• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

Saxta keçid forma – Proteroctopus ribeti

Bir sıra təkamülçü və təkamülçülərin təsiri altında olan  qaynaqlarda “Proteroctopus ribeti” adlı fosil nümunəsi keçid forması olaraq təqdim olunur. Lakin heç  bir qaynaqda hansı canlılar arasında keçid təşkil etdiyi və nə üçün keçid forma adlandırıldıqları vurğulanmır. Sadəcə bəzi təkamülçü qaynaqlarda bu fosildəki osminoqun daha ibtidai formaya sahib olduğu iddia edilir.

İndi isə gəlin bu Proteroctopus ribeti ilə tanış olaq. Proteroctopus ribeti 164 milyon il əvvələ aid bir fosildir. Orta Yura dövrünə aiddir. 1982-ci ildə, Fransanın Vult-sür-Ron bölgəsində yerli paleontologiya muzeyinin direktoru Bernard Riu tərəfindən tapılmışdır. Fosil anatomiyasının anlaşılmasına dair ətraflı araşdırmalara icazə verəcək şəkildə üçölçülü qorunub saxlanmışdı. Proteroctopus ribeti” haqqında “Fosil osminoqlar” adlı məqalənin sahibi Fil Eyden fosil haqqında bunları yazır:

Proteroctopusun bu cür heyrətverici şəkildə qorunub saxlanması Vult-sür-Rondakı unikal şərait sayəsində idi. Orta Yura dövrü ərzində, Fransa bütövlükdə (Britanny bölgəsi istisna olmaqla) dayaz tropik dənizlə örtülmüşdü və Vult dəniz yatağındakı bir hövzədə yerləşirdi. Sualtı bir cərəyan ətraf bölgələrdəki heyvanları bu oksigeni az olan hövzənin içinə çəkirdi. Belə inanılır ki, bu heyvanlar sonradan tez bir şəkildə gömülüblər, bununla da, sürətli bakteriya çürüməsinin qarşısı alınmış olub. Qəribə bir şəkildə, mineralizasiya (toxumaların minerallarla əvəz olunması) apatit, kalsit, pirit və qalena qarışığından təşkil olundu, minerallar yumşaq toxumaları mərhələ-mərhələ əvəz etdi. Hər mineral ayrı bir fosili əvəz etdi və Vultdakı şəraitdə bu proses molekulyar səviyyə baş verdi. Belə ki, bu yataq inanılmaz şəkildə qorunub saxlanmış balıqlar, qurdlar, dəniz ulduzları, dəniz kirpiləri, xərçənglər və digərlərini üzə çıxarır”.

Eyden Proteroctopusun Osmiqolarla tamamilə oxşar olduğunu vurğulayır: “Bu fosil əsl osminoqlarla tamamilə oxşar və çox yaxından qohumdur. Proteroctopus Yura dövründə yaşamışdı, hansı ki, bu, Dinozavrların Dövrü idi.”

Proteroctopus ribeti üzərində aparılan araşdırmaların ümumi nəticəsi isə budur: Proteroctopusun sormac izləri daşıyan 8 qolu var. Kisəşəkilli bədəninin güclü əzələlərə sahib olduğu və başın bədəndən seçilmədiyi görünür. Sifon (molyusklardakı giriş-çıxış sifonu) da həmçinin müəyyənləşdirilib. Bundan əlavə, mantiyanın arxa tərəfindəki güclü ülgücşəkilli üzgəclər bu canlının yaxşı üzücü olduğuna işarə edir. Bir çox yumşaq bədənli ikiqəlsəməlilərin fosili kimi Proteroctopusun da dəqiq pozisiyası müəyyən deyil. Və əgər diqqət etsək bu nəticə  hal-hazırda yaşayan osminoqların anatomik xüsusiyyətləridir. Proteroctopus ribeti fosilindəki osminoqun da  səkkizqollu olması, kisəşəkilli bədən quruluşu, güclü əzələlərə sahib olması, sifonunun olması  əslində bu fosildəki canlının bir ara keçid forması olmadığını və hal-hazırda yaşayan osminoqlarla eyni  anatomik quruluşa malik olduğunu göstərir. Buna görə də təkamülçülərin bu fosili keçid kimi təqdim etmək cəhdlərinin heç bir faydası yoxdur. Çünki ideoloji yanaşma və qərəzli münasibət xaricində Proteroctopus ribetinin keçid forması olduğunu isbat edəcək heç bir elmi dəlil mövcud deyil. Çünki bir canlının keçid forması olması üçün  özündən əvvəlki canlı ilə təkamül edəcəyi canlının hər ikisinin xüsusiyyətini daşıyan, asimmetrik, pataloji quruluşa malik olmalıdır. Lakin Proteroctopus ribeti fosilindən də göründüyü kimi bu canlı  pataloji və asimmetrik deyil, yəni tamamilə funksional orqanlara sahib bir canlıdır. Və bütün bu elmi faktlar Proteroctopus ribetinin ara keçid forması olmadığını və bu fosildəki osminoqun hal-hazırda yaşayan osminoqlarla eyni  olduğunu göstərir.

Şərh üçün bağlıdır.

axtarış