• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

Yeriyən balina nağılı

Tam adı Pakicetus inachus olan bu nəsli kəsilmiş məməliyə aid fosillər ilk dəfə 1983-cü ildə gündəmə gəldi. Fosili tapan P.D.Cinceriç və köməkçiləri canlının sadəcə kəllə sümüyünü tapmalarına baxmayaraq, heç çəkinmədən onun “ibtidai balina”olduğunu iddia etdilər.

Halbuki fosilin “balina” ilə heç bir əlaqəsi yox idi. Skeleti bildiyimiz canavarlara bənzəyən dördyaqlı formada idi. Fosilin tapıldığı yer paslanmış dəmir filizinin də tapıldığı və ilbiz, tısbağa və ya timsah kimi quruda yaşayan canlıların da fosillərinin olduğu bir ərazi idi, yəni dəniz yatağı deyil, quru hissəsi idi.

Bəs dördayaqlı quru canlısı olan bu fosil nə üçün “ibtidai balina” elan edilmişdi? Sadəcə dişlərindəki və qulaq sümüklərindəki bəzi xüsusiyyətlərə görə! Halbuki bu xüsusiyyətlər pakicetus ilə balinalar arasındakı əlaqəyə dəlil ola bilməz. Canlılar arasında anatomik bənzərliklərə əsaslanaraq qurulan bu cür nəzəri əlaqələrin çoxunun olduqca məntiqsiz olduğunu təkamülçülər də qəbul edirlər. Əgər Avstraliyada yaşayan dimdikli bir məməli olan ördəkburunlar və ördəklər nəsli kəsilmiş canlılar olsaydı, təkamülçülər eyni məntiqlə (dimdik bənzərliyinə əsasən) onları da bir-birlərinin qohumu elan edəcəkdilər. Lakin əslində ördəkburun məməlidir, ördək isə quşdur və aralarında təkamül nəzəriyyəsinə əsasən də qohumluq ola bilməz.

Təkamülçülərin “yeriyən balina” elan etdiyi pakicetus da fərqli anatomik xüsusiyyətləri özündə ehtiva edən xüsusi cinsdir. Belə ki, onurğalılar paleontologiyası mütəxəssislərindən Karol pakicetusun da daxil edilməli olduğu mesonixid (Mesonychia) ailəsinin “qəribə xüsusiyyətlərdən ibarət kombinasiyaya malik olduğunu” bildirir. Bu cür “mozaik canlıların” təkamül xarakterli ara keçid forma hesab edilmədiyini Quld kimi qabaqcıl təkamülçülər də qəbul edirlər.

Yaradılış həqiqətini müdafiə edən yazıçı Eşbi L.Kemp “balina təkamülünün mübaliğəli təbliğatı” (The overselling of whale evolution) adlı məqaləsində pakicetus kimi quruda yaşayan məməlilərin də daxil olduğu mesonixidlər sinfinin archaeoceteaların, yəni nəsli kəsilmiş balinaların əcdadı olması iddiasının əsassızlığını belə açıqlayır:

Təkamülçülərin mesonixidlərin archaeocetealara çevrildiyi ilə bağlı əminliklə davranmalarının səbəbi həqiqi nəsil əlaqəsində yer alan bir növü tərif edə bilməmələrinə baxmayaraq, məlum olan mesonixidlər və archaeocetealar arasında bəzi bənzərliklər olmasıdır. Ancaq bu bənzərliklər, xüsusilə də (iki qrup arasındakı) böyük fərqlər işığında bir əcdad əlaqəsi olduğunu iddia etmək üçün kifayət deyil. Bu cür müqayisələrin çox subyektivliyi indiyə qədər bir çox fərqli məməli və hətta sürünən qrupunun balinaların əcdadı kimi irəli sürülməsindən bəllidir.

Şərh üçün bağlıdır.

axtarış