• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

Neandertalların keçid forma yox, insan irqi olması ilə bağlı yeni kəşf

Neandertallar (Homo neanderthalensis) bundan 100 min il əvvəl Avropada birdən-birə üzə çıxmış və təxminən 35 min il əvvəl sürətlə və səssiz şəkildə yox olmuş və ya digər irqlərlə qarışaraq assimilyasiyaya uğramış insanlardır. Müasir insandan yeganə fərqi skeletlərinin daha güclü və kəllə sümüyünün ortasının daha hündür olmasıdır.

Neandertallar insan irqidir və bu gün bu həqiqət hər kəs tərəfindən qəbul edilir. Bəzi təkamülçü paleoantropoloqlar bu insanları uzun zaman “ibtidai növ” kimi qəbul edirdi, lakin kəşflər Neandertal insanının bu gün küçədə gəzən hər hansı “cüssəli” bir insandan fərqli olmadığını göstərir. Bu mövzuda Nyu Mexiko Universitetindən məşhur paleoantropoloq Erik Trinkaus belə yazır:

“Neandertal fosilləri və müasir insan sümükləri arasında aparılan müqayisələr göstərir ki, neandertalların anatomiyasında və ya hərəkət, alətlərdən istifadə, zəka səviyyəsi və ya nitq qabiliyyəti kimi xüsusiyyətlərində günümüzdəki insanlardan zəif sayılan heç bir şey yoxdur”.1

Bu səbəbdən, hal-hazırda bir çox tədqiqatçı Neandertal insanını dövrümüzdəki insanın yarımnövü təyin edərək Homo sapiens neanderthalensis adlandırır.

Neandertalların tarixən yaşamış insan irqi olduğunu, ibtidai forma olmadıqlarını sübut edən başqa bir dəlil isə onların qidalanma tərzləri ilə bağlı yeni bir kəşflə üzə çıxdı. BBC Azərbaycan saytının 30 iyun, 2014 tarixli “Ən qədim nəcislər neandertalların hər şey yeyən olduğunu sübut edir” sərlövhəli elmi məqaləsində bu mövzuya toxunulub və neandertallarla insanların eyni canlılar olduqları və eyni həyat tərzi sürdükləri elm adamlarının açıqlamaları ilə dilə gətirilib:

Əvvəllər hesab edilirdi ki, neandertallar yalnız ətyeyən olub, lakin onların dişləri arasında və mağaralarda bitki qida izləri aşkar edildikdən sonra bu nəzəriyyə öz əsasını itirmiş oldu. İspaniyada qazıntılar zamanı insan həyat fəaliyyətinin tullantılarının tərkibində həm ət, həm də bitki qida elementləri aşkar edilib. “PLOS One” jurnalında dərc edilmiş yeni tədqiqata əsasən, qədim insanların qida müxtəlifliyi nəzəriyyəsi isbat edilib.

Torpağın üst layında, tonqal yerində tədqiqat qrupu kiçik “koprolit”lər (insan ifrazatının əlamətləri), o cümlədən, fiziki struktur və ultraçəhrayı şüalar altında işıqlanan yüksək fosfat tərkibli daşlaşmış bütöv nəcis qalıqları tapıb. Nümunələrin çıxarıldığı laya görə, onların təxminən 50 min illik tarixi var. La Laquna Universitetinin həmkarları nümunələri İspaniyanın Aralıq dənizi kənarında, Alikante yaxınlığında yerləşən El Saltda- 50 min il bundan əvvəl neandertalların yaşadıqları yerdə toplayıblar. Tədqiqatların əsas müəllifi, Kanar adalarındakı La Laquna Universitetinin aspirantı xanım Ainara Sistiaqa deyir ki, nəcislər “ideal dəlil olub, çünki nümayiş etdirir ki, həqiqətən də tərəvəz yeyilib”.2

Bundan bir il sonra Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları qədim nəcis nümunələrinə qaz xromatoqrafiya üsulu tətbiq edib. Laborator  tədqiqata görə, nümunələrin tərkibində insan fəaliyyətinin tullantılarını müəyyən etmək imkanı verən korposterin adlı mürəkkəb efirin mövcudluğu göstərib ki, bəzilərinin tərkibində qazıntı halında tapılan ifrazat nişanələri olub. Qazıntı halında tapılmış nəcis (koprolit), tərkibində fosfat ehtiva etdiyinə görə, ultra çəhrayı  şüalar altında işıq saçır. Sistiaqanın sözlərinə görə, onun nümunələri yunan ictimai tualetlərində və Misir mumiyalarında qazıntı halında tapılmış müasir insana (Homo sapiens) aid olan ən qədim nəcisdir.

“Beləliklə, neandertalların əsas qidası ət olsa da, nümunələrin kimyəvi tərkibi “kifayət həcmdə bitki qidası” olduğunu göstərir”,- Sistiaqa izah edir.

“Əgər bu, nəcisdə müəyyən edilirsə, deməli, onlar doğrudan da bunu yeyiblər,- Sistiaqa BBC-yə deyib,- “bu molekulyar qazıntılar neandertal yemlərində ətlə bitki qidasının nisbətini bilmək üçün əla vasitədir”.3

Daha əvvəl neandertalların dişləri arasında, həmçinin tibbi məqsədlərlə tətbiq edilməsi ehtimal olunan bitki qidasının əlamətlərinin olması barədə York Universitetinin arxeoloqu, professor Stifen Bakli tədqiqat dərc edib.

O, bugünədək alimlər arasında mübahisə doğuran tədqiqatının yekunlarını neandertalların dietası məsələsində “yeni və tamam başqa” və “olduqca vacib əlavə” adlandırıb.

Neandertalların tibbi nöqteyi-nəzərdən əhəmiyyətli olan bitkiləri seçməsi, onların heç də ibtidai şüura sahib olmadıqlarını, əksinə, inkişaf etmiş mədəniyyətə sahib olduqlarını göstərən vacib xüsusdur. Çünki bir bitkinin tibbi əhəmiyyətli olduğunu bilmək üçün tərkibindəki maddələrdən xəbərdar olmaq lazımdır. Bu maddələr isə, aydın məsələdir ki, ibtidai şərtlər daxilində müəyyən edilə bilməz.

“Çıxış nöqtəsi- dişlər və son nöqtə- nəcis eyni şeyi göstərir”,- BBC-yə Bakli danışıb, -“hər iki tərəfdən də sübutlar aşkardır. İndi neandertalların yalnız ət yediyi və bitki qidasından çəkindiklərini təkidlə israr etmək daha çətin olacaq”.

Bir sözlə, elmi kəşflər neandertalların zəka və mədəniyyət cəhətdən bizdən fərqi olmayan insan irqi olduğunu göstərir. Bu irq digər irqlərlə qarışıb assimilyasiyaya uğrayaraq və ya naməlum şəkildə tarix səhnəsindən çıxmışdır. Amma əsla “ibtidai”, “yarı-meymun” və s. olmamışdır. Yuxarıda bəhs etdiyimiz mövzu da bu həqiqəti təsdiqləyən mahiyyətdədir. Belə ki, yeni araşdırmada keçmişdə “yalnız ət yeyən” neandertalların “şəraitə uyğunlaşa bilməməsi” ilə bağlı təkamülçü şərhlərə yer verildiyi, lakin bu gün yeni kəşflə bu cür iddiaların hamısının şübhə altında qaldığı və təkzib edildiyi elm adamlarının dilindən ifadə edilir:

“Neandertalların 30-40 min il əvvəl məhv olmasının səbəblərindən biri onların dietası hesab edilir. Bu versiyaya əsasən, ət yeyən neandertalların yerini şəraitə daha yaxşı uyğunlaşan homo sapiens tutub. “Son zamanlar get-gedə daha da aydın olur ki, bu təsvirin təftişə ehtiyacı var”, -Bakli deyir. Sistiaqa da onunla razılaşır: “Biz hesab edirik ki, neandertallar müxtəlif şəraitlərdə, ilin mövsümündən və iqlimdən asılı olaraq, tapa bildikləri ilə qidalanıblar””.4

 

Mənbələr:

  1. Erik Trinkaus, “Hard Times Among the Neanderthals”, Natural History, cild 87, dekabr 1978, səh. 10
  2. “Ən qədim nəcislər neandertalların hər şey yeyən olduğunu sübut edir”, 30 iyun 2014, bbc.co.uk/azeri
  3. “Ən qədim nəcislər neandertalların hər şey yeyən olduğunu sübut edir”, 30 iyun 2014, bbc.co.uk/azeri
  4. “Ən qədim nəcislər neandertalların hər şey yeyən olduğunu sübut edir”, 30 iyun 2014, bbc.co.uk/azeri

Şərh üçün bağlıdır.

axtarış