərir.

Ümumilikdə, BBC Azərbaycanın təkamül fərziyyəsi yönümlü xəbərləri bu kimi təhriflər və yanıltmalardan ibarətdir. Buna görə də, BBC Azərbaycana tövsiyəmiz budur ki, bundan belə, daha qərəzsiz və tərəfsiz xəbərlər yayımlasın və təkamül fərziyyəsini mütləq etibarlı nəzəriyyə kimi qəbul etməsin.

 

Mənbələr:

  1. bbc.co.uk/azeri/international/2014/08/140004_dinosaurs_asteroid_research.shtml
  2. Pierre Grassé, Evolution of Living Organisms. New York, Academic Press, 1977, səh. 82.
  3. Eric Lombard, “Review of Evolutionary Principles of the Mammalian Middle Ear, Gerald Fleischer”, Evolution, cild 33, dekabr 1979, səh. 1230.
  4. George G., Simpson, “Tempo and Mode in Evolution”, Columbia University Press, New York, 1944, səh. 105, 107
  5. Pierre-P Grassé, Evolution of Living Organisms, New York: Academic Press, 1977, s. 103
  6. bbc.com/news/science-environment-28488044

Şərh üçün bağlıdır.

axtarış