• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

“Nature” jurnalından yeni saxta keçid forma cəhdi: Timurlengia euotica

Ötən günlərdə dünya mediasında yeni dinozavr növü kəşf edildiyinə dair xəbərlər yayıldı. İlk baxışda elmi kəşfə oxşasa da, bu mövzudakı məqalələrdə məqsəd dinozavrların xəyali təkamülünə dəstək olmaqdır. Həmin xəbərlərdəki “itmiş halqa”nın tapıldığına dair iddialara bu yazımızda cavab veriləcək, təkamülçülərin xəyal gücü və düzəltdikləri saxta fosilin bu yeni nümunəsi analiz ediləcək.

Bu xəbərlərdə ABŞ mənbəli “PNAS” (Milli Elmlər Akademiyası Nəşrləri) elmi jurnalında dərc olunan araşdırmadan bəhs edilir və Özbəkistanda at boyda tirannozavr (Tyrannosaur) fosili tapıntısı izah olunurdu. Bu fosilin nəhəng dinozavrlarla  kiçik  dinozavrlar  arasındakı təkamülə guya şahidlik etdiyi iddia olunurdu. Zəndə o qədər irəli gedilmişdi ki, canlının çəkisi və ölçüləri hesablanmış, necə eşitdiyindən tutmuş ovunu yaxalama qabiliyyəti ətrafında belə spekulyasiyalar edilmişdi. Halbuki həqiqətlər bu deyilənlərdən olduqca fərqli idi: əllərində ancaq canlının beyninin mühafizə edildiyi düşünülən 7 sm ölçüdə kiçik bir sümük fosili var idi.

Darvinistlərin elmi-fantastikasının məhsulu quraşdırma-dinozavr

timur1Qısası, bu xəbərlərdə bir ədəd kəllə sümüyü nəzərə alınaraq bütöv dinozavr rəsmi çəkildi. Fərz edək ki, minlərlə hissədən ibarət böyük bir “pazl” var. Bir-iki hissə itsə belə bu barədə nəsə etmək olar. Lakin əlinizdə ancaq və ancaq bir ədəd hissə varsa, siz də qalan bütün hissələri bu bir qalığa baxaraq güman edirsinizsə, belə vəziyyət təəccüb doğurur. Solda gördüyünüz bir ədəd sümük qalığından tamamilə xəyali bir dinozavrın ağzı, burnu, əlləri, qolları, ayaqları, quyruğu da daxil olmaqla bütün bədəni, boyu və çəkisi, hətta lələklərinin olduğu belə uydurulmuşdur.

Yəni burada “elmi dəlillərə əsaslanan” bir fosil bərpasından söhbət gedə bilməz, çünki bircə sümük qalığına istinadən çəkilmiş skelet tamamilə xəyalidir.

“Müxtəlif sümükləri gətir, sənin də fosilin olsun” məntiqinin təkamülə faydası yoxdur

Məqalədəki iddianın əksinə olaraq tapılan sümük yeni fosil deyildi. Edinburq Universitetindən Stiven Brusatt (Stefen Brusatte) 2014-cü ildə Rusiyada bir muzeyə baş çəkərkən bu sümüklə qarşılaşmışdı. Həmin bölgədə daha əvvəl tapılmış sümüklərdən istifadə etmək ümidi ilə fərqli qurumlarda dağınıq haldakı sümük qalıqları birləşdirildi. Bunlar müxtəlif tarixlərdə- 1997 və 2006-cı illərdə çıxarılmış fosillər idi, yəni səpələnmiş halda, 7-si onurğa sümüyü olmaqla 15 ədəd çatışmayan sümük qalıqları idi…

timur2

“Bir-birinə aidiyyati olmayan bu sümük qalıqları ilə nə edə bilərlər ki?”- deməyin. Darvinistlərin həmişə etdiyini siz də etsəniz -fantaziyanızdan yüksək səviyyədə istifadə etsəniz- aşağıdakı şəkilə oxşar, başından quyruğuna qədər bütöv bədənli dinozavr “rəsmi” meydana gətirə bilərsiniz. Gətirməyə gətirərsiniz, amma bu rəsm çəkildikdə istifadə edilən sümük qalıqlarının bir-birilə əlaqəsinin olmadığını qulaqardına vurmaq və təbii olaraq, xəyallarınızdan daha güclü istifadə etməyin mütləq olduğunu yenidən xatırladaq.

Həqiqətən də, sümüklərin eyni fərdə aid olmadığı elə məqalənin özündə də etiraf edilib:

“Sümüklər Özbəkistanın Bissekti formasiyasında səthi izolə olunmuş nümunələr olaraq yığılmış, ayrı-ayrılıqda müxtəlif fərdlərdən gətirilmişdir. Biz qətiyyətlə bu nümunələrin eyni canlı sinfinə aid olduğunu qəbul edirik”.

Məqalədəki etiraflar bunula məhdudlaşmır.Müxtəlif canlılara aid bu fosillərin arasında necə belə qəribə əlaqə qurmaq mümkündür sualının gətirəcəyi etirazlara: “Sonrakı kəşflər bunun səhv olduğunu göstərsə, T. euotica adı ancaq bir kəllə sümüyünə aid olacaq”,- cavabı verilirdi.

Lələkli dino nağıllarını təlqinlərlə yenidən gündəmə gətirməkmi istəyirlər?

timur3

Yaxşı, həqiqətlər belə olduğu halda və ortalıqda məcburi düzəldilmiş fosil varkən bu vəziyyət “elmi” olduğu iddia edilən bəzi nəşrlərə necə yol tapdı? Burada təəccüblü bir vəziyyət ortaya çıxır.

Kiçik bir fosildən başlayaraq yığılan dinozavr haqqında uydurma xəbərlər “PNAS” elmi jurnalında dərc olunarkən, digər tərəfdən tüklü məxluq şəkilləri və şüarlarla bəzədilərək “itmiş halqa tapıldı” başlığı ilə “National Geographic”, New Scientist” və BBC-də eyni xəbərlər verildi. Elmi həqiqətlər təkamül fərziyyəsini diriltmək üçün yenə təhrif edilirdi.

Belə bir ara-növ nağılına niyə ehtiyac duyulmuşdu?

Darvinistlərin xəyali təkamül ağacı öz-özlüyündə böyük əskikliklərlə doludur. Böyük və kiçik dinozavrlar arasında mövcudluğu iddia olunan pillələr çatışmır. Tirannozavr Yura dövrünün sonu (150 milyon il əvvəl) ilə Tabaşir dövrünün sonu (65 milyon il əvvəl) aralığında yaşayan ovçu dinozavr cinsidir.

Tirannozavrlar (T-rekslər) kiçik dinozavrlardır. Tabaşir dövründə yaşayanlar isə nəhəng ölçüdədirlər. Tirannozavrların nəhəng dinozavrların guya əcdadı olduğunu iddia edən təkamülçülər gərək aradakı boşluqları doldursunlar. Amma ikisinin arasında Orta Tabaşir dövrünə aid 20 milyon illik böyük boşluq var. Ehtiyaca uyğun olaraq quraşdırılan bir ara-növ bu boşluğu çox yaxşı doldura bilərdi. Buna görə 90-92 milyon yaşında olduğu güman edilən və Timurlengia euotica (Timurlengiya) adlanan yeni dinozavr düzəltdilər. Fosilin mənsub olduğu canlı tirannozavr kimi böyük beyinə və eşitmə qabiliyyətinə sahib olduğu halda, at boyda olduğu iddia edilmişdi.

Xəyal quran darvinistlər təkamülün “quşlara çevrilən dinozavrlar” nağılı yarımçıq qalmasın deyə dinozavr şəklinə lələk əlavə etməyi də unutmamışdılar. Vəziyyət o qədər şişirdildi ki,“Nature” jurnalı lələkli dinozavr şəklini “təkamülün bariz sübutu” deyə dərc etməkdən çəkinmədi.

Təkcə kəllə sümüyünə istinad edərək canlının boyunun, çəkisinin, əllərinin və qollarının müəyyən edilməsi və canlının bütöv skeletinin qurulması darvinistlərin arzularının təzahürüdür. Ancaq belə çıxarışların heç bir elmi dəyəri yoxdur.

Saxta dino-fosil niyə darvinist hekayələrin itmiş halqası deyil?

Ara-keçid növ canlıların olmaması təkamül fərziyyəsini çıxılmaz halda qoyan ən böyük dəlillərdən biridir. Belə ki, bunu dərk edən Çarlz Darvin də kitabında: “Əgər nəzəriyyəm doğrudursa, saysız-hesabsız ara-keçid formalar mütləq yaşamış olmalıdır… Onların keçmişdə yaşamış olduğuna dair dəlillər isə ancaq fosil qalıqları arasında tapıla bilər”,- deyə ifadə etmişdi. (Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, səh. 179)

Darvin “Nəzəriyyənin çətinlikləri” (Difficulties on Theory) adlanan hissədə isə belə yazmışdı:

“Əvvəla, əgər növlər digər növlərdən hiss edilməyəcək dərəcədə kiçik tədrici dəyişikliklərlə törəmişsə, nə üçün hər yerdə saysız-hesabsız ara-keçid formalar görmürük? Nə üçün bütün təbiət qarma-qarışıqlıq içində deyil, bunun əvəzinə, gördüyümüz kimi tam nizamlanmış olan növlər vardır? … Keçmişdə yer üzündə yaşamış olan ara-keçid formalar olduqca nəhəng sayda olmalıdır. Bəs nə üçün hər geoloji formasiya və hər təbəqə bu cür ara-keçid həlqələri ilə dolu deyil? Geologiya, düzü, heç belə bir dəqiqliklə dərəcələndirilmiş üzvi zəncir ortaya qoymur və bu bəlkə də, mənim nəzəriyyəmə qarşı irəli sürülə biləcək ən bariz və ən ciddi etiraz olacaqdır”. (Charles Darwin, The Origin of Species, s. 172, 280)

Darvinin bu böyük problem qarşısında irəli sürdüyü yeganə izah isə o dövrdəki fosillərin kifayət qədər olmaması idi. Fosillər hərtərəfli şəkildə təhlil edildikdə itmiş ara formaların mütləq tapılacağını iddia etmişdi. Təkamülçülər Darvinin bu iddiasına inanaraq XIX əsrin ortalarından etibarən dünyanın hər tərəfində qızğın fosil araşdırmaları apardılar və ara keçid formalarını axtardılar. Lakin bütün səylərinə baxmayaraq, bu ara-keçid formalarına heç rast gəlmədilər. Çünki Darvinin iddiasının əksinə olaraq, fosil qeydləri kifayət qədər idi. Aparılan qazıntılarda və araşdırmalarda əldə edilən bütün tapıntılar təkamülçülərin gözlədiklərinin əksinə, canlıların yer üzündə birdən-birə, bütöv və qüsursuz şəkildə ortaya çıxdıqlarını göstərdi.

Bu dəfə də  YARADILIŞ HƏQİQƏTİ qarşısında nəticəsiz qalan DARVİNİST addım!

Bura qədər verilən nümunələrdə açıq-aydın görünür ki, bir canlıya aid ara-növ olacaqsa, bir yox, bugünkü milyonlarla növü bir-birinə bağlayan milyardlarla ara-növ olmalıdır. Canlı həyatın tarixində daha əvvəl yaşamış növlər bugünkündən 10, hətta 100 dəfə çox olduğu düşünülsə, trilyonlarla ara-növ olmalı və bunlara aid kvadrilyonlarla qalıq nümunəsi torpaqda dolub-daşmalı idi. Təkamülçülərin bir neçə saxta ara-növlə ortaya çıxmaq cəhdləri çarəsizliklərini göstərir.

Elmdə quraşdırmaya yer yoxdur. Elm dəlil və sübutlara əsaslanırsa, elm olar. Paleontologiya elminin də fantastik-qalıqlara ehtiyacı yoxdur. Fosil qeydləri mövcud olan 600 milyon fosil nümunəsi ilə həyatın tarixini, onsuz da, əyani şəkildə açıqlayır. Daşlaşmış canlılar tam və əskiksiz quruluşları ilə “bizi Allah yaradıb” deyə hayqırırlar.

Mənbə:

  • Stephen L. Brusatte, Alexander Averianov, Hans-Dieter Sues, Amy Muir, and Ian B. Butler, New tyrannosaur from the mid-Cretaceous of Uzbekistan clarifies evolution of giant body sizes and advanced senses in tyrant dinosaurs, PNAS 2016; March 14, 2016, doi:10.1073/pnas.1600140113
  • http://www.harunyahya.org/tr/Makaleler/218626/Nature-Dergisinden-Yeni-Bir-Sahte-Ara-Tur-Denemesi-Tyrannosaur-Euotica-

““Nature” jurnalından yeni saxta keçid forma cəhdi: Timurlengia euotica” üçün bir cavab

axtarış