Darvinin təkamül nəzəriyyəsinə əsasən, cansız maddələrin təsadüfən birləşməsi ilə əmələ gələn xəyali ilk hüceyrə var. Darvinizmə əsasən, hər şey bu ilk hüceyrə ilə başlayır. Bütün canlıların, kəpənəklərin, quşların, şirlərin, qartalların, balinaların, dovşanların, maralların və nəhayət texnoloji məhsullar istehsal edən, sivilizasiyalar quran, professorlar yetişdirən, kosmosa səyahət edən, laboratoriyalarda malik olduğu hüceyrələri tədqiq edən insanın da mənşəyi darvinizmə əsasən, bu xəyali ilk hüceyrədir. Darvinizmə əsasən, bu xəyali ilk hüceyrənin mənbəyi isə bir az palçıqlı su, zaman və təsadüflərdir! Darvinizm dininə əsasən, bu üç sehrli (!) və ağıllı (!) güc birləşərək Nobel mükafatına layiq görülmüş elm adamlarının XXI əsrin texnologiyasının hakim olduğu laboratoriyalarda belə düzəldə bilmədikləri, incəliklərini anlamaq üçün insanların yarım əsrdən çox müddət ərzində üzərində tədqiqatlar apardıqları olduqca mürəkkəb və mükəmməl mexanizmlərə, orqanoidlərə və kompleks quruluşa malik hüceyrəni necə olubsa, əmələ gətiriblər! Habelə bu üç möhtəşəm (!) güc birləşərək hal-hazırda yer üzündə gördüyümüz mükəmməl canlıları da meydana gətirmişdir. Darvinizm dini insanları elə bu cəfəngiyata inandırmağa çalışır.
Lakin bu iddia böyük saxtakarlıq, böyük yalandır.
Əslində, Darvinin irəli sürdüyü palçıqlı suda əmələ gələn bu ilk hüceyrə fantaziyası Darvin dövrünün olduqca geri qalmış elm və texnologiyasına uyğun gəlir. Darvinin hüceyrəni yalnız içi su ilə dolu qovuqcuq zənn etdiyi nəzərə alındıqda bu uşaq nağılı da o dövrün məlumat və elm anlayışından gözlənilən bir şeydir. O dövrdə insanlar hüceyrənin nəyə bənzədiyini bilmədiklərinə görə, bu yalana asanlıqla inanmışdılar. Lakin genetika elmi ilə əldə edilən nəticələr darvinizmin böyük yalan olduğunu bir daha sübut etmişdir. İndiki məlumat və faktlar əsasında hüceyrənin malik olduğu saysız-hesabsız zülaldan təkcə biri belə təkamül nəzəriyyəsini məhv edir. Zülallar üstün kompleksliyə malik formalardır və təsadüfən əmələ gəlmələri qeyri-mümkündür. Belə ki, laboratoriyalarda şüurlu, nəzarətli şəkildə əmələ gətirilməsi XXI əsrin texnologiyası ilə də mümkün olmamışdır. Belə bir formanın təsadüfən palçıqlı suda əmələ gəldiyini iddia etmək elm adına gülünc, hətta ağılsız iddadır. Amerikalı filosof Stiven Meyer (şəkildə) bir zülalın təsadüfən əmələgəlmə ehtimalının qeyri-mümkünlüyünü bu sözlərlə ifadə etmişdir:
“Sadəcə 100 amin turşusu uzunluğunda qısa zülal molekulunu əmələ gətirmək üçün keçilməli olan ehtimal maneələri düşünün. Zülal zəncirində digər amin turşuları ilə birləşmələri üçün amin turşuları əvvəlcə peptid rabitəsi adlanan kimyəvi rabitə qurmalıdırlar. Lakin təbiətdə amin turşuları arasında digər bir çox növdə kimyəvi rabitə qurula bilər. Yalnız peptid rabitəsindən ibarət 100 amin turşusu zəncirinin əmələ gətirilmə ehtimalı kobud şəkildə 1030-da birə bərabərdir.
İkincisi, təbiətdə hər amin turşusunun özünə aid güzgüdə əks olunmasına bənzəyən bir tayı var. Biri sol əlli L formasında, digəri isə sağ əlli D formasındadır. Bu bir-birinin əksi olan formalara “optik izomerlər” deyilir. Funksional zülallar sadəcə sol əlli amin turşularını qəbul edir, lakin sağ əlli və sol əlli izomerlərə təbiətdə təqribən eyni sayda rast gəlinir. Bunun nəzərə alınması bioloji cəhətdən funksional bir zülal əldə etməyin qeyri-mümkünlüyünü daha da artırır. 100 amin turşusundan ibarət xəyali peptid zəncirində təsadüflər nəticəsində sadəcə sol əlli amin turşularından istifadə etmə ehtimalı (1/2)100 və ya kobud şəkildə desək, 1030-da birə bərabərdir.
Üçüncüsü və ən vacibi isə budur ki, funksional zülallar müəyyən şəkildə düzülərək bir-birinə bağlanmış amin turşularına malik olmalıdırlar, eynilə mənalı bir cümlədəki hərflər kimi. Bioloji cəhətdən 20 növ amin turşusu olduğu üçün müəyyən növ amin turşusunu əldə etmə ehtimalı 1/20-dir. Bu zəncirdəki bəzi yerlərin ancaq bir neçə amin turşusunu qəbul etdiyini nəzərə alsaq, (MTİ-dən (Massaçusets Texnologiya İnstitutundan) biokimyaçı Robert Zauer (şəkildə) tərəfindən müəyyən edilən dəyişikliklərdən istifadə edərək) birdən çox funksional zülalda bir funksional amin turşusu düzülüşünü təsadüfən əldə etmə ehtimalının 1065-də bir – qeyri-mümkün deyiləcək qədər az olduğunu görə bilərik. Bu, sadəcə yüz amin turşusu uzunluğunda bir zülal üçün astronomik rəqəmdir. (Əslində, bu ehtimal daha da azdır, çünki təbiətdə bu hesablamada nəzərə alınmayan və zülalların tərkibində olmayan bir çox başqa amin turşusu mövcuddur).
Əgər uyğun rabitələrin və optik izomerlərin təmin edilməsi ehtimalı da bu hesaba daxil edilsə, olduqca kiçik və funksional bir zülalı təsadüfən əldə etmə ehtimalı o qədər az olar ki, milyardlarla il yaşı olan kainatda belə bu, həqiqətən, sıfır ehtimal hesab edilir (10125-də bir ehtimal). Habelə, funksional bir DNT-nin təsadüfən əldə edilməsində buna bənzər ciddi çətinliklər olduğunu da nəzərə almaq lazımdır. Bununla yanaşı, ən aşağı səviyyədə bir kompleks hüceyrədə 1 deyil, ən az 100 kompleks zülal (və DNT ilə RNT kimi digər başqa bimolekulyar birləşmələr) olmalıdır və bunlar sıx əlaqədardırlar. Bu səbəbdən, hüceyrədəki mürəkkəbliyin kəmiyyət cəhətdən dəyərləndirilməsi 1960-cı ilin ortalarından etibarən biologiyanın həyatın mənşəyi ilə bağlı bir fikri möhkəmləndirmişdir: təsadüf bioloji mürəkkəbliyin və özünəməxsusluğun mənşəyini açıqlamaq üçün qane edici açıqlama deyil”.1
Bütün bu kompleks formaların əmələ gəlməsinin qeyri-mümkün olduğu halda, təsadüfən baş verməsini fərz etsək, darvinstlər DNT kimi möhtəşəm molekulun içində bir milyon ensiklopediya səhifəsini dolduran məlumatın təsadüfən necə əmələ gəldiyini açıqlamalıdırlar. Lakin hüceyrə və həyatın mənşəyi ilə bağlı məsələdə olduğu kimi, bu məsələdə də darvinistlər açıqlama verə bilmirlər. Ziddiyyətli darvinist məntiqə əsasən, palçıqlı suyun içində təsadüfən əmələ gələn bir hüceyrənin içindəki qeyri-adi məlumat da müxtəlif xarici amillər yolu ilə təsadüfən əmələ gəlməlidir. Şübhəsiz, bu, mümkün deyil. DNT-nin içindəki məlumat DNT ilə birlikdə yaradılmış nəhəng məlumatdır.
Darvinistlərin “palçıqlı suda təsadüfən hüceyrə əmələ gəldi” iddiası hüceyrəni içi su ilə dolu qovuqcuq zənn edən Darvinin dövründən qalmış köhnə inancdır. Ancaq XIX əsrə aid bu xurafatlar elmin və texnologiyanın çox irəlilədiyi dövrümüzdə artıq tamamilə əsassızdır. Bir canlı orqanizmində açıqlanmalı saysız-hesabsız kompleks forma var ikən darvinizm bircə zülalın əmələ gəlməsini də açıqlaya bilmir. Lakin darvinistlər bunlardan xəbərsizmiş kimi davranırlar. Hələ də təkamülçü KİV-də palçıqlı sudakı bu qeyri-mümkün əmələgəlmə sanki bir hekayə kitabındakı hekayələr kimi danışılır. Məqsəd bu elmdən kənar, məntiqsiz, amma eyni zamanda da sübutsuz hekayə ilə kütlələri aldatmaqdır. Bu batil dinin tərəfdarlarına əsasən, sözügedən hekayəyə nə qədər çox insan inansa, o qədər çox insan darvinizm sehrinin təsiri altına düşəcəkdir.
Lakin artıq darvinistlərin saxta hekayələrinə insanlar inanmırlar. Yaradılanların hamısı kainatı və içindəkiləri qüsursuz şəkildə yaradan Uca Rəbbimizin üstün gücünü və qüdrətini göstərir. Allah Quranda hüceyrənin və insanın üstün yaradılışını belə xəbər vermişdir:
“Biz, həqiqətən, insanı tərtəmiz (süzülmüş) palçıqdan yaratdıq. Sonra onu nütfə halında möhkəm bir yerdə yerləşdirdik. Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa bir məxluqat olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər uludur!” (Muminun surəsi, 12-14)
Qurandan kənarda açıqlama axtaranlar yer üzündəki möhtəşəmliyə istədikləri qədər açıqlama verməyə çalışsınlar, Allahın yaratdığı bu əsərin çox böyük və ehtişamlı olması qəti həqiqətdir. Bu üstün yaradılış qarşısında təkamül nəzəriyyəsinə yer yoxdur. Uca Allah bir ayəsində yaratdığı əsərlərin böyüklüyünü belə xəbər verir:
“Doğrudan da, göylərin və yerin yaradılışı insanların yaradılışından daha böyük şeydir. Lakin insanların çoxu (bunu) bilməz!” (Ğafir surəsi, 57)
İqtibas:
- Stephen C. Meyer, “Word Games: DNA, Design, and Intelligence,” Signs of Intelligence: Understanding Intelligent Design, ed. William A. Dembski, James M. Kushiner, Brazos Press, 2001, səh. 109-110