24 may 2018-ci il tarixli “Bizim Yol” qəzetində “İnsan balıqdan yaranıb?” başlığı altında, sırf qərəzli darvinist yanaşmalara əsaslanan bir xəbər yayımlandı. Xəbərdə publika.az saytına, onun da ardınca darvinizmi tez-tez gündəmdə tutan xarici mətbuat orqanı “Business Insider”ə istinad edən qəzet bu elmi cəhətdən etibarsız mənbələrin məlumatlarını heç bir süzgəcdən keçirmədən dərc etmişdir. Daha öncə “Bizim Yol” qəzetindəki “İnsan yadplanetlidən əmələ gəlib” başlıqlı iddiaya cavab və Publika.az saytının “Bu qan qrupundan olanların əcdadları insan olmayıb” başlıqlı xəbərinə cavab məqalələrimizdə bu iki yerli media orqanının Qərb mediasındakı təkamülçü xəbərləri olduğu kimi yayımladıqlarını, heç bir elmi təhlilə tabe tutmadıqlarını və bunun nəyə görə xətalı bir yanaşma olduğunu elmi dəlilləri ilə göstərmişdik. İndi isə gəlin “İnsan balıqdan yaranıb?” xəbərinin əsl məğzini araşdıraq. Xəbərdə deyilir:
davamı“Bəzi insanların qulaqlarının üzərində olan və doğuşdan gələn dəliklər var… Təkamül araşdırmaçısı Nil Şubin xarici qulaqdakı dəliyin balıq qəlsəmələrinin təkamülündən sonra qalıq formasında qalmasını bildirib”.