• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

“Latimeriya dənizdən quruya keçid nümunəsidir” iddiası saxtakarlıqdır

Əslində, canlı dinozavr tapılsaydı, bu, daha az təəccüblü olardı. Çünki fosillər Coelacanth balığının dinozavrların üzə çıxmasından 150-200 il əvvəl mövcud olduğunu göstərir. Bir çox elm adamının quruda yaşayan onurğalıların əcdadı kimi göstərdiyi, ən azı 70 milyon il əvvəl məhv olduğu hesab edilən balıq canlı tapılmışdı!1

“Focus” jurnalının 2003-cü ilin aprel sayındakı bu sözlər illərlə ara keçid forma kimi tanıdılmış Coelacanth adlı balığın (Latimera chalumnae) canlı nümunəsinin dövrümüzdəki dənizlərdə tapılması qarşısındakı təəccüb darvinistlərin dilindən deyilir. Darvinistlər 1938-ci ildən əvvəl latimeriya fosili haqqında çoxlu iddialar irəli sürmüş, canlının üzgəclərini yeriməyə başlayan ayaqlar, fosilləşmiş yağ kisəsini isə ibtidai ağciyər kimi izah etmişdilər. Fosil üzərindəki bütün spekulyasiyalarla itmiş halqanı tapdıqlarını irəli sürürdülər.

Elə bu vaxt canlı nümunəsi ələ keçən latimeriya darvinistlər üçün böyük ümidsizliyə səbəb oldu. Bu və ən sonuncusu 2007-ci ilin may ayı və daha sonra dövrümüzdə dənizlərdə tapılan 200-dən çox latimeriya fosillər üzərində aparılan darvinist spekulyasiyaları tamamilə aradan qaldırdı. Başa düşüldü ki, latimeriya təqribən 150 sm boyunda, olduqca təkmil quruluşa malik kompleks canlıdır. Həm də bu canlıda 450 milyon illik tarixində heç bir dəyişiklik baş verməmişdi. Başqa sözlə, bu gün mövcud olan komplekslik 4500 milyon il əvvəl də eynilə var idi.

Latimeriya və ya başqa adıyla selakant balığının fosili.

Bütün bunların elmi cəhətdən başa düşülməsinin ardınca latimeriya yaşayan fosil nümunələri arasına qatıldı və ara keçid forma olduğuna dair bütün iddialar geri götürüldü. Darvinistlər üzərində fərziyyə qurduqları bir fosili də itirdilər. Əgər bu canlı dövrümüzdə dənizlərdə tapılmasaydı, eynilə arxeopteriksdə olduğu kimi, bu fosil üzərindəki darvinist fərziyyələr bitməyəcəkdi. Canlı sudan quruya keçidin ən böyük təmsilçisi kimi tanıdılmaqda davam edəcək və ən yaxşı ara keçid forma kimi üzərində minlərlə fərziyyə qurulacaqdı. Bu canlının ara keçid forma deyil, mükəmməl dəniz canlısı olduğuna dair həqiqətləri ifadə edənlər isə darvinistlər tərəfindən eynilə hal-hazırda digər ara keçid forma iddialarındakı kimi susdurulacaqdılar. Lakin heç bir dəlilə əsaslanmadan insanları aldatmaq istəyənlər heç bir nəticə əldə edə bilməyəcəklər. Rəbbimiz bir ayəsində belə buyurur:

“Bilin ki, göylərdə və yerdə kim varsa, hamısı Allahındır. Allahdan başqasına tapınanlar həqiqətdə Allaha qoşduqları şəriklərə tabe olmazlar. Onlar ancaq zənnə uyar və yalandan başqa bir şey deməzlər”. (Yunis surəsi, 66)

 

İqtibas:

  1. “Focus”, Aprel 2003

Şərh üçün bağlıdır.

axtarış