Category: Mediadakı iddialara cavablar

Darvin elmə “təsadüf” inancını gətirdi

Nəzəriyyələri və ixtiraları ilə tanınmış ən məşhur elm xadimlərindən bir neçəsini xatırlayaq: Qaliley, Nyuton, Eynşteyn, Kelvin, Tesla… Siyahı hələ çox uzadıla bilər. Bu unudulmaz şəxsiyyətlərin elmə verdikləri töhfələrdən başqa daha bir ortaq cəhətləri var idi: hamısı xüsusi yaradılışa inanırdı. Bu o mənaya gəlir ki, kainatın və bütün canlıların üstün gücə və sonsuz ağıla sahib Allah tərəfindən yaradılması həqiqəti daima elmin mərkəz mövqelərindən birini təşkil etmişdir.

Ta ki 19-cu əsrin ortalarına qədər… Elmlə dinin danılmaz bir vəhdət təşkil etdiyi bu dövrlərdə Çarlz Darvin adlı ingiltərəli bir həvəskar bioloq “Növlərin Mənşəyi” adlı kitabını yayımladı. Kitabında canlıların necə təbii proseslərlə, spontan, yəni öz-özünə yarandıqları, ilk həyatın da palçıqlı sularda əmələ gəldiyi “inandırıcı” surətdə təsvir edilirdi. Bu fantaziyalara Darvinin çağdaşları- Qreqor Mendel, Riçard Ouen, Lui Paster kimi nüfuzlu alimlər, təbii ki, ciddi yanaşmadılar. Amma bu xəyal məhsulu ideyalara ciddi yanaşanlar da az deyildi;

davamı

İnsanın təkamülü iddiaları nə üçün doğru deyil?

«KEÇİD FORMA» KİMİ QƏLƏMƏ VERİLƏN HƏQİQİ MEYMUN QALIQLARI

1.İDA (Darwinius masillae)

2009-cu ildə “insanın təkamülü” nağılına sübut olaraq gündəmə gətirilən bu fosil bütün darvinist nəşriyyatlarda təbliğat alətinə çevrildi. Əslində, Almaniyada tapılan və 47 milyon il yaşı olduğu təxmin edilən fosilin, sadəcə olaraq, nəsli tükənmiş bir lemurdan başqa bir şey olmadığı məlum oldu.1 Nature jurnalının baş redaktoru, təkamülçü Dr. Henri Ci də bu fosilin keçid forma olaraq qəbul edilməsinin yanıldıcı olacağını ifadə etdi.2 Bundan əlavə, 95%-i qorunmuş olan3 canlının daxili orqanları da daxil olmaqla, bütün təfərrüatları incələnmiş və növə məxsus bir neçə təfərrüat xaric olmaqla, bütün xüsusiyyətlər mükəmməl lemur növünü təmsil etmişdir. Darvinistlər idanın bükülə bilən baş barmağının olduğunu, bunun digər məməlilərdə olmadığını, amma insanda rast gəlindiyini deyirlər. Halbuki bu gün yaşayan bütün lemurların baş barmaqları bu cürdür. İdanın dırnaqlarının olması da onu insanla qohum etmir, çünki digər primatlarda da dırnaqlar mövcuddur.4 İdanın ayaq daraqarxası sümüyünün “insanınkı ilə eyni” olduğu da iddia edilir. Halbuki canlının ayaq strukturu insanınkından tamamilə fərqlidir. Ayaqdakı tək sümüyün bənzərliyi götürülüb, digər bütün fərqliliklər görməzdən gəlinmişdir. Diş darağının olmaması da bu fosili keçid forma etmir, çünki dişlər meymun dişləri ilə bənzərlik göstərir.5

2.DRİOPİTEK (Dryopithecus)

davamı

ATV.az saytında dərc olunmuş “İnsan meymundan yaranmayıb – Bəs bu nədir?” başlıqlı xəbərə cavab

ATV.az saytında 28 may 2015-ci il tarixində dərc olunmuş bir məqalədə Efiopiyada yeni tapılmış 3,5-3,3 milyon illik nəsli kəsilmiş bir meymuna aid fosil insanın əcdadı kimi göstərilməyə cəhd olunur. Müxtəlif qalıqların adları çəkilərək  verilən cüzi bir informasiya ilə insanın təkamül keçirdiyi təəssüratı formalaşdırılır. Yazıda Australopithecus deyiremeda latınca adı qoyulmuş sözügedən fosildən belə bəhs edilir:

“İndiyə qədər əldə olunan məlumatları nəzərə alsaq, yeni növ də daxil olmaqla, ilk insanların 4 növü olub. Bunlardan ən məşhuru 2,9-3,8 milyon il əvvəl yaşayan və bir zamanlar insanın birbaşa atası olduğu düşünülən “Australopithecus afarensis” növü idi. Daha sonra Keniyada “Kenyanthropus platyops” adlı növ idi. Çadda isə sonradan “Australopithecus bahrelghazali” adı verilən daha bir növ tapılmışdı”.1

Halbuki yazılanları diqqətlə araşdırsaq adı çəkilən nümunələrin, əslində, insanın təkamül keçirmədiyi yönündə dəlillər olduğunu görərik.

davamı

Ara-Keçid Forma İddialarına Cavab -III- Hissə

Ara-Keçid Forma İddialarına Cavab -I- Hissə

Ara-Keçid Forma İddialarına Cavab -II- Hissə

Ara-Keçid Forma İddialarına Cavab -IV- Hissə

1. DRİOPİTEK (Dryopithecus)

Driopiteklərə aid ilk nümunə 1856-cı ildə Fransanın Sen-Qodens bölgəsindən tapılıb. Daha sonra Macarıstan, İspaniya və Çin kimi dünyanın müxtəlif bölgələrindən Driopitek fosilləri çıxarılmışdır. Tapıldığı təbəqələr Miosen dövrünə, bundan 12-9 milyon il öncəsinə aiddir1. Fransada tapılmış və driopitek növünə aid olduğu deyilən bazu sümüyündən sonra2 dünyanın müxtəlif bölgələrindən driopitek kəllə sümüyü3 və çənə sümüyü4 də tapıldı. Maraqlısı budur ki, sözügedən sümük qalıqlarından başqa bədənin qalan hissələrinə aid heç bir qalıq tapılıb çıxarılmayıb. Lakin təkamülçülər bunlarla kifayətlənməyib, canlının bütöv rekonstruksiyasını hazırlamaqdan tutmuş insanabənzər varlıqlara başlanğıc vermiş olduğu kimi spekulyasiyalara girişmişlər. Fosil nümunələrinə əsaslanan alimlərə, məsələn, Devid Pilbim və Elvin Simons kimi paleontoloqlara əsasən, driopiteklər “meymunluğa məhkum” idilər5.

davamı

Gözün təkamülü ilə bağlı iddialara cavab

Bioloqların fikrincə, təkamül prosesində gözün əmələ gəlməsindəki ilk addım bəzi ibtidai canlılarda dəri üzərində işığa həssas kiçik bir hissənin meydana gəlməsi ilə başlamışdır. Ancaq təbii seçmədə bu qədər kiçik inkişafın təkbaşına canlıya verdiyi üstünlük nə ola bilər?

~Prof. Cəmal Yıldırım

Həyata açılan pəncərə- göz müxtəlif canlılarda fərqli quruluş və xüsusiyyətlərdə yaradılmışdır. Olduqca kompleks quruluşa sahib olan göz hər zaman təkamül fərziyyəsinin başlıca “paradoks”u olmuşdur. Məhz buna görə də, darvinistlər gözün təkamülü ilə bağlı ən ağlasığmaz, elmi düşüncədən ən uzaq iddiaları belə dilə gətirməkdən çəkinmirlər. Fərqli canlılardakı göz quruluşlarının hər bir canlının ehtiyacına uyğun yaradılması nəzəriyyəni tamamilə yerləbir edir.

davamı

HIV virusundakı müxtəlifləşmələr təkamülə dəlil deyil

Bir sıra alimlərin HIV virusunun şimpanzelərdən insanlara at milçəkləri yoluyla yoluxa biləcəyi yönündə iddiaları vardır. Bu iddia bəzi qaynaqlarda: “At milçəkləri şimpanzelərdən aldıqları SIV virusunu insanlara daşıdılar. Bu virus da sonradan təkamül keçirərək insan versiyası olan HIV şəklini aldı”,- deyə səsləndirilir.

Hərçənd ki, bu məlumatın mənbələri olan “New Scientist” jurnalı və BBC kimi xəbər agentliklərində bu cür bir təkamüldən bəhs edilmir, sadəcə olaraq, HIV virusunun şimpanzelərdə mövcud olan SIV virusuna aid variant olduğu bildirilir. Lakin qatı təkamülçülər hər fürsətdə təkamül təbliğatı aparmaq missiyasını tələbi olaraq, hər yeni xəbəri “təkamül” sözüylə “bəzəməyi” unutmurlar… 

davamı

İtlərin təkamülü iddiasının əsassızlığı

Təkamül fərziyyəsinin digər iddiaları kimi “itlərin təkamülü” iddiası da spekulyasiyalar, önmühakiməli şərhlərdən ibarət ssenaridir. Mənbələrə  nəzər saldıqda, bu vəziyyət, əyani olaraq, özünü büruzə verir. KİV-lərdə “itlərin təkamülü” ssenarisinə elmi don geydirmək üçün həqiqətlər 2 yolla təhrif olunur:

1. Variasiyalar mikrotəkamülə dəlil kimi göstərilir. Variasiyalar haqqında ətraflı məlumat əldə etmək üçün bu linkə müraciət edin.

2. Nəsli kəsilmiş bəzi dördayaqlı məməlilər bu yöndə dəlil təşkil etməsə belə,  itlərin əcdadı olaraq göstərilir.

davamı

Təkamülçülərin “Mitoxondrial Həvva” tezisinin yanlışlığı

“MİTOXONDRİAL HƏVVA” İDDİASI NƏDİR?

Dövrümüzdə  populyar elmi terminlərdən təkamülə dırnaqarası elmi don  geydirmək üçün tez-tez istifadə olunur. Bu yöndən, DNT də təkamülçülər üçün bir alətə çevrilmişdir.

DNT nüvədə olması ilə yanaşı, həm də enerji istehsal mərkəzləri olan mitoxondrilərdə də mövcuddur. Nüvədəki DNT ana ilə atadan gələn DNT-lərin birləşməsi nəticəsində meydana gəlirsə, mitoxondridəki DNT-nin qaynağı yalnız anadır. Bu bucaqdan yanaşdıqda, sizin mitoxondrial DNT-niz ananızınki ilə eyni, ananızınkı da nənənizin mitoxondrial  DNT-si ilə eynidir. Bu üsulu izləyərək kökümüz araşdırıla bilər.

davamı

“National Geographic” Azərbaycan jurnalının biolüminessensiyanın təkamülü iddiasına cavab

“National Geographic” Azərbaycan jurnalının “daş dövrü pəhrizi” iddialarına cavab

“National Geographic” Azərbaycan jurnalının daraqlı canlıların təkamülü iddiasına cavab

Edisonun 1879-cu ildə lampanı kəşf etməsindən milyonlarla il öncə “təbii işıq” və ya “soyuq işıq” istehsalını məharətlə həyata keçirən canlılar yer üzündə yaşamaqda idi. Bizə ən yaxın olan işıldaquşlardan dənizin minlərlə metr dərinliyində yaşayan tərkidünya canlılara qədər çox müxtəlif növlərdə bu olduqca mürəkkəb və heyrətamiz proses- biolüminessensiya həyata keçir.

davamı

2,3 milyard il təkamül keçirməmiş kükürd bakteriyaları yaradılışın sübutudur

Bir müddət əvvəl məşhur elmi jurnallarda və “Washington Posts” kimi qəzetlərdə yayımlanan bir məqalədə dənizlərin dərinliklərində yaşayan kükürd bakteriyalarının 2,3 milyard ildir ki heç bir dəyişiklik keçirmədən bu günə qədər gəldiyi xəbər verilirdi.

Bu məqalələrin bəziləri heyrət, bəziləri də çarəsizlik göstəricisi kimi görünən “Bioloqlar 2,3 milyard ildir təkamül etməmiş dərin dəniz kükürd bakteriyası tapdılar”, “2 milyard ildir dəyişmədən təkamül tapmacası yaradan bakteriyalar”, “Darvini gülümsədəcək 2 milyard illik sirli canlı” şəklində başlıqlarla yayımlandı.

davamı

« Öncəki SəhifəSonrakı Səhifə »

axtarış