
1879-cu ildə dövrün məşhur təkamülçüləri arasında iki şəxs atın xəyali təkamülü ssenarisinə dəlil kimi göstərilməyə çalışan canlılarla bağlı fəaliyyətləri daha da irəli apararaq darvinistlərin uzun illər gündəmdə saxlayacaqları at sırasını əmələ gətirdilər. Amerikalı fosil tədqiqatçısı O.Ç. Marş ilə T. Haksli (“Darvinin buldoqu” kimi də tanınır) bəzi dırnaqlı fosilləri arxa və ön ayaqlarındakı dırnaq saylarına və diş quruluşlarına görə düzərək sxem qurdular. Daha əvvəl Ser Riçard Ouen tərəfindən 1841-ci ildə Hyrocotherium adlandırdığı kiçik məməli fosili təkamülü xatırladacaq şəkildə yenidən adlandırılmış və “şəfəq atı” mənasını verən eohippus adını almışdı. İddialarını sxemləri ilə birlikdə “American Journal of Science” (Amerika Elm Jurnalı) adlı jurnalda dərc edilən cütlük bir əsr boyu muzey və dərsliklərdə eohippus-dan dövrümüzün atlarına doğru sıralanan təkamülə dəlil kimi göstəriləcək sıranın əsasını qoymuşdular. Bu xəyali sıranın mərhələləri kimi göstərilən mühüm kateqoriyalar eohippus, orohippus, miohippus, hipparion və nəhayət dövrümüzdəki at- Equus idi.
davamı
Amma əslində, vəziyyət başqa cür idi. Hekkel bircə rüşeym rəsmi çəkmiş, sonra da ona qəsdən kiçik dəyişikliklər edərək insan, meymun və it rüşeymi adı altında yan-yana qoymuşdu. Yəni açıq-aşkar saxtakarlıq etmişdi.



“Focus” jurnalının 2003-cü ilin aprel sayındakı bu sözlər illərlə ara keçid forma kimi tanıdılmış Coelacanth adlı balığın (Latimera chalumnae) canlı nümunəsinin dövrümüzdəki dənizlərdə tapılması qarşısındakı təəccüb darvinistlərin dilindən deyilir. Darvinistlər 1938-ci ildən əvvəl latimeriya fosili haqqında çoxlu iddialar irəli sürmüş, canlının üzgəclərini yeriməyə başlayan ayaqlar, fosilləşmiş yağ kisəsini isə ibtidai ağciyər kimi izah etmişdilər. Fosil üzərindəki bütün spekulyasiyalarla itmiş halqanı tapdıqlarını irəli sürürdülər.