• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

İnsanın təkamülü iddiaları nə üçün doğru deyil?

«KEÇİD FORMA» KİMİ QƏLƏMƏ VERİLƏN HƏQİQİ MEYMUN QALIQLARI

1.İDA (Darwinius masillae)

2009-cu ildə “insanın təkamülü” nağılına sübut olaraq gündəmə gətirilən bu fosil bütün darvinist nəşriyyatlarda təbliğat alətinə çevrildi. Əslində, Almaniyada tapılan və 47 milyon il yaşı olduğu təxmin edilən fosilin, sadəcə olaraq, nəsli tükənmiş bir lemurdan başqa bir şey olmadığı məlum oldu.1 Nature jurnalının baş redaktoru, təkamülçü Dr. Henri Ci də bu fosilin keçid forma olaraq qəbul edilməsinin yanıldıcı olacağını ifadə etdi.2 Bundan əlavə, 95%-i qorunmuş olan3 canlının daxili orqanları da daxil olmaqla, bütün təfərrüatları incələnmiş və növə məxsus bir neçə təfərrüat xaric olmaqla, bütün xüsusiyyətlər mükəmməl lemur növünü təmsil etmişdir. Darvinistlər idanın bükülə bilən baş barmağının olduğunu, bunun digər məməlilərdə olmadığını, amma insanda rast gəlindiyini deyirlər. Halbuki bu gün yaşayan bütün lemurların baş barmaqları bu cürdür. İdanın dırnaqlarının olması da onu insanla qohum etmir, çünki digər primatlarda da dırnaqlar mövcuddur.4 İdanın ayaq daraqarxası sümüyünün “insanınkı ilə eyni” olduğu da iddia edilir. Halbuki canlının ayaq strukturu insanınkından tamamilə fərqlidir. Ayaqdakı tək sümüyün bənzərliyi götürülüb, digər bütün fərqliliklər görməzdən gəlinmişdir. Diş darağının olmaması da bu fosili keçid forma etmir, çünki dişlər meymun dişləri ilə bənzərlik göstərir.5

2.DRİOPİTEK (Dryopithecus)

Driopiteklərə aid ilk nümunə 1856-cı ildə Fransanın Sen-Qodens bölgəsindən tapılıb. Daha sonra Macarıstan, İspaniya və Çin kimi dünyanın müxtəlif bölgələrindən driopitek fosilləri çıxarılmışdır. Tapıldığı təbəqələr Miosen dövrünə, bundan 12–9 milyon il öncəsinə aiddir.6 Fransada tapılmış və driopitek növünə aid olduğu deyilən bazu sümüyündən sonra7 dünyanın müxtəlif bölgələrindən driopitek kəllə sümüyü8 və çənə sümüyü9 də tapıldı. Maraqlısı budur ki, sözügedən sümük qalıqlarından başqa bədənin qalan hissələrinə aid heç bir qalıq tapılıb çıxarılmayıb. Lakin təkamülçülər bunlarla kifayətlənməyib, canlının bütöv rekonstruksiyasını hazırlamaqdan tutmuş, insanabənzər varlıqlara başlanğıc vermiş olduğu kimi spekulyasiyalara girişmişlər. Fosil nümunələrinə əsaslanan alimlərə, məsələn, Devid Pilbim və Elvin Simons kimi paleontoloqlara əsasən, driopiteklər “meymunluğa məhkum” idilər.10 Azı dişlərindəki nisbətən kiçikölçülü mina qatı bu canlının yumşaq yarpaqlar və meyvələrlə qidalandığını göstərir ki, bu da ağaclarda yaşayan bir canlı üçün ideal qidalanma tərzidir. Əvvəllər driopiteklərin əcdadı sayılan egiptopitekin isə heç bir əcdad xüsusiyyəti daşımadığı və sadəcə bir meymun növü olduğu Riçard Liki11, Uilyam Fiks12 və Diana Frans13 kimi nüfuzlu təkamülçülər tərəfindən etiraf edilmişdir. İnsanın xəyali təkamül sxemində, guya, driopiteklərdən törəmiş “əcdadımız” isə ramapitek sayılırdı. Ramapitek isə qısa müddət sonra insanın nəsil ağacından çıxarıldı. Baxın: Ara Keçid Forma İddialarına Cavab –V– Hissə

3.SAHELANTROP (Sahelanthropus tchadensis)

2002-ci ilin yayında Mərkəzi Afrikada, Çadda tapılan və Sahelanthropus tchadensis adı verilən fosil o vaxt üçün təkamül nəzəriyyəsinin insanın mənşəyi haqqındakı iddialarını məhv edən ən son tapıntı idi. Bütün dünyada məşhur olan Nature jurnalı bu fosil haqda yayımladığı xəbərdə: “Tapılan yeni kəllə sümüyü insanın təkamülü haqqındakı düşüncələrimizi tamamilə məhv edə bilər”, – deyə etiraf edirdi.14 Harvard Universitetindən Daniel Liberman bu yeni tapıntının “kiçik bir atom bombası qədər təsirli olacağı”nı söylədi.15 Bunun səbəbi tapılan fosilin 7 milyon il yaşı olmasına baxmayaraq, “insanın ən qədim əcdadı” olduğu iddia edilən və 5 milyon illik avstralopitek növündən olan meymunlardan (təkamülçülərin bu günə qədər əsas götürdükləri meyarlara görə) daha “insanabənzər” quruluşa malik olması idi. Con Vitfild 2002-ci il, 11 iyul tarixli Nature jurnalında nəşr olunan “İnsan ailəsinin ən qədim üzvü tapıldı” başlıqlı məqaləsində Corc Vaşinqton Universitetindən təkamülçü antropoloq Bernard Vuddan sitat gətirərək bu fikri təsdiqləyirdi.16 Yeni tapılan meymun fosili haqqında ən əhəmiyyətli izahlardan biri də “Nature” jurnalının redaktoru və tanınmış paleoantropoloq Henri Cinin “The Guardian” qəzetində nəşr olunan məqaləsində dediyi sözlər idi: “Nəticə nə olursa olsun, bu kəllə sümüyü bir daha və qəti şəkildə göstərir ki, əvvəldən qəbul edilən (insanla meymun arasındakı) “itkin halqa” düşüncəsi axmaqlıqdır… Hal-hazırda çox aydın şəkildə bilinməlidir ki, onsuz da, həmişə şübhəli olan itkin halqa fikri artıq tamamilə etibarını itirmişdir”.17

4.MİLLENİUM ADAMI (Orrorin tugenensis)

2000-ci ildə Keniyada tapılan bu fosilin 6 milyon il yaşı olduğu təxmin edilir18. Təkamülçü elm adamlarının da qeyd etdiyi kimi, bu fosil “Lüsi”dən – məşhur avstralopitek nümunəsindən 3,2 milyon il daha qədimdir. Elə bu da təkamülçüləri ziddiyyət içinə salan məsələdir. Çünki təkamülçülərin insanın əcdadı hesab etdiyi Lüsi Millenium adamından daha cavan olmasına baxmayaraq, təkamülçü məntiqə əsasən, daha az inkişaf etmişdir. Yəni insana daha yaxın olmaq yerinə, meymuna yaxındır, hətta tam meymundur19. İngiltərə və ABŞ-dan iki anatomist Solli Sukerman20 və Çarlz Oksnard21 və Liverpul Universitetindən Fred Spur22 kimi məşhur alimlər isə Lüsinin yeriyə bilmədiyini, bugünkü meymunlarla eyni xüsusiyyətlər daşıyan, nəsli kəsilmiş bir növ olduğunu göstərmişdirlər. Millenium adamı isə Lüsidən daha qədim olmasına baxmayaraq, təkamülçülər tərəfindən dik yeriyə bilən, çənə və diş quruluşu insanınkına bənzər olaraq təsvir edilir23. Bu ziddiyyətli hal da Millenium adamını insanın xəyali təkamülünə dəlil kimi göstərməyin yalnışlığını ortaya qoyur. Təkamülçülər öz nəzəriyyələrini təkzib edən bir dəlili, bu nəzəriyyəyə sübut kimi göstərməyə çalışırlar.

5.ARDİ (Ardipithecus ramidus)

Ardi

Solda Ardiyə aid fosil qalıqlarını görürsünüz. Bu qalıqlara əsaslanaraq sağdakı kimi bir təsvir əldə etmək qətiyyən mümkün deyildir. Darvinistlər əslində şimpanze fosilinə aid qalıqları təhrif edərək saxta rəssamlıq nümunəsi ortaya çıxarmışlardır.

 

Əslində, 1994-cü ildə tapılmış olan24 ardi fosili 15 ildən sonra böyük bir kəşf kimi gündəmə gətirildi.25 Darvinistlər 4,4 milyon il yaşı olan ardini “ayaqüstə rahat gəzdiyi”ni göstərən şəkillərlə təbliğ etdilər.26 Sonradan isə bu fosilin sadəcə bir bonoboya (cırtdan şimpanze) aid olduğu məlum oldu.27 İlk tapıldığı zaman çox kiçik fraqmentlərə parçalanmış olan çanaq sümüyünü isə təkamülçülər öz istədikləri kimi bitişdirib bu canlını “dik yeriyə bilən” vəziyyətə gətirmişlər.28 Darvinistlərin ardi haqqındakı “ailədə vəzifə bölgüsü” iddiaları isə yenə də özünü doğrultmur. Çünki heyvanlar aləmində bir çox növün erkəkləri və dişiləri arasında vəzifə bölgüsü mövcuddur və bu vəziyyət bonobo meymunlarında da eynidir. Digər tərəfdən, ardinin keçid forma olmamasını onun təbliğatından qısa müddət sonra nüfuzlu təkamülçü dairələr də etiraf etmişdir. Bunların başında isə Stouni Bruk Universitetinin Tibb Mərkəzindən anatomik elmlər bölümü şefi Uilyam Yunqers29 və ardi üzərində incələmələr aparıb, ardinin insanın xəyali təkamülündə itmiş halqa olduğunu irəli sürmüş Kaliforniya Universitetindən məşhur darvinist Tim Uayt30 gəlir. Uayt belə deyir: “Ardipithecus ramidusun (ardi) avstralopiteklərin əcdadı olduğu çıxarışını kifayət dərəcədə haqlı çıxardacaq heç bir xüsusiyyət göz önündə mövcud deyil”.31

6.KENİYANTROP (Kenyanthropus platyops)

Keniyada paleoantropoloq Miv Liki və heyəti tərəfindən 1999-cu ildə tapılmış bu kəllə qutusu fosili yastı üz quruluşuna malik olması səbəbilə “Yastıüzlü adam” (Flat Faced Man) deyə adlandırıldı. 3,5 milyon il yaşı olan bu fosil xəyali təkamül sxemlərini alt-üst edirdi, çünki özündən sonra yaşamış Lüsi kimi meymun növləri təkamülçülərin iddialarına əsasən, keniyantropdan daha “geridə” idi.32 Corc Vaşinqton Universitetinin Antropologiya şöbəsindən Daniel E.Liberman bu təzadı belə dilə gətirir: “İndi 3,5 milyon illik başqa bir növün tapılması ilə, görünən odur ki, vəziyyət daha qarışıq hala gələcək… Məsələn, niyə adətdənkənar olaraq kiçik çənə dişinə və önə doğru qövsvari çənə sümüyü olan böyük yastı üzə eyni anda malikdir? Böyük üzü və oxşar şəkildə yerləşdirilmiş çənə sümüyü olan bütün digər insanabənzər növlərin böyük dişi var”.33 Məşhur TV kanalı BBC isə xəbəri “Yastı üzlü adam bir tapmacadır”, “İnsanı çaşdıran sxem”, “Elmi ziddiyyət” başlıqları ilə vermiş və xəbərdə belə deyilmişdir: “Miv Liki, heyəti və Keniya Milli Muzeyinin kəşfi, onsuz da, bulanıq olan insanın təkamülü sxemini daha da tutqunlaşdırır”.34 London Kolleci Universitetindən məşhur təkamülçü dr. Fred Spur isə tapılmış fosil üçün “bir çox sualı gündəmə gətirdi” şərhini vermişdir.35

7.AVSTRALOPİTEK (Australopithecus)

İnsanın təkamülü nağılında darvinistlərin tez-tez dilə gətirdikləri və 4–1 milyon il əvvəl yaşamış olan bu uydurma “keçid forma”nın, həqiqətdə, nəsli kəsilmiş bir meymun növündən başqa bir şey olmadığı məlum olmuşdur.36 Bu canlının eynilə müasir şimpanzelər kimi olduqca kiçik, 450 sm3-lik beyin həcminə, 130 sm-lik boya37, bir-birinə yaxın gözlərə, iti azı dişlərinə, qısa ayaqlar və uzun əllərə sahib olduğu müşahidə edilmişdir.38 Həmçinin əl və ayaqlarında ağaclara dırmaşmaq üçün çıxıntılar olması da bu fosilin nəsli kəsilmiş bir meymun növündən başqa bir şey olmadığını üzə çıxarmışdır39. Bu canlının dik yerimiş olduğu iddiası isə məşhur anatomlar S.Sukerman və Ç.Oksnardın araşdırmaları ilə təkzib edilmişdir.40,41 Ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

8.ZİNCANTROP (Zinjanthropus boisei)

zincantrop

Yuxarıda Şərqi Afrikadan tapılmış “zincantrop” kəllə qutusu görünür. Maraqlıdır ki, paleoartistlər və ya “təkamülçü sənətkarlar” həmin bu kəllə qutusuna bir-birinə heç bənzəməyən 3 ayrı üz yaraşdırmışdırlar. Bu, rekonstruksiya işlərinin yanlız və yalnız xəyal məhsulu olduğunu sübut edən əhəmiyyətli faktdır.

1959-cu ildə məşhur “fosil ovçuları ailəsi”ndən Meri Liki iri dişlərə sahib qaba kəllə qutusu fosili tapdı. Luis Liki bunun insanın əcdadı olduğuna qərar verdi və fosili Zinjanthropus boisei adlandırdı. Hal-hazırda isə bu fosil Australopithecus boisei və ya Paranthropus boisei adlandırılır. İri qorillalarınkı ilə eyni ölçüdə dişlərə və güclü çənə əzələlərinə işarə edən sümüklərə sahib idi, bu səbəbdən “Qozsındıran adam” (Nutcracker man) adına layiq görülən bu canlının bir çox digər paleontoloq tərəfindən heç insana bənzəmədiyi ifadə edildi.42 Likilərin kəşfini təkamül yönümlü populyarlaşdıran və sponsorlaşdıran isə təkamül təbliğatına xüsusi önəm verən “National Geographic” jurnalı idi.43 O zamanlar dərhal dərsliklərə salınan və “insanın əcdadı” kimi qəbul etdirilən “zincantrop” daha sonra təkamülçülər tərəfindən tərk edildi. Luis Liki bu fosilin insanın “birbaşa əcdadı olmadığı”nı bildirdi.44 Digər tərəfdən, rəssamların təxəyyül məhsulu olan rekonstruksiyaların da heç bir elmi mahiyyət daşımadığı ortaya çıxdı. Belə ki, zincantropa aid eyni kəllə sümüyü üçün çəkilmiş bir-birindən tamamilə fərqli 3 şəkil fosillərin təkamülçülər tərəfindən necə xəyali formada şərh edildiyinin göstəricisidir. Sonrakı illərdə aparılan tədqiqatlar isə Likinin “zincantrop” adını verdiyi fosilin (Likinin özünün də etiraf etdiyi kimi) sadəcə bir avstralopitek növü olduğunu üzə çıxardı.45 Fosilin latınca adı da Australopithecus boisei olaraq dəyişdirildi. Avstralopitek adlı meymun cinsinin isə insanın mənşəyilə heç bir əlaqəsi olmadığı haqda 7-ci iddiadan maraqlana bilərsiniz.

9.BACARIQLI “İNSAN” (Homo habilis)

İnsanın uydurma təkamül ağacında avstralopitekdən sonra gəldiyi deyilən bu fosil də bütün xüsusiyyətləri ilə bir meymun növü olmuşdur. Bernard Vud, Ç.L.Breys və Riçard Liki kimi bir çox mütəxəssis bu canlının “bacarıqlı insan” deyil, “bacarıqlı (alətdən istifadə edə bilən) meymun” olduğunu söyləyiblər.46 Eynilə avstralopitek kimi, bu fosilin də uzun qollar, qısa ayaqlar, dırmaşmağa uyğun barmaq falanqaları və meymunabənzər skeleti onun, sadəcə olaraq, nəsli kəsilmiş bir meymun növü olduğunu göstərirdi.47 630 sm3-lik beyin həcmi də bunu təsdiqləyirdi.48 Bundan əlavə, Fred Spur, B.Vud və Frans Zonneveld adlı üç anatomun insan və meymunların daxili qulaqlarında apardıqları müqayisəli təhlilləri də bacarıqlı “insan”ı meymun kateqoriyasına daxil etdi.49 Ətraflı məlumat üçün bura klikləyin.

10.RUDOLF ADAMI (Homo rudolfensis)

Homo rudolfensis termini 1972-ci ildə tapılan bir neçə fosil fraqmentinə verilən addır. Bir çox paleoantropoloqlar bu qalıqların, əslində, ayrı bir növə aid olmadığını, Homo rudolfensis adlandırılan canlının da, həqiqətdə, Homo (Australopithecus) habilis, yəni meymun növü olduğunu qəbul edirlər. Qalıqları tapan Riçard Likinin fikrincə, bu qədim canlı avstralopitek kimi beyin həcmi çox kiçik, lakin insanabənzər sifətə malik idi və avstralopitek ilə insan arasındakı itkin halqa idi. Ancaq bir müddət sonra aydın oldu ki, Rudolf kəllə sümüyünün bir çox elmi jurnalların üz səhifəsində dərc olunan “insanabənzər” siması, əslində, sümük parçalarını birləşdirərkən, bəlkə də, qəsdən edilən səhvlərin nəticəsi idi. İnsan üzü anatomiyası sahəsilə məşğul olan prof. Tim Bromic 1992-ci ildə kompüter simulyasiyalarının köməyi ilə aşkar etdiyi bu həqiqəti belə xülasə edir: “KNM-ER 1470 (Rudolf kəllə sümüyü) bərpa edilərkən üz cizgiləri eynilə bugünkü insanların kəllə sümüyünə oxşar şəkildə quraşdırılmışdı. Halbuki apardığımız tədqiqatlara əsasən, üz kəllə sümüyünə daha maili birləşdirilməlidir. Bu isə eynilə avstralopitekdə olan meymunabənzər sifət xüsusiyyətlərini göstərir”.50 Yəni Homo rudolfensis deyə müraciət edilən fosil meymun fosilidir və xətalı quraşdırma ilə insanabənzər təəssürat doğurmuşdur.

11.«HOMO NALEDI»

Tamamilə quraşdırma olan Homo naledi fosili haqqında qısaca bəzi faktlara yer verək. Cənubi Afrika Respublikasının “Yüksələn Ulduz” mağarasından tapılan bu fosil 1550 ədəd ayrı-ayrı sümüyün bir yerə yığılmasından ibarət quraşdırma fosildir.51 Uşaq və yetkin olmaqla 15 ayrı fərdə aid olduğu düşünülən irili-xırdalı sümükləri anatomik olaraq məntiqi formada düzməyə cəhd edib təkamülçülər. İnsan ilə meymun arası xüsusiyyətlər göstərən mozaik bir canlı ortaya çıxarıblar. Əllərində bütöv kəllə qutusu olmamasına baxmayaraq, 4 əskik kəllə sümüyünə istinad edib bir-birinə toxunmadan havada duran fraqmentlərdən ibarət montaj halqa əmələ gətirilib. Homo nalediyə aid edilən kəllə qutusunun həcmi portağal qədər, 500 sm3 təşkil edir, bugünkü şimpanzelərlə eyni həcmdədir.52 Maili üz quruluşu və kobud çənə strukturu olması, insanlar üçün xarakterik olan çıxıntılı burun sümüyü olmaması da bu fosilin Homo olmadığını sübut edir.53 Fosilin çiyin oynaqlarının quruluşu və əyri barmaq sümükləri ağaclarda sallanan meymunlara xas xüsusiyyətlər arasında sayıla bilər. Naledinin əlindəki orta və proksimal falanqalar hətta Australopithecus afarensis növü meymunlardakından daha əyridir. Homo naledidə müşahidə edilən geniş çanaq kürəkləri avstralopiteklər üçün səciyyəvidir. Aşağı döş qəfəsi də eynilə avstralopiteklərdəki kimi genişlənir.54 Bütün bunlar “Yüksələn Ulduz” mağarasındakı bu qalıqların bir meymuna xas olduğunu sübut edir. Üstəlik, sözü gedən fosillərin tapıldığı bölgədən də bu günə qədər ancaq avstralopitek, yəni meymun nümunələri çıxarılmışdır.55

 

«KEÇİD FORMA» KİMİ QƏLƏMƏ VERİLƏN HƏQİQİ İNSAN QALIQLARI

12.DÜZYERİŞLİ İNSAN (Homo erectus)

Təkamülçülərin bacarıqlı “insan”dan müasir insana keçid forma kimi qəbul etdikləri düzyerişli insan fosilləri avstralopitek və Homo habilisdə müşahidə edilməyən dik yerimə qabiliyyəti göstərməkdədir.56 Araşdırmalar düzyerişli insanla müasir insan arasında heç bir fərq olmadığını ortaya qoymuşdur.57 Təkamülçülərin düzyerişli insanı “ibtidai” saymalarının səbəbi isə beyin həcminin (900-1100 sm3) müasir insanınkına nisbətən daha kiçik olması və qalın qaş çıxıntılarıdır. Halbuki hal-hazırda da bəzi insan irqlərinin (məs., piqmeylər) beyin həcmi bu ölçüyə uyğun gəlir və başqa bir müasir irq olan aborigenlərdə də qaş çıxıntıları mövcuddur.58 Bütün bunlar düzyerişli insan adlanan bu fosil qalıqlarının, sadəcə olaraq, tarixən yaşamış bir insan irqi olduğunu göstərmişdir.59 Həmçinin düzyerişli insanların 1,8–1,6 milyon il əvvəl yaşamış olmaları da ciddi bir məntiq xətasına yol açır, çünki onlar öz “əcdad”ları sayılan Homo habilislərlə eyni dövrdə yaşamış olurlar. Homo habilislər bundan 1,9–1,7 milyon il əvvəl yaşamışdırlar. Daha əhatəli məlumat üçün bu linkə müraciət edə bilərsiz.

13.HEYDELBERQ ADAMI (Homo heildelbergensis)

Heydelberq adamı qazıntı insan formalarından biridir. 1907-ci ildə alman antropoloqu Otto Şötenzak Almaniyanın Heydelberq şəhəri yaxınlığında, Elsents çayı vadisində 24 metr dərinlikdən tapdığı alt çənə sümüyünə bu adı vermişdi. Sonradan tapılan və bu kateqoriyaya salınan insan sümükləri Avropada 600 min-400 min il əvvəl yaşamış insanları təmsil edir. Şötenzak və sonrakı təkamülçülər onu “primitiv” insan kimi saysalar da, sonrakı tapıntılarla məlum oldu ki, Heydelberq adamı heç də müasir insanlardan fərqlənmir. Ayrı növ deyildir və sadəcə olaraq, Avropada ilk məskunlaşmış insan irqidir. Elə buna görədir ki, tapılan 200 min illik insan qalıqlarına bəzi təkamülçülər Heydelberq adamı, bəziləri neandertal, bəziləri isə başqa bir insan irqi olan Homo erectus adı verirlər.60 Çünki bu gün insanlar arasında irqi fərqliliklər olduğu kimi, yüz min illər əvvəl də bu fərqlər var idi. Həqiqətdə, tapılan bu qalıqlar tək bir insan növünün müxtəlif irqlərinə aiddir.

14.NEANDERTAL ADAMI (Homo sapiens neanderthalensis)

Bu qədim qalıqların sadəcə bir insan irqinə aid olduğu üzə çıxmışdır. Neandertallar heç bir şəkildə “ibtidai növ” deyil, əksinə, bugünkü insanlar kimi müasir insan irqi idi. Elə buna görədir ki, əvvəllər Homo neanderthalensis deyə ayrı növ kimi xarakterizə edilən bu qalıqlar sonradan Homo sapiens neanderthalensis deyə dəyişdirilib, yəni sadə bir insan irqi olduğu qəbul edilir.61 Neandertalların qısa və dar kəllələri, iri almacıq sümükləri və burunları və ən səciyyəvi cəhətləri olan başlarının arxasındakı kiçik toppuzşəkilli sümük çıxıntıları (əmgək çıxıntısı) vardı. Məşhur antropoloq Ç. Lorinq Breys Feniksdə baş tutan Amerika Antropologiya Birliyinin illik yığıncağında çıxış edərkən bir çox müasir danimarkalı və norveçlinin də eynilə bu xüsusiyyətlərə sahib olduğunu ifadə etmişdir. “Əslində, Amerika hinduları və ya avstraliyalı aborigenlərdən daha çox bugünkü avropalıların kəllələri Neandertal kəlləsinə bənzəyir”,- deyə Breys çıxışında bildirir.62 Neandertallarla bağlı bəzi mütəxəssislərin də sözlərinə yer verək. Amerikalı antropoloq, Miçiqan Universitetinin Antropologiya Muzeyinin elmi işçisi Holli Smit: “Dişlərin inkişaf formalarına əsaslanaraq apardığımız təhlillər avstralopiteklər və Homo habilisin Afrika meymunları ilə eyni kateqoriyada olduqlarını, Homo erectus və neandertalların isə insanlarla eyni kateqoriyada olduğunu göstərir”.63 Vaşinqton Universitetinin Antropologiya departamentinin professoru, neandertallar və “insanın təkamülü” mövzuları üzrə ekspert Erik Trinkaus isə deyir: “Neandertal qalıqları və müasir insan skeletləri arasında aparılan təfsilatlı müqayisələr göstərmişdir ki, neandertal anatomiyasında hərəkət, alət istifadəsi, zəka səviyyəsi və ya nitq qabiliyyətlərində müasir insanlardan aşağı sayıla biləcək heç bir şey yoxdur”.64

15.SİNANTROP (Sinanthropus pekinensis)

1921-ci ildə dr. Devidson Blek Çinin paytaxtı Pekinə bağlı Çjoukoudyan arxeoloji sahəsindəki çuxurların birində iki azı dişi tapdı. Blek bu azı dişlərini Sinanthropus pekinensis adlandırdı və hominid (insanabənzər) olduğunu irəli sürdü. Dr. Ven-Çjun Pey isə 1927-ci ildə 3-cü azı dişini, 1928-də də bəzi kəllə qutusu hissələri və iki ədəd çənə sümüyü tapdı. Blek bunların da sinantropa aid olduğunu irəli sürərək kəllə qutusu həcminin 900 sm3 olduğunu elan etdi. Yaşının da 500.000 il olduğu güman edildi. 1936-da amerikalı professor Frans Veydenreyx və V.Ç.Pey tərəfindən eyni yerdə üç kəllə qutusu da tapıldı. Bu kəllə qutularının da sinantropa aid olduğunu və beyin həcminin 1200 sm3 olaraq dəyişdirildiyini bəyan etdilər. Dəlil olaraq tapılmış bütün materiallar isə iki azı dişi xaric olmaqla 1941-45-ci illər arasında itmişdir. Hal-hazırda əldə sadəcə Veydenreyxin hazırladığı gipsdən modellər mövcuddur.65 O dövrlərdə Pekində vəzifədə olan və özü də təkamülçü olan O’Konnell isə bu “itkin” fosillərin itkin olmadıqlarını, əslində, ovlanmış oranqutanq meymununa aid olduğu üçün təkamülçülərin özləri tərəfindən yoxa çıxarıldığını bildirir.66 İstənilən halda, hal-hazırda sadəcə və sadəcə gipsdən materiallar mövcuddur ki, bunların həqiqi fosillərimi, yoxsa təkamülçü Veydenreyxin xəyallarınımı əks etdirdiyi sualı şübhə altındadır. Digər tərəfdən, gips qəlibləri araşdıran məşhur alim Anri V.Vallua (Henri Vallois) sinantropu ən incə təfərrüatına qədər araşdırmış və kəllə qutularının “oranqutanq və şimpanzeyə” bənzədiyi qənaətinə gəlmişdir.67 Paleontoloq Marsellin Bul da: “Sinanthropus pekinensisin dişlərinin və alt çənəsinin bütün xüsusiyyətləri iri quruluşlu meymunlarınkına bənzəyir”, – deyirdi.68

16.YAVA ADAMI (PİTEKANTROP) (Pithecanthropus erectus)

Qatı təkamülçü olması ilə tanınan anatom Ejen Dübua (Eugène Dubois) 1891-ci ildə İndoneziyanın Yava adasındakı Solo çayının sahilində bir kəllə qutusu qapağı tapdı.69 Dübua bu fosildə meymunla insan xüsusiyyətlərinin eyni anda mövcud olduğunu düşünürdü. Bir il sonra kəllə qutusu qapağını tapdığı yerdən təxminən 15 metr aralıqda bud sümüyü də tapdı və insanınkına çox bənzəyən bu bud sümüyünün kəllə qutusuyla eyni bədəndən olduğu fikrinə vardı.70 Əlindəki iki ədəd sümüyə əsaslanaraq bu fosilin keçid forma olduğu fikrini mənimsədi və tapıntısına elmi təəssürat yaradan bir ad da verdi: Pithecanthropus erectus, yəni “dik yeriyən meymun-adam”… Başqa cür Yava adamı kimi tanınan bu fosilin kəllə qutusu həcmi təqribən 900 sm3 olaraq hesablandı. Yaşının da 500.000 il olduğu irəli sürüldü.71 Halbuki, iyirmi ildən uzun müddət ərzində Yava adamını araşdıran Marvin L.Lubenov “Mübahisəli sümüklər” (“Bones of contention”) adlı kitabında Dübuanın Yava adamını insanın təkamülü sxeminə uydurmaq üçün geoloji dövrlərlə oynadığını və buna görə də məsələnin elmi mahiyyətini itirdiyini bildirir.72 Kembric Universitetindən məşhur anatom Ser Artur Kit isə bu həcmə malik kəllə qutusunun meymuna aid ola bilməyəcəyini qəti olaraq bildirir, meymunlara xas güclü çeynəməni təmin edən xüsusiyyətlərin bu kəllə qutusu qapağında yer almadığını ortaya qoyurdu. Kit bu kəllə qutusunun qəti şəkildə bir insana məxsus olduğunu deyirdi. Dübuanın meymun-adam məntiqsizliyini yıxan başqa bir kəşf isə özü antropoloq olan dr. Uolkhoffdan gəldi. Uolkhoff Solo çayının qurumuş bir bölgəsində və Dübuanın Yava adamını tapdığı yerə iki mil qədər yaxınlıqda bir insan azı dişinin üst qismini tapdı. Fosilləşmiş bu azı dişi insana aid idi və Yava adamının yaşadığı iddia edilən dövrdən də qədim dövrə aid idi. Uolkhoffun rəhbərliyi ilə tədqiqat aparan prof. Selenka və dr. Maks Blenkenhorn kimi alimlər də bugünkü insanla Yava adamının eyni dövrdə yaşadığı, yəni Yava adamı ilə insanın təkamülü arasında heç bir əlaqənin olmaması nəticəsinə gəlirdilər. Yava adamıyla əlaqədar irəli sürüləcək tək şey kəllə qutusu həcmi ola bilər ki, müasir dövrdə də Yava adasına heç də uzaq olmayan Avstraliyada yerli insan irqləri eyni beyin həcminə malikdirlər.

17.FLORES ADAMI (Homo floresiensis)

“Hobbit” ləqəbi ilə də tanınan Flores adamı 2003-cü ildə İndoneziyanın Flores adasında kəşf olunmuşdu. Bu qədim insan fosilinin yaşı isə 100 min illə 60 min il arasında dəyişir. Təkamülçülər bu fosilin kiçik bədən və çox kiçik beyin həcmini onun bizim “ibtidai əcdadımız” olması ilə izah edib, onu ayrı növ kimi kateqorizə etdilər. Lakin sonrakı araşdırmalar Flores adamının bu anatomik xüsusiyyətlərinə başqa açıqlamalar gətirdi. Fosil tapıldıqdan bir il sonra floresiensisin Homo sapiensdən fərqli bir növ olaraq təqdim olunmasına etiraz edən indoneziyalı alimlərin fikirlərini sonradan başqa mütəxəssislərin dəstəkləməsi fosil barədə mübahisələri qızışdırır.73 Bu siyahının başında avstraliyalı alim Maçey Henneberq (Maciej Henneberg), Alan Torn (Alan Thorne) və Amerikadakı Fild Təbiət Tarixi Muzeyindən olan tədqiqatçılar gəlirdi. İndoneziyalı alimlərdə olduğu kimi, bu yeni etirazlar da Flores adamının mikrosefaliya adlı nevroloji xəstəlikdən əziyyət çəkmiş insan olduğunu vurğulayırdı. Etirazları ABŞ-ın məşhur “Science” jurnalında da çap olunan74 Henneberq Flores adamının kəllə sümüyü ölçülərinin mikrosefaliyadan qaynaqlandığını isbat edir. Tədqiqatçı, həmçinin Flores adamının üz anatomiyasının H. sapiens limitləri çərçivəsində olduğunu da qeyd edir. Avstraliya Milli Universitenin antropoloqu Alan Torn isə Flores adamının ayrı bir növ olduğu yönündəki iddianın şişirtmə olduğuna diqqət çəkir.75 Flores adamını elmi icmaya tanıtdıran aparıcı paleoantropoloq Piter Braun da “Scientific American” jurnalının internet saytında yayımlanan reportajında bu kimi anomaliyalara (böyümə hormonu çatışmazlığı və ya mikrosefaliya) məruz qalmış insanlarda beyin həcminin olduqca kiçik olduğunu deyir.76 Alimlərin bu fosil haqqında daha çox ehtimal verdikləri ikinci alternativ isə onun cırtdanlaşma prosesindən əziyyət çəkməsidir. Ada cırtdanlaşması deyə tərif edilən proses coğrafi təcridlə əsas adadakı populyasiyadan ayrılmış bir qrupun mühitdəki məhdud qida mənbələri üzündən zaman keçdikcə cırtdanlaşmasını təsvir edir. Həmin proses adalardan əldə edilən məməli fosillərində də müşahidə olunur. Misal üçün, Siciliya və Malta adalarında tapılmış və hündürlüyü sadəcə 1 metr olan fillərin dörd metr hündürlüyündəki fillərdən ayrılıb adada təcrid olduqları 5.000 il kimi qısa bir müddət ərzində cırtdanlaşdıqları təxmin edilir.77

18.DENİSOVA ADAMI (Homo sapiens denisova)

2010-cu ildə tək çeçələ barmağa aid qırıntı Rusiyanın Denisova mağarasından tapıldı. Bu qırıntının 41.000 il yaşı olduğu ölçüldü. Sadəcə bir çeçələ barmağı tapılmasına baxmayaraq, təkamülçülər çox böyük hay-küylə bu qalığı gündəmə gətirdilər və bunu “Naməlum insanabənzər!”, “Sibirdə üçüncü insan növü tapıldı” kimi mübaliğəli başlıqlarla yayımladılar. Fosilin həqiqi hekayəsi isə belədir: Çeçələ barmağından tapılan mitoxondri DNT-sini analiz edən təkamülçülər gördülər ki, bu fosilin mənşəyi “Afrikadan çıxış” tezisi ilə, yəni bütün bəşəriyyətin əcdadının afrikalı olması tezisi ilə uyuşmur. Yəni bu fosil, əslində, köhnə darvinist iddiaları təkzib edən və darvinist sxemləri alt-üst edən tapıntı idi. Lakin bu vəziyyəti ört-basdır etmək istəyən darvinistlər Denisova adamını yeni, başqa bir növ kimi qələmə verirlər. Mitoxondri DNT-sindən (mtDNT) çıxardıqları nəticə isə bu idi: Denisova adamları fərqli bir nəsildən gəlir, Afrikadan çıxıb 40.000 il öncə Asiyaya köçmüş yeni bir növdür və ətraflı təhlillərlə onun da əcdadının kim olduğu müəyyənləşdiriləcəkdir. Halbuki bütün bu metodlar və proqnozlar uydurma idi. Təkamülçülər illərlə mitoxondri DNT-sinin irsən ancaq anadan ötürüldüyünü, buna görə də, ana-nənə-ulu nənə və i.a. sırasıyla gedildiyi zaman konkret əcdada çatıla biləcəyini iddia etmiş, Denisova adamı kimi fosilləri də bu metodla incələmişlər. Lakin 1999-cu və 2002-ci illərdə aparılan tədqiqatlarla ard-arda bu metodun yanlışlığı açıq-aşkar üzə çıxmışdır.1999-cu ildə “Proceedings of the Royal Society” jurnalında yayımlanan iki ayrı məqalədə bəzən mitoxondrilərin həm də atadan gələ bildiyi sübut edilmiş78, 2002-ci ildə“New Scientist” jurnalının internet səhifəsində yayımlanmış xəbərdə bir danimarkalının 90% mitoxondrisini atadan aldığı məlum olmuşdur.79 Beləliklə, “anadan gələn mitoxondri DNT-si”nə əsaslanan bütün təkamülçü fərziyyələr qüvvəsini itirmiş oldu. Həmçinin Təkamülçülərin “Mitoxondrial Həvva” tezisinin yanlışlığı məqaləmizdən də bu mövzuda geniş məlumat ala bilərsiniz.

 

 

İqtibaslar:

  1. Thomas, B. and F. Sherwin. Ida: Separating the Science from the Media Campaign. ICR News, May 22, 2009
  2. http://news.bbc.co.uk/2/hi/8057465.stm
  3. Franzen J.L., Gingerich P.D., Habersetzer J., Hurum J.H., von Koenigswald W., et al., Complete primate skeleton from the Middle Eocene of Messel in Germany: Morphology and Paleobiology. PLoS ONE 4(5): e5723 DOI: 1371/journal.pone.0005723, 2009
  4. Don Batten, Darwin fossil hyper hype, Creation 32(1):44–46, 23 May 2009
  5. Don Batten, ‘Darwin fossil hyper hype’, Creation 32(1):44–46, 23 May 2009
  6. Pilbeam, David; Simons, E. L. (February 1971). “Biological Sciences: Humerus of Dryopithecus from Saint Gaudens, France”. Nature 229(5284): 406–407, 05 February 1971
  7. Pilbeam, David; Simons, E. L. (February 1971). “Biological Sciences: Humerus of Dryopithecus from Saint Gaudens, France”. Nature 229(5284): 406–407, 05 February 1971
  8. Kordos, László; Begun, David R. (2001). “A new cranium of Dryopithecus from Rudabánya, Hungary”. Journal of Human Evolution 41 (41): 689–700
  9. Xue, Xiang-Xu; Delson, Eric (1989). “A new species of Dryopithecus from Gansu, China”. Chinese Science Bulletin (34): 223–230
  10. David Pilbeam and Elwyn Simons, “A Gorilla-Sized Ape from the Miocene of India,” Science, July 1971, 173:23
  11. Richard Leakey, People of the Lake, New York: E.P. Dutton, 1978, p. 52
  12. Fix, W.R., The Bone Peddlers: Selling Evolution, MacMillan Publishing Company, New York, p. 18, 1984
  13. France, D.L., Physical Anthropology: Lab Manual and Workbook, p. 176; also Fleagle and Kay, 1983
  14. John Whitfield, “Oldest Member of Human Family Found”, Nature, 11 İyul 2002
  15. L. Parsell, “Skull Fossil From Chad Forces Rethinking of Human Origins”, National Geographic News, 10 Temmuz 2002
  16. John Whitfield, “Oldest Member of Human Family Found”, Nature, 11 İyul 2002
  17. “Face of yesterday : Henry Gee on the dramatic discovery of a seven-million-year-old hominid”, The Guardian, 11 Temmuz 2002
  18. Balter, M., Early Hominid Sows Division, Science Now, 22 February 2001
  19. Pickford, Martin (December 2001). “Martin Pickford answers a few questions about this month’s fast breaking paper in field of Geosciences”. Essential Science Indicators.
  20. Solly Zuckerman, Beyond The Ivory Tower, New York: Toplinger Publications, 1970, səh. 75-94
  21. Charles E. Oxnard, “The Place of Australopithecines in Human Evolution: Grounds for Doubt”, Nature, cild 258, səh. 389
  22. Fred Spoor, Bernard Wood & Frans Zonneveld, “Implications of Early Hominid Labyrinthine Morphology for Evolution of Human Bipedal Locomotion”, Nature, vol. 369, 23 June 1994, səh. 645.
  23. Henke, Winfried (2007). Henke, Winfried; Hardt, Thorolf; Tattersall, Ian, eds. Handbook of paleoanthropology: Phylogeny of hominids. Springer. pp. 1527–9. ISBN978-3-540-32474-4
  24. Lemonick, MD; Dorfman, D (1 October 2009). “Ardi is a new piece for the evolution puzzle”. Time. Retrieved October 6, 2009
  25. “Online extras: Ardipithecus ramidus”. Science. Archivedfrom the original on 5 October 2009. Retrieved October 6, 2009
  26. http://www.hominides.com/html/ancetres/ancetres-ardipithecus.php
  27. http://www.netcevap.org/index.php?git=makale&makale_id=148532
  28. http://www.age-of-the-sage.org/evolution/ardi_fossilized_skeleton.html
  29. Katherine Harmon, How Humanlike Was “Ardi”?, Scientific American, 19 Noyabr 2009
  30. Katherine Harmon, How Humanlike Was “Ardi”?, Scientific American, 19 Noyabr 2009
  31. Katherine Harmon, How Humanlike Was “Ardi”?, Scientific American, 19 Noyabr 2009
  32. http://www.lewrockwell.com/orig/sardi3.html
  33. Daniel E. Lieberman, “Another face in our family tree”, Nature, March 22, 2001
  34. http://news.bbc.co.uk/hi/english/sci/tech/newsid_1234000/1234006.stm
  35. http://news.bbc.co.uk/hi/english/sci/tech/newsid_1234000/1234006.stm
  36. Isabelle Bourdial, “Adieu Lucy”, Science et Vie, May 1999, no. 980, səh. 52-62
  37. “Time”, nömrə 110:19, 7 Noyabr, 1977, səh. 68-69; Beck, Roger B.; Linda Black, Larry S. Krieger, Phillip C. Naylor, Dahia Ibo Shabaka, (1999). World History: Patterns of Interaction. Evans ton, IL: McDougal Littell.
  38. Zihlman AL, Cronin JE, Cramer DL, Sarich VM (1978). “Pygmy chimpanzee as a possible prototype for the common ancestor of humans, chimpanzees and gorillas”. Nature 275 (5682): 744–6
  39. Stern, J.T. and Susman, R.L., The locomotor anatomy of Australopithecus afarensis, American J. PhysicalAnthropology 60:284,307, 1983
  40. Solly Zuckerman, Beyond The Ivory Tower, New York: Toplinger Publications, 1970, səh. 75-94
  41. Charles E. Oxnard, “The Place of Australopithecines in Human Evolution: Grounds for Doubt”, Nature, cild 258, səh. 389
  42. Russel Grigg, “Missing the Mark”, Creation, 26(3):24–27, June 2004
  43. Leakey, L.S.B., Finding the world’s earliest man, National Geographic 118(3):420–435, September 1960
  44. Russel Grigg, “Missing the Mark”, Creation, 26(3):24–27, June 2004
  45. Cela-Conde, Camilo; Francisco Ayala (2007). Human Evolution: Trails from the Past. Oxford: Oxford University Press, p. 158
  46. Miller, J.M.A. (2000), “Craniofacial variation in Homo habilis: an analysis of the evidence for multiple species”,American Journal of Physical Anthropology 112(1): p. 103–128
  47. Miller, J.M.A. (2000), “Craniofacial variation in Homo habilis: an analysis of the evidence for multiple species”,American Journal of Physical Anthropology 112(1): p. 103–128
  48. Wood, B. and Richmond, B.G., Human evolution: taxonomy and paleobiology, J. Anatomy 196:39, 2000
  49. Fred Spoor, Bernard Wood, Frans Zonneveld, “Implication of Early Hominid Labryntine Morphology for Evolution of Human Bipedal Locomotion”, Nature, cild 369, 23 Haziran 1994, səh. 645-648
  50. Tim Bromage, New Scientist, vol. 133, 1992, səh. 38-41.
  51. Shreeve, Jamie (10 September 2015). “This Face Changes the Human Story. But How?”. National Geographic News.
  52. Shreeve, Jamie (10 September 2015). “This Face Changes the Human Story. But How?”. National Geographic News.
  53. Elizabeth Mitchell, “Is Homo naledi a New Species of Human Ancestor?”, September 12, 2015.
  54. Ceymi Şriv, “Müəmma Adam”, National Geographic Azərbaycan, Oktyabr, 2015, səh. 79; Dr. Elizabeth Mitchell, “Is Homo naledi a New Species of Human Ancestor?”, September 12, 2015
  55. Marc Ambler, “What to make of Homo naledi?: More pseudo-scientific claims of human ancestry”, 22 September 2015.
  56. Boyce Rensberger, The Washington Post, November 19, 1984
  57. Boyce Rensberger, The Washington Post, November 19, 1984
  58. Richard Leakey, The Making of Mankind, Sphere Books, London, 1981, səh. 62 
  59. Marvin Lubenow, Bones of Contention, Grand Rapids, Baker, 1992. səh. 136
  60. Rightmire, G.P., Brain size and encephalization in Early to Mid-Pleistocene Homo, American J. Physical Anthropology, 124:112, 2004; Tattersall, I., The Fossil Trail: How We Know What We Think We Know about Human Evolution, 2nd edn, Oxford University Press, New York, pp. 281, 288, 2009; Cartmill, M. and Smith, F.H., The Human Lineage, Wiley-Blackwell, NJ, p. 431, 2009.
  61. Hublin, J. J. (2009), “The origin of Neandertals”, Proceedings of the National Academy of Sciences106 (38): 16022–7.
  62. “Neanderthal Traits Extant, Group Told” The Arizona Republic (Phoenix), 20 noyabr, 1988, səh. B-5, müsahibə: Ç. Lorinq Breys.
  63. Holly Smith, “Patterns of dental development in Homo, Australopithecus, Pan, and Gorilla”, American Journal of Physical Anthropology, Vol. 94, 1994, səh. 307.
  64. Erik Trinkaus, “Hard Times Among the Neanderthals”, Natural History, cild 87, dekabr 1978, səh. 140; R.L. Holloway, “The Neanderthal Brain: What Was Primitive”, American Journal of Physical Anthropology Supplement, cild 12, 1991, səh. 94.
  65. Lubenow, M.,1992. Bones of Contention, Baker Book House, Grand Rapids, Michigan, p. 135
  66. Gish, D. T., Evolution: The Fossils Say “No”, Creation-Life Publishers, San Diego, 1979
  67. Boule and H. M. Wollais, Fossil Men, The Dreyden Press, New York, 1957, pp. 118-123
  68. Boule, L’anthropologie, 1937, s. 21
  69. http://en.wikipedia.org/wiki/Homo_erectus
  70. Lubenow, M.,1992. Bones of Contention, Baker Book House, Grand Rapids, Michigan, p. 86
  71. Creation 13(3):22–23, June 1991
  72. Marvin L. Lubenow, “Bones of Contention”, 5. nəşr, Baker Books, Michigan, 1995, səh. 88
  73. Nigel Hawkes, Professor fuels row over Hobbit man fossils, The Times Online, 3 Dekabr 2004
  74. Michael Balter, “Skeptics Question Whether Flores Hominid Is a New Species”, Science, Vol 306, Issue 5699, 1116 , 12 Noyabr 2004.
  75. Heather Catchpole “Tiny Human a Big Evolutionary Tale”, 27 Oktyabr 2004,http://dsc.discovery.com/news/afp/20041025/tinyhuman.html
  76. Kate Wong, “Digging Deeper: Q&A with Peter Brown”, 27 Ekim 2004, http://sciam.com/article.cfm?chanID=sa004&articleID=00082F87-7D35-117E-BD3583414B7F0000
  77. Lister A., et al. Symposia of the Zoological Society of London, 69. 277 – 292 (1996); Marta Mirazon Lahr & Robert Foley, “Human evolution writ small”, 27 Ekim 2004, http://www.nature.com/news/2004/041025/full/4311043a.html
  78. Fathers can be Influential too, 18 Mart 2003: http://www.nature.com/nsu/990318/990318-5.html
  79. Mitochondria can be inherited from both parents , 23 Avqust 2002:http://www.newscientist.com/news/news.jsp?id=ns99992716

Şərh üçün bağlıdır.

axtarış