• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

“Dinlərin təkamülü” yalanı

Haqq din tarixin ilk günündən bəri vardır

Tarixin və cəmiyyətin təkamülə uğraması yalanının irəli sürənlərin bir başqa yanlışlığı da cəmiyyətlərin ən vacib dəyəri olan dinin də təkamülə uğraması iddiasıdır. Bu iddia 19-cu əsrdə irəli sürülmüş, materialist və ateistlər tərəfindən coşqunluqla müdafiə edilmiş, lakin bu iddianı dəstəkləyən heç bir arxeoloji dəlil əldə edilmədiyi üçün bir spekulyasiya kimi qalmışdır.

Bəşəriyyətin daha qədim dövrlərdə, guya, “ibtidai”, yəni çoxtanrılı və qəbiləyə məxsus dinlərə inandığı, tək Allaha inanma və əsası bütün insanlara xitab etmək olan haqq dinin –hansı ki, bu din ilk insan olan hz. Adəmdən başlayaraq Rəbbimizin bəşəriyyətə vəhy etdiyi haqq dindir– sonradan ortaya çıxdığı iddiasının heç bir əsası yoxdur. Lakin bəzi təkamülçülər bu iddianı həqiqət kimi göstərməyə çalışır, bu hərəkətləri ilə böyük səhvə yol verirlər. Darvinin bioloji təkamül nəzəriyyəsi yalan olduğu kimi, ondan ilhamlanaraq inkişaf etdirilən dinlərin təkamülü nəzəriyyəsi də bir yalandır.

Dinlərin təkamülü yalanı necə yayıldı?

Təqribən yüz əlli il bundan əvvəl Çarlz Darvinin “Növlərin mənşəyi” adlı kitabının hələ ilk nəşri hazırlandığı dövrdə təkamül anlayışı materialist və ateist çevrələrdən dəstək almağa başlamışdı. Dövrün bəzi mütəfəkkirləri insanın ətrafında baş verən bütün proseslərin təkamüllə izah edilə biləcəyini hesab edirdi. Bu yanlışlığa görə, hər şey, guya, ibtidaidən və sadədən başlayır, daha sonra inkişaf edərək aliyə doğru gedirdi.

Bu yalanın bir çox sahəyə tətbiq edilməsinə cəhd göstərilirdi. Məsələn, iqtisadiyyat sahəsində marksizm təkamülə xas bir inkişafın qaçılmaz olduğunu və sonunda, bütün millətlərin kommunizmi qəbul edəcəyi iddiasını irəli sürürdü. Bunun sadəcə xəyaldan ibarət olduğu və marksizmin irəli sürdüyü iddiaların həqiqətləri əks etdirmədiyi zaman içərisində həyata keçən təcrübələrlə sübuta yetirildi.

Psixologiya sahəsində Freyd insanın təkamülə xas ali bir növ olduğunu, lakin psixoloji olaraq hələ, guya, ibtidai əcdadlarının sahib olduğu instinktlərlə hərəkət etdiyini deyirdi. Bu böyük yanlışlıq aparılan psixoloji tədqiqatlarla elmi cəhətdən tamamilə yerlə yeksan edildi. Freydizmin əsas fərziyyələrinin, demək olar ki, heç bir elmi əsası olmadığı üzə çıxdı.

Eyni şəkildə sosiologiya, antropologiya, tarix kimi elm sahələrində də təkamül nəzəriyyəsinin təsiri olmuş, lakin son yüz ildə əldə edilən bilik və kəşflər bu təsirin nə dərəcədə yanlış olduğunu göstərmişdir.

Bütün bu təkamülü müdafiə edən nəzəriyyələrin ortaq nöqtəsi isə Allah inancına qarşı olmaqdır. Dinlərin təkamülü yanlışlığı da bu məqsədlə və bu fəlsəfi əsaslar üzərində irəli sürüldü. Bu yanlışlığın aparıcı müdafiəçilərindən biri olan Herbert Spenserin həqiqətdən uzaq iddialarına görə, bəşəriyyətin ilk dövrlərində heç bir dini inanc yox idi. Guya, ilk dinlər isə ölülərə sitayiş etməklə başlamışdı. Dinlərin təkamülü yalanını müdafiə edən başqa antropoloqlar daha fərqli hekayələr irəli sürdülər. Bəzilərinə görə, dinin qaynağı animizmə (təbiətə canlılıq aid edilir, onda ruh olduğuna inanc duyulur), bəzilərinə görə isə totemizmə (simvol olaraq seçilən bir insan, qrup və ya əşyaya sitayiş etmə) əsaslanırdı. Başqa bir antropoloq olan E.B Taylora görə, tarixi proses ərzində sıra ilə animizm (təbiətə canlılıq aid etmə), manizm (əcdadlar kultu), politeizm (çoxtanrılılıq) və son olaraq da monoteizm (təktanrılılıq) gəlir.

Halbuki 19-cu əsrin ateist antropoloqları tərəfindən stol arxasında yazılmış ssenarilərlə ortaya atılan və sonra da daima gündəmdə saxlanılan bu nəzəriyyə saxtakarlıqdan başqa bir şey deyildi. Arxeoloji və tarixi tapıntıların da göstərdiyi kimi, sözügedən şəxslərin irəli sürdüyü iddiaların əksinə, tarixin ilk günündən bəri Allahın peyğəmbərləri vasitəsi ilə insanlara vəhy etdiyi haqq din var olmuşdur. Lakin demək olar ki, hər dövrdə haqq dinlə birlikdə batil və azğın inanclar da mövcudluğunu davam etdirmişdir. Hazırkı dövrdə də Allahın bir və tək olduğuna iman edən, Rəbbimizin nazil etdiyi dinə tabe olan insanlar olduğu kimi, daşdan, taxtadan düzəldilmiş bütlərə, bir sıra ruhlara, şeytana, müxtəlif heyvanlara, əcdadlarına, Günəşə, Aya, ulduzlara sitayiş etmə yanlışlığına düşən insanlar da vardır. Bundan əlavə, bunların əhəmiyyətli bir hissəsi geridə qalmış deyil, tam əksinə, olduqca müasir şərtlərdə yaşayan insanlardır.

Digər tərəfdən, tarix boyunca Allahın nazil etdiyi haqq dinlərin əmrlərini, tətbiq etdiklərini və əxlaqi dəyərlərini pozmağa çalışan insanlar da olmuşdur. Quranda bəzi insanların bir sıra batil inanc və əməlləri dinə daxil etməyə çalışdığı, bu yolla da, özlərinə göndərilən haqq dini dəyişdirib pozduqları xəbər verilmişdir:

Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: “Bu, Allahın vəhyidir!” -deyirlər ki, onunla cüzi miqdarda pul əldə edə bilsinlər. Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qazandıqları şeyə görə vay onların halına! (Bəqərə surəsi, 79)

Bu vəziyyət Allahın varlığına və birliyinə inanan və Rəbbimizin bildirdiyi hökmlərinə tabe olan bəzi insanların zaman keçdikcə haqq dindən uzaqlaşıb azğın inanclara, batil hərəkətlərə meyil etmələrinə səbəb olmuşdur. Beləliklə, bir sıra azğın inanc və batil davranışlar meydana gəlmişdir. Digər sözlə, bəzi insanların irəli sürdüyü kimi, dinlərin təkamülü deyə bir proses əsla olmamış, lakin haqq dinin müəyyən dövrlərdə insanlar tərəfindən pozulması ilə azğın dinlər ortaya çıxmışdır.

Haqq dinin təhrif edilməsi

20-ci əsrdə dinlərin mənşəyi haqqında ciddi araşdırmalar aparılmağa başlandı. Belə araşdırmaların sayəsində dinlərin təkamülü iddiasının heç bir elmi dəyərinin olmaması və xəyal məhsulu ssenari olması, çox keçmədi ki, üzə çıxdı. Endrü Lenq (Andrew Lang), Vilhelm Şmidt (Wilhelm Schmidt) kimi antropoloqların rəhbərliyi altında dünyadakı dinlərin tədqiqi ilə əldə edilən nəticələr dinlərin təkamül keçirmədiyini, əksinə, bəzən təhrif edildiklərini göstərdi. Şmidtin rəhbərliyi ilə nəşr edilən və dinlərin mənşəyi mövzusunu araşdıran “Anthropos” adlı jurnalda bu məlumatlar xırdalıqlarına qədər analiz edildi.

Xüsusən 1900-1935-ci illər arasında aparılan araşdırmalarda dinlərin təkamülü iddialarının tamamilə yalan olmasının aşkara çıxarılması bir çox antropoloqun təkamülçü fikirlərini tərk etməsinə yol açdı. Lakin bütün bu elmi və tarixi həqiqətlərə baxmayaraq, bəzi radikal ateistlər bu süqut etmiş ssenarini müdafiə etməyə davam etdilər.

Mesopotamiya və Misirdə əldə edilən arxeoloji tapıntılar

Mesopotamiya ovalığı tarixi qaynaqlarda sivilizasiyaların beşiyi kimi adlandırılır. Mesopotamiya ovalığına çox da uzaq olmayan bir yerdə isə qədim Misir sivilizasiyası var idi.

Bu sivilizasiyalarla əlaqədar aparılan arxeoloji qazıntılarda diqqəti cəlb edən xüsusiyyətlərdən biri bu xalqların dini etiqadına dair əldə edilən kəşflər idi. Əldə edilən kitabələrdə çoxsaylı saxta ilahların gördüyü işlər izah edilirdi. Daha çox tapıntı əldə etdikcə və tədqiqatçılar bunları oxumaq üçün daha uğurlu vasitələrdən istifadə etdikcə bu sivilizasiyaların inancları ilə əlaqədar bəzi təfərrüatlar ortaya çıxmağa başladı. Diqqəti çəkən ən əhəmiyyətli məqam isə bu qövmlərin inandığı batil ilahların hamısından daha vacib tək bir İlah inancının olması idi. Əldə edilən tarixi qeydlər və tapıntılar tarix boyunca haqq dinin var olduğunu göstərirdi.

Növbəti səhifələrimizdə araşdıracağımız Mesopotamiya, Misir, Hindistan, Avropa mədəniyyətlərindən başqa, astek, ink, mayyalar kimi Amerika mədəniyyətlərinə də tək İlah inancının məlum olduğunu, özlərinə haqq dini təbliğ edən xəbərdar edicilərin gəldiyini göstərən dəlillər əldə edilmişdir. Çoxtanrılı inancın içində tək Tanrı inancının gizli olduğunu aşkar edən ilk tədqiqatçılardan biri Oksford Universitetindən Stiven Lenqdon (Stephen Langdon) 1931-ci ildə əldə etdiyi məlumatları elm dünyasına agah edərkən bu məlumatların çox gözlənilməz olduğunu deyirdi, çünki bu tapıntıların daha əvvəlki təkamülçü izahlara tamamilə zidd olduğunu başa düşürdü. Lenqdon tapıntılarını belə şərh edirdi:

“Mənim zənnimcə, insanın ən qədim tarixi tək Tanrı inancından çoxlu sayda (dırnaqarası) tanrının və şər qüvvələrin varlığının inancına doğru çox sürətli bir təhrifi göstərir…”1

Lenqdon 5 il sonra “The Scotsman” adlı jurnalda isə aşağıdakıları yazırdı:

“… Bütün dəlillər qəti olaraq başlanğıcda bir tək Tanrı inancının mövcud olduğunu göstərir. Sami mənşəli xalqların arxeoloji və ədəbi tapıntıları da ən qədim zamanlarda belə tək Tanrı inancının var olduğunu göstərir. Yəhudi dininin və digər Sami mənşəli dinlərin totemistik, bütlərə əsaslanan bir mənşəyə malik olması nəzəriyyəsinin tamamilə əsassız olduğu bu gün qəbul edilmişdir”.2

Hazırkı dövrümüzdə Tel-Əsmər adlandırılan e.ə. 3000-ci ilə aid bir şumer şəhərində aparılan qazıntılarda da Lenqdonun dediklərini tamamilə təsdiqləyəcək tapıntılar əldə edildi. Qazıntılara rəhbərlik edən Henri Frankfort rəsmi hesabatında belə yazırdı:

“Qazıntılarımız bütün dəyərli tapıntılara əlavə olaraq, Babil dinləri haqqında bəzi çox vacib həqiqətləri aşkarladı. Bir sosial sistem içində dini dəyərlərin necə yerləşdirilmiş olduğuna ilk dəfə şahid oluruq.

Bir məbəd və bu məbəddə ibadət etməkdə olan insanların evlərinin qalıqları tapıldı. Bu səbəbdən ayrı-ayrılıqda məna ifadə etməyən tapıntıları bütöv şəkildə qiymətləndirə bilirik.

Məsələn, möhürlərin üzərindəki rəsmlərdə ümumi olaraq ilahlara sitayiş əks olunur. Lakin bu rəsmlərin hamısında həmin məbəddə sadəcə bir Tanrı inancının olduğu görünür. Bu səbəbdən də ən qədim zamandakı Şumer-Akkad etiqad sistemi içərisində bu tək İlahın fərqli xüsusiyyətlərinin ayrıca ilahlar hesab edildiyi aydın olur”.3

Frankfortun tapıntıları çox vacib bir həqiqəti göstərirdi: batil, çoxtanrılı etiqad sisteminin meydana gəlmə forması. Birdən çox ilaha sitayiş azğınlığı dinlərin təkamülü nəzəriyyəsinin iddia etdiyi kimi, insanların təbiət güclərini təmsil edən bəzi şər qüvvələrə sitayiş etmələri ilə meydana gəlməmişdi. Bir və tək olan İlahın fərqli sifətləri insanlar tərəfindən müəyyən müddət ərzində müxtəlif cür şərh edilmişdir və tək İlah etiqadında pozulmalar meydana gəlmişdi. Tək bir İlahın fərqli sifətləri müəyyən müddətdə çoxtanrılılıq etiqadına çevrilmişdir.

Lenqdonun Şumer lövhələrinin tərcümələrini nəşr etdirməsindən bir müddət əvvəl Fridrix Deliç adlı tədqiqatçı da buna bənzər kəşfə imza atmışdı. Bu tədqiqatçı Babil etiqad sistemi içərisindəki çoxsaylı ilahın həqiqətdə həmin dövrdə Marduk olaraq adlandırılan tək bir İlahın fərqli xüsusiyyətlərindən irəli gəldiyini aşkar etmişdir. Aparılan araşdırmalar Marduk inancının da haqq olan tək İlah etiqadının zaman içərisində pozulması ilə əmələ gəldiyini göstərirdi.

Marduk adlandırılan tək İlahın müxtəlif adları var idi. Bunlardan bəziləri Ninib (güc sahibi), Nerqal (müharibə Tanrısı), Bel (tək İlah), Nebo (xəbər gətirən İlah), Sin (gecəni aydınlaşdıran), Şamaş (ədalət Tanrısı), Addu (yağış Tanrısı) idi. Müəyyən müddət ərzində Mardukun bu xüsusiyyətləri sanki Mardukdan əlaqəsi olmadan güc qazanmış kimi müxtəlif tanrılara çevrilmişdi. Eyni şəkildə, Günəş tanrısı, Ay tanrısı kimi bir çox batil ilahlar xəyal gücünün təsiri ilə yaradılmışdır. Göründüyü kimi, həm Marduk inancı, həm də bu saxta ilahın digər adları bu inancın, əslində, Allah inancının vaxt keçdikcə bəzi insanlar tərəfindən təhrif edilməsi ilə ortaya çıxdığını göstərir.

Buna bənzər təhrif izlərini qədim Misirdə də görmək mümkündür. Tədqiqatçılar qədim Misirin, əvvəlcə, təktanrılı etiqad sisteminə sahib olduğunu, daha sonra bu təktanrılı etiqadın bəzi insanlar tərəfindən təhrif edilərək Günəşə sitayiş edən sabiliyə çevrildiyini aşkar etmişdilər. Antropoloq M. de Ruje bu barədə aşağıdakıları demişdir:

“Misir dininin əmələ gəlməsi çoxsaylı tanrının süzgəcdən keçərək tək Tanrıya çevrilməsi ilə olmamışdır. Əksinə, Misir dininin tək Allah inancına yaxın olduğu zamanlar bu sivilizasiyanın təsdiq edilən qədim zamanları ilə üst-üstə düşür. Misir dininin son mərhələləri isə bütün Misir dininin ən çox pozulmuş dövrü olmuşdur”.4

Antropoloq Ser Flinders Petri də çoxtanrılı batil inancların təktanrılı tövhid inancını daşıyan dinlərin zaman ərzində təhrif edilməsi ilə meydana gəldiyini demişdir. Bundan başqa, bu təhrif prosesi sadəcə keçmişdə yaşamış cəmiyyətlərdə deyil, günümüzdə də müşahidə edilir. Petri belə demişdir:

“Qədim zamanlardakı dinlərdə bir çox sinfə aid edilən tanrılara rast gəlinir. Lakin günümüzdəki bir çox mədəniyyətdə də belə bir yanaşma nümayiş olunur. Məsələn, bir hindu getdikcə artan sayda ilah və ilahələr arasında yaşamaqdan zövq alır… Digərləri isə heç tanrılara da sitayiş etmirlər, animistik ruhlara, şeytanlara sitayiş edirlər…

Əgər ruhlara sitayiş tək bir İlaha sitayişə qədər gedib çıxan təkamül prosesinin ilk pilləsi olsaydı, belə olan halda, çoxtanrılılığın getdikcə təktanrılılığa təkmilləşməsinin dəlillərini görməli idik… Bunun tam əksinə, görürük ki, tək Allah inancı hər zaman ilk pillədə olmuşdur…

Çoxtanrılı etiqadın ilk əmələ gəlməsinə qədər müşahidə edə bildiyimiz hər yerdə bunun tək Allah inancının müxtəlifləşməsi olduğunu görürük…”5

Hindistanda batil çoxtanrılı inancın mənşəyi

Hind mədəniyyəti Yaxın Şərq mədəniyyətləri qədər qədim olmasa da, dünyanın qədim sivilizasiyalarından biri sayılır.

Hindistanda saysız-hesabsız tanrılara tapınan batil inanclar var. Bu batil dinləri araşdıran tədqiqatçılardan biri Endrü Lenqdir (Andrew Lang). Lenq uzunmüddətli tədqiqatlar nəticəsində çoxtanrılı dinlərin Yaxın Şərqdə meydana gəlməsinə oxşar prosesin Hindistanda da baş verdiyini üzə çıxarmışdır.

Eduard Makkreydi (Edward McCrady) də hindlilərin “Veda” adlı kitabını tədqiq edərkən hind mədəniyyətinin erkən dövrlərində tanrıların bir üstün İlahın müxtəlif xüsusiyyətləri kimi şərh edildiyini yazır.6 “Veda” kitabındakı ilahilərdə də açıq şəkildə təktanrılı tövhid inancının pozulmasının izlərini görmək mümkündür. Mövzunu təhlil edən tədqiqatçılardan Maks Müller (Max Müller), əvvəlcə, tək İlah inancının olduğunu qəbul edir:

““Veda”da tək Allah inancının çoxtanrılı inancdan daha əvvəl olduğunu görürük. Saysız-hesabsız tanrıya dualarında belə, tək və sonsuz Tanrının zikri göyü duman kimi örtmüş bütpərəst anlayışın arasından mavi səmanın görünməsi kimi üzə çıxır”.7

Buradan bir daha məlum olur ki, dinlərin təkamülü baş verməmişdir, əksinə, insanların haqq dinə bəzi batil inanclar əlavə etməsi və ya bəzi əmr və qadağalara etinasız yanaşması ilə dini inanclar zaman ərzində təhrif edilmişdir.

Avropa tarixində dinlərin təhrif edilməsi

Tarixi Avropa xalqlarının inanclarında da bənzər pozulmanın izini görürük. Məsələn, qədim yunan batil inancları üzərində tədqiqat aparmış Aksel V. Persson (Axel W. Persson) “Tarixdən əvvəlki Yunanıstan” adlı əsərində belə yazır:

“Əvvəl mövcud olan tək Allah inancı daha sonra yunan dini miflərində gördüyümüz çoxsaylı lazımlı-lazımsız ilahi şəxsiyyətlərə çevrilmişdir. Mənim fikrimcə, bu bir çox ilahın varlığı tək və bir olan Allahı tərif edən müxtəlif isimlərin vaxt keçdikcə müxtəlif cür şərh olunmasına bağlıdır”.8

Eyni pozulmanın izlərini İtaliyada da görmək mümkündür. Arxeoloq Rozensveyq (Rosenzweig) qədim Etrusk dövrünə uyğun gələn “İquvin kitabələri” üzərində apardığı təhlillərdə: “İlahlar ilk olaraq sifətlərin müxtəlif cəhətlər kimi şərh olunması nəticəsində meydana gəlir”, –deyir.9

Qısaca desək, təqribən bir əsr ərzində əldə edilən bütün antropoloji və arxeoloji tapıntılar tarix boyu xalqların, əvvəlcə, tək Allah inancına sahib olduğunu, ancaq zaman ərzində bu inancın təhrif edildiyini göstərir. Əvvəlcə, hər şeyi yoxdan yaradan, hər şeyi görən və bilən, bütün aləmlərin sahibi olan Allaha inanan xalqlar zaman keçdikcə Rəbbimizin isimlərini ayrı-ayrı ilahlar kimi düşünmüş və birdən çox batil ilaha tapınmağa başlamışlar. Haqq və gerçək din bir və tək ilah olan Allaha ibadət edilən dindir. Çoxtanrılı dinlər isə Rəbbimizin hz. Adəmdən etibarən insanlara vəhy etdiyi haqq dinin insanlar tərəfindən təhrif edilməsi nəticəsində meydana gəlib.

Allahın vəhy etdiyi haqq din

Yer üzündə müxtəlif yerlərdə yaşayan və yaşamış xalqların dini dəyərlərinə və mədəniyyətlərinə nəzər saldıqda ortaq inanca malik olduqlarını görürük. Aralarında mədəni mübadilənin baş verməsinin qeyri-mümkün olduğu xalqların dinlərində mələk, cin və şeytan kimi insanla eyni məkan ölçüsündə yaşamayan varlıqlardan axirət inancına, insanın palçıqdan yaradılmasından tutmuş edilən ibadətlərə qədər bir çox ortaq cəhət var. Məsələn, Nuh tufanı haqqında məlumatlar şumer qaynaqlarından başlayaraq Uels etiqadına, Çin yazılı mənbələrindən antik Litva inanclarına qədər bir çox müxtəlif xalqların mədəni irsində mövcuddur.

Bu həqiqət din əxlaqını bir və tək olan uca İlahın, yəni aləmlərin Rəbbi olan Allahın vəhy etdiyini göstərən dəlillərdən biridir. Dünyanın hər tərəfindəki müxtəlif xalqlar eyni uca məqamdan gələn, bənzəri olmayan bir tək İlahın varlığını xəbər verən dinlərlə tərbiyə ediliblər. Rəbbimiz hər dövrdə üstün etdiyi bəzi seçilmiş qulları vasitəsilə Özünü insanlara tanıtmış və insanlar üçün seçdiyi dini bildirmişdir. Allahın son vəhyi olan Quranda hər qövmün bir doğru yolgöstərən rəhbəri olduğu” (Rəd surəsi, 7) xəbər verilmişdir. Başqa ayələrdə isə Allahın hər xalqa xəbərdar edən göndərdiyi belə bildirilir:

Biz heç bir məmləkəti onu xəbərdar edənlər olmadan məhv etmədik. Öyüd-nəsihət vermək üçün (göndərdik). Biz əsla zalım deyilik. (Şüəra surəsi, 208-209)

Bu mübarək elçilər xalqlarını bir və tək olan Allaha iman gətirməyə və qulluq etməyə dəvət etmiş, yaxşılığı əmr edib pislikdən çəkindirmişlər. İnsanlar Rəbbimizin qatında seçilmiş müqəddəs elçilərə və onların miras qoyduğu ilahi kitablara tabe olmaqla xilas ola bilərlər. Rəbbimizin aləmlərə rəhmət olaraq göndərdiyi son peyğəmbər hz. Muhəmməd (səv) və Allahın əbədi olaraq qoruduğu son ilahi kitab Qurani-Kərim də bəşəriyyətin ən doğru yol göstəricisidir.

 

İQTİBASLAR:

  1. Stephen H. Langdon, “Semitic Mytology of All Races”, c. V, Archaeol. Instit. Amer., 1931, səh. xviii
  2. Stephen H. Langdon, The Scotsman, 18 noyabr 1936
  3. H. Frankfort, Third Preliminary Report on Excavations at Tell Asmar (Eshnunna): Quoted by P.J. Wiseman in New Discoveries in Babylonia about Genesis, Marshall, Morgan and Scott, səh. 24.
  4. P. Le Renouf, “Lectures on the Origin and Growth of Religion” as illustrated by the Religion of Ancient Egypt, Williams and Norgate, London, 1897, səh. 90
  5. Sir Flinders Petrie, The Religion of Ancient Egypt, Constable, London, 1908, səh. 3-4
  6. Edward McCrady, Genesis and Pagaan Cosmogonies, Trans. Vict. Instit. 72 (1940), səh.55
  7. Max Muller, History of Sanskrit Literature: Quoted by Samuel Zwemer, səh. 87
  8. Axel Persson, The Religion of Greece in Prehistoric Times, University of California Press, 1942, səh. 124
  9. Book review, American Journal of Archaeology, 43 (1939): səh. 170-171

Şərh üçün bağlıdır.

axtarış