Həyatın mənşəyi müzakirəsinin tarixi bəlkə də elə riyaziyyatın tarixi qədər qədimdir. Çünki yaşamış və yaşayan hər bir insan “mən haradan gəlirəm?” sualını özünə vermişdir və təbii ki, bu suala cavab axtarmağa çalışmışdır. Tarix boyunca həyatın mənşəyi barədə hər cür hipotez irəli sürülmüş, hətta canlıların Ayın üzərindəki bir ağacda meyvə kimi yetişib ordan Yer kürəsinə düşdüyünə inanan insanlar belə olmuşdur. Hal-hazırda isə bioloq Duqlas Futuymanın da qeyd etdiyi kimi 1, həyatın mənşəyilə bağlı sadəcə 2 nəzəriyyə mövcuddur: təkamül və yaradılış. Çarlz Darvinin təkamül nəzəriyyəsi 20-ci əsrin sonlarından başlayaraq elm aləminin bir qism nüfuzlu şəxsiyyətləri tərəfindən təkzib edilməyə başlandı. Genetika, embriologiya, paleontologiya, biokimya kimi elm sahələrində əldə edilmiş yeni məlumat və kəşflər həyatın təkamül nəzəriyyəsinin irəli sürdüyünün əksinə təsadüflər nəticəsində əmələ gəlməyəcək qədər kompleks olduğunu ortaya qoydu. Təkamül nəzəriyyəsinə digər bir zərbə isə ən dəqiq və təkzibedilməz elm sahəsi olan riyaziyyatdan gəldi.
Təkamül nəzəriyyəsinin üzərində qurulduğu “təsadüf” anlayışı riyaziyyatın bir qoluyla çox yaxından əlaqədar idi: ehtimal nəzəriyyəsi. Bir hadisənin baş verməsinin mümkünlük dərəcəsini öyrənən bu nəzəriyyə həyatın mənşəyi ilə bağlı çox maraqlı faktlar və şokedici rəqəmlər ortaya çıxardı. Elm adamlarının araşdırmalarına əsasən, canlıların ən kiçik bioloji vahidi olan hüceyrənin yenə ən kiçik vahidlərin biri olan zülalın təbiətdə təsadüfən əmələ gəlmə ehtimalı 1/10950-ə bərabər idi (!).
Ehtimal nəzəriyyəsi sahəsindəki çalışmaları ilə məşhur olan fransız riyaziyyatçı Emil Borel 20-ci əsrdə hal-hazırda Borel qanunu kimi tanınan qaydanı irəli sürdü: “Olduqca aşağı ehtimallı fenomenlər həyata keçmir”2. Bu qanun 2004-cü ildə məşhur amerikalı riyaziyyatçı Uilyam Dembski tərəfindən “universal ehtimal sərhədi” adlanan konseptə tətbiq edildi. U. Dembski kainatdakı müşahidə edilən elementar zərrəciklərin sayı (1080), Plank zamanının tərs qiyməti (1045) və kainatın təxmin edilən yaşının maksimum limitini (1025) hesaba alaraq “Biq Bənq”dən (“Böyük Partlayış” – kainatın yaradıldığı an) bu günə qədər baş vermiş fiziki hadisələrin maksimum sayını hesabladı. Bu say 10150-yə bərabər idi. Bu hesablamalara və Borel qanununa müvafiq olaraq, U. Dembski 1/10150 ehtimalını aşan ehtimalların həm nəzəri, həm də praktiki olaraq mümkünsüz olduğunu isbatladı3.
İndi isə az öncə əldə etdiyimiz ehtimala keçək: 1/10950 ! Bu rəqəmin təsəvvür edilməsi belə mümkün deyildir. Bunu belə bir misalla izah edək:
Təqribi hesablamalara əsasən, Sahara səhrasındakı (Yer üzündəki ən böyük səhra) qum dənələrinin sayı 1028-ə bərabərdir. Əgər sizdən Sahara səhrasındakı hansısa “işarələnmiş” bir qum dənəsini gözübağlı şəkildə tapmağınız istənilsə, sizin bunu tapma ehtimalınız 1/1028-ə bərabər olacaq. Əlbəttə ki, heç kəs həmin qum dənəsini tapmağa cəhd belə göstərməz. Çünki bu, “imkansız” bir ehtimaldır. Belə olduğu halda, 1/10950 ehtimalının gerçəkləşəcəyinə inanmaq insan fantaziyasının hüdudlarını aşan bir spekulyasiya olardı. Qeyd edək ki, universal ehtimal sərhədinə əsasən, bu, onsuz da mümkün deyildir. Lakin 1/10950 ehtimalını “zər misalı” ilə qətiyyən qarışdırmaq olmaz. Bir zəri atdığımız zaman hər üzünün düşmə ehtimalı 1/6-ə bərabərdir. Burada zərin hər hansı bir üzünün düşmə ehtimalı vardır. 1/10950 dediyimiz zaman da “kiçik də olsa, ehtimal var” deyə düşünə bilərik, amma bir zülalın təsadüfən yaranma ehtimalı 1/10950-dir dediyimiz zaman bu, 10950 komponentin eyni anda baş tutmalı olduğu mənasına gəlir. Bu astronomik rəqəmdəki 1 komponent belə mövcud olmasa zülalın əmələ gəlməsi mümkün deyildir. Bu isə yenə də təsadüf anlayışını təkzib edən bir dəlildir.
Beləliklə, tək bir zülal molekulunun belə təsadüfən əmələ gəlməyəcəyi məlumdursa, təkamül nəzəriyyəsinin həyatın mənşəyi ilə bağlı irəli sürdüyü iddiaların qüvvədə qalmadığının şahidi oluruq. Yəni, həyat təkamüllə əmələ gəlməmişdir. Məntiq elmində “ayırıcı çıxarış” (“modus tollendo ponens”) adlı bir arqument forması mövcuddur. Bu arqumentə əsasən, iki mümkün hadisədən birinin gerçəkləşməyəcəyi isbat olunarsa, o biri avtomatik olaraq “gerçəkləşəcək” şəklində qəbul edilir. Eynilə bu arqumenti həyatın mənşəyi ilə bağlı olan iki mümkün nəzəriyyəyə tətbiq etdiyimiz zaman, “təkamülün yalnış olduğu sübut edilmişdir, elə isə yaradılış nəzəriyyəsi doğrudur” məntiqi nəticəsini alırıq. Yaradılış nəzəriyyəsi bütün canlıların üstün ağıl sahibi bir Varlıq tərəfindən qüsursuzca yaradıldığını irəli sürür və zülaldan, hüceyrələrdən hal-hazırda dünyada yaşayan 8,7 milyon növdəki canlılara qədər hər şeyi yoxdan var edən bu Varlıq bütün kainata hakim olan Allahdır.
“ƏLVERİŞLİ KAİNAT”IN TƏSADÜFƏN YARANMA EHTİMALI
Məşhur ingilis riyaziyyatçı professor Rocer Penrouz insan daxil olmaqla bütün canlıların mövcud olması üçün əlverişli bir kainatın təsadüfi olaraq əmələgəlmə ehtimalını hesabladı. Penrouz bu hesablamanı apararkən Dembskinin istifadə etdiyi metodla, amma daha geniş mənada bütün ehtimalları bir yerə toplamış, Biq Bənqin bütün ehtimal olunan formalarını da nəzərə alaraq riyazi bir nəticəyə gəlməyi bacarmışdı. Lakin Penrouzun gəldiyi nəticə “tükürpərdici” deyiləcək qədər astronomik bir ehtimal idi: “10 üstü 10123-də 1″ (!). Bu rəqəmi hər hansı bir sayla müqayisə etmək imkansız olduğundan rəqəmin ifadə etdiyi məna da insanın xəyal gücünü aşmaqdadır. Təkcə kainatdakı atomların sayı cəminin 1078-ə bərabər olduğunu nəzərə alsaq, 10-un 10123-cü qüvvətinin nə ifadə etdiyini anlamağın olduqca çətin olduğunu görərik. Elə professor Penrouz da əldə etdiyi bu rəqəm barədə eyni şərhi verir:
“Bu say, yəni “10 üstü 10123-də 1 ehtimal” Yaradıcının məqsədinin nə qədər qəti və aşkar olduğunu bizə göstərir. Bu, həqiqətən də, fövqəltəbii bir saydır. Hər hansı bir kəs bunu natural ədəd şəklində belə yazmağı bacarmaz. Çünki 1 rəqəminin yanına 10123 dənə sıfır qoymalı olacaqdır. Əgər kainatdakı bütün protonların və bütün neytronların üzərinə bir ədəd sıfır yazsa belə yenə də bu sayı əldə etməkdən çox-çox uzaq qalacaqdır”4.
Eynilə R. Penrouzun ifadə etdiyi kimi, Yaradıcımız bizə sonsuz elmini çox açıq şəkildə göstərir. İnsanlar və digər bütün canlılar üçün labüd olan şərait Penrouzun əldə etdiyi say qədər komponentin eyni anda mövcud olmasını tələb edir. Bunun təsadüfən, təbiətdə spontan şəkildə meydana gəldiyini iddia etmək isə ağlın hüdudlarını aşır.
Mənbələr:
1. Douglas J. Futuyma, Science on Trial, New York: Pantheon Books, 1983. səh. 197
2. Émile Borel, Elements of the Theory of Probability (translated by John Freund), Prentice Hall, 1965, Chapter 6.
3. William A. Dembski (2004), “The Design Revolution: Answering the Toughest Questions About Intelligent Design”
4. Roger Penrose, The Emperor’s New Mind, 1989; Michael Denton, Nature’s Destiny, The New York: The Free Press, 1998, səh. 9