Category: Mediadakı iddialara cavablar

Ateist Cəfər Quluzadənin “modern.az” saytına verdiyi müsahibəsindəki iddialara cavab

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasının müdiri, professor Cəfər Quluzadə Modern.az saytının suallarını cavablandırıb. Bu müsahibədə Cəfər Quluzadə çoxsaylı ateist-materialist fikirlər səsləndirib. Bu məqalədə Cəfər Quluzadənin materialist düşüncələrinin elm tərəfindən necə təkzib olunduğunu izah edəcəyik.

C. Quluzadə: “Kainatda ümumi bir nizam var”.

Hər şeydən əvvəl, Cəfər Quluzadənin kainatdakı nizamı qəbul etməsi təqdirəlayiq haldır. Çünki nizamın mövcudluğu qanunların olduğuna, bu da öz növbəsində qanunu təyin edən Yaradıcının olduğuna işarədir.

davamı

Vüsal Məmmədovun modern.az saytına müsahibəsindəki iddialara cavablar

20 İyun 2016-cı il tarixində modern.az saytında jurnalist Vüsal Məmmədovun müsahibəsi yayımlandı. V. Məmmədovun fəlsəfi düşüncələrinin əsas yer tutduğu bu müsahibədə elmi cəhətdən bir çox nöqsanlı məqamlara yer verilib ki, bu cavab məqaləmizdə toxunulan məsələlərin həqiqi üzünü ortaya çıxaracağıq. Öz fəlsəfi düşüncələrinə geniş yer verdikdən sonra V. Məmmədov deyir:

Mən ateistəmsə, bu, ancaq o deməkdir ki, dini təfəkkürü yox, elmi dünyagörüşünü əsas götürürəm. Həyatı, kainatı elmi təfəkkürlə dərk etməyə çalışıram. Bu zaman elmi düşüncəyə zidd olan bütün fikirləri kənara qoyuram”.

Vüsal Məmmədov: “mən ateistəmsə, elmi dünyagörüşünü əsas götürürəm”,- deyir. Bu sözləri oxuyan bir insan düşünə bilər ki, sanki ateizm elmi bir açıqlamadır. Lakin ateizm heç bir zaman elmə əsaslanmayıb. Bunu Vüsal Məmmədovun elə özünə nümunə götürdüyü ateizmin bayraqdarı Riçard  Dokinzin sözlərindən görə bilərik:

davamı

Ara-keçid forma iddialarına cavab -IV- Hissə

1. HEYDELBERQ ADAMI (Homo heildelbergensis)

Heydelberq adamı qazıntı insan formalarından biridir. 1907-ci ildə alman antropoloqu Otto Şötenzak Almaniyanın Heydelberq şəhəri yaxınlığında, Elsents çayı vadisində 24 metr dərinlikdən tapdığı alt çənə sümüyünə bu adı vermişdi. Sonradan tapılan və bu kateqoriyaya salınan insan sümükləri Avropada 600 min-400 min il əvvəl yaşamış insanları təmsil edir. Şötenzak və sonrakı təkamülçülər onu “primitiv” insan kimi saysalar da, sonrakı tapıntılarla məlum oldu ki, Heydelberq adamı heç də müasir insanlardan fərqlənmir. Ayrı növ deyildir və sadəcə olaraq, Avropada ilk məskunlaşmış insan irqidir. Elə buna görədir ki, tapılan 200 min illik insan qalıqlarına bəzi təkamülçülər Heydelberq adamı, bəziləri neandertal, bəziləri isə başqa bir insan irqi olan Homo erectus adı verirlər.1 Çünki bu gün insanlar arasında irqi fərqliliklər olduğu kimi, yüz min illər əvvəl də bu fərqlər var idi. Həqiqətdə, tapılan bu qalıqlar tək bir insan növünün müxtəlif irqlərinə aiddir.

davamı

Yalçın İslamzadənin “Təkamül nəzəriyyəsi sübut olunub” başlıqlı müsahibəsinə cavab

Bu məqaləmiz təkamülçü yazıçı, fizik Yalçın İslamzadənin yaxın günlərdə kulis.az saytına verdiyi “Təkamül nəzəriyyəsi sübut olunub” başlıqlı müsahibəsinə cavab mahiyyəti daşıyır. Daha öncə Yalçın İslamzadənin ““Təkamül: İstifadə Rəhbəri” kitabı nədən bəhs edir?” məqaləsinə cavab məqaləmizdə də Y. İslamzadənin darvinizmlə bağlı xətalı şərhlərinə açıqlama gətirmişdik.

Müsahibə, ümumilikdə, fəlsəfi məzmun üzərində qurulsa da, müəyyən nüanslar olub ki, Y. İslamzadə bu amilləri darvinizmə dəlil kimi təqdim etmişdir. İndi isə, gəlin sırayla bu iddialara elmi cavabları təqdim edək:

davamı

Şahin Həsənlinin “Təkamül Allahın qoyduğu nizam kimi başa düşülməlidir” məqaləsinə cavab

03.05.2016 tarixində kulis.az saytında xalq arasında Hacı Şahin kimi tanınan ilahiyyatçı Şahin Həsənli adından “Təkamül Allahın qoyduğu nizam kimi başa düşülməlidir” adlı bir məqalə  yayımlandı. Məqalədə həm elmi, həm də dini olaraq bir çox  yanlış fikirlər qeyd edilmişdir. Bu məqalədə Şahin Həsənlinin məqaləsində yanlış qeyd etdiyi elmi məqamlara elmi faktlarla, dini məqamlara isə Quran ayələri ilə cavablar verərək məsələyə aydınlıq gətirməyə çalışacağıq.

Məqalədə təkamül iddiasına cavaba keçməmişdən əvvəl Şahin Həsənlinin elmin və dinin məqsədi ilə bağlı iddialarına da cavab verək. Məqalənin 3-cü abzasında belə bir cümlə var: Bu baxımdan İslama görə, dinin vəzifəsi immanent aləmdəki hadisələri izah etmək deyil, transsendent aləmdən xəbər verməkdir. Pozitivist metodologiyaya əsaslanan elmin araşdırma predmeti isə yalnız maddi aləmdir. Bu baxımdan dinlə elmin predmeti və dili arasında sərhəd çəkilməlidir”. Eyni zamanda, məqalənin 4-cü abzasında: “Fərqlər isə axtarış sahələrindədir – dinin sahəsi qeyb, elmin sahəsi isə maddi aləmdir,- formasında bir cümlə də qeyd edilir.  Öncəliklə, qeyd edək ki, bu fikirlər həm elmi, həm də dini olaraq yanlışdır. Quranda heç bir ayədə dinin vəzifəsinin sadəcə Allahın qatından, Axirətdən və bu dünyaya aid olmayan aləmdən məlumat vermək olduğu yazılmayıb. Şahin Həsənli isə dinin vəzifəsinin bu dünyadakı hadisələri izah etmək olmadığını iddia edərək, dinin vəzifəsinin sadəcə digər aləm haqqında məlumat vermək olduğunu irəli sürür. Halbuki bu iddia dini olaraq çox yanlış bir izahdır.

davamı

“Nature” jurnalından yeni saxta keçid forma cəhdi: Timurlengia euotica

Ötən günlərdə dünya mediasında yeni dinozavr növü kəşf edildiyinə dair xəbərlər yayıldı. İlk baxışda elmi kəşfə oxşasa da, bu mövzudakı məqalələrdə məqsəd dinozavrların xəyali təkamülünə dəstək olmaqdır. Həmin xəbərlərdəki “itmiş halqa”nın tapıldığına dair iddialara bu yazımızda cavab veriləcək, təkamülçülərin xəyal gücü və düzəltdikləri saxta fosilin bu yeni nümunəsi analiz ediləcək.

Bu xəbərlərdə ABŞ mənbəli “PNAS” (Milli Elmlər Akademiyası Nəşrləri) elmi jurnalında dərc olunan araşdırmadan bəhs edilir və Özbəkistanda at boyda tirannozavr (Tyrannosaur) fosili tapıntısı izah olunurdu. Bu fosilin nəhəng dinozavrlarla  kiçik  dinozavrlar  arasındakı təkamülə guya şahidlik etdiyi iddia olunurdu. Zəndə o qədər irəli gedilmişdi ki, canlının çəkisi və ölçüləri hesablanmış, necə eşitdiyindən tutmuş ovunu yaxalama qabiliyyəti ətrafında belə spekulyasiyalar edilmişdi. Halbuki həqiqətlər bu deyilənlərdən olduqca fərqli idi: əllərində ancaq canlının beyninin mühafizə edildiyi düşünülən 7 sm ölçüdə kiçik bir sümük fosili var idi.

davamı

Neandertallarla eyni xəstəliklərə tutulmağımızın səbəbi nədir?

“Science” jurnalının 12 fevral 2016-cı il tarixli buraxılışında ABŞ-ın Vanderbilt Universitetində aparılan yeni araşdırmanın nəticələri dərc olundu. Məqalə ilk baxışda irsi xəstəliklərlə əlaqədar görünsə də, əslində, “Müasir insanların neandertallarla qaynayıb-qarışmasından meydana gələn fenotipik irs” başlığı bizə məqalədə təkamül təbliğatı aparıldığını göstərir.

Araşdırmaya rəhbərlik edən Vanderbilt Universitetindən genetik Con Kapra müqayisə apararaq belə deyir:

“Təsbitlərimiz neandertal DNT-sinin müasir insanların xəstəliklərinə təsir etdiyini göstərir. Neandertal DNT-sinin immunoloji, dermatoloji, nevroloji, psixi və cinsi xəstəliklərimizlə əlaqəli olduğunu kəşf etmişik”.

davamı

“New Scientist” jurnalının nautiluslarla bağlı iddialarına cavab

16 sentyabr, 2015-ci il tarixində “New Scientist” jurnalının internet saytında1, eləcə də bir çox mətbuat orqanında bioloq Piter Uordun (Peter Ward) Sent-Luis Vaşinqton Universitetində apardığı araşdırma ilə bağlı məqaləsi nəşr olunub. Bu məqalədə 500 milyon il əvvəl yaşamış, heç bir dəyişikliyə məruz qalmamış və bu səbəbdən, “yaşayan fosil” adlandırılan yeni tapılmış “Allonautilus scrobiculatus” adlı nautilusdan bəhs olunur.

Məqalədə bu nautilus növünün 30 il gizləndikdən sonra yenidən ortaya çıxdığı bildirilir. Burada diqqətçəkən məqam budur ki, “bu nautilusda keçmişdə yaşayan nautiluslara nisbətən bəzi fərqlər var, bu fərqlərin də son dövrlərdə qazanılmış xüsusiyyətlər olduğu” iddia edilir. İlk növbədə, bu cümlə sadəcə iddiadan ibarətdir və elmi həqiqətlərlə heç bir əlaqəsi yoxdur.

davamı

Axar.az saytının “15 milyon illik sirr açıldı” xəbərindəki təkamülçü iddiaya cavab

Bu məqaləmizdə 16 noyabr, 2015 tarixində Axar.az xəbər portalında yayımlanan, daha sonra Cumhuriyyet.az saytında təkrarlanan “15 milyon illik sirr açıldı” başlıqlı xəbərdəki elmi xətalara cavab təqdim edirik. Sözügedən xəbər Türkiyədə fəaliyyət göstərən və vaxtaşırı darvinist təbliğat aparan “Hürriyyət” qəzetinin rəsmi internet saytından tərcümə edilmişdir.1 Bu cür darvinist mənbələrdən götürülən xəbərləri elmi süzgəcdən keçirmədən paylaşmaq yerli medianın ictimaiyyəti bilmədən səhv yönləndirməsinə yol aça bilər. Ona görə də bu xəbərə elmi izahat gətirməyə ehtiyac duyuruq.

Axar.az saytının yayımladığı xəbərin mahiyyəti yeni olmayan bir təkamülçü iddiadan ibarətdir. Keçən əsrin sonlarında ortaya atılmış bu təkamülçü iddiaya əsasən, insanın təkamülü prosesində “urikaza” adlı zülalı kodlayan gendə mutasiya baş vermiş və insanın əcdadlarında fəal olmuş bu zülal insanda, eləcə də, bəzi “qohum meymunlar”da öz fəaliyyətini itirmişdir. İndi gəlin bu fərziyyənin əsl mahiyyətini və niyə etibarsız olduğunu araşdıraq.

davamı

İlahiyyatçı Şahin Həsənlinin Çarlz Darvin və təkamül fərziyyəsi ilə bağlı iddialarına cavab

27/11/2015 tarixində ilahiyyatçı Şahin Həsənlinin Moderator.az saytında müsahibəsi təqdim edilmişdir. Müsahibədə Hacı Şahinin bir çox mövzuda fikirləri qeyd edilmişdir. Lakin bu məqalədə biz müsahibədəki sadəcə təkamül fərziyyəsi və Darvinlə bağlı qeyd olunan fikirlərə münasibətimizi bildirəcəyik.

Öncəliklə, bunu qeyd etmək lazımdır ki, dünyanın hər yerində ilahiyyatçıların, adətən, dünyəvi elmlərlə maraqlanmamasının fəsadları çox böyük olur.  Bu böyük fəsad, əsasən də, ateizm qarşısındakı məğlubiyyət və təslimiyyətlə nəticələnir. Son dövrlər, xüsusilə də, Türkiyədə bir çox ilahiyyatçı ateizm qarşısında qaldıqları çarəsizlikdən, acizlikdən, təslimiyyətçilikdən qaynaqlanan səbəblə, bəzən isə özlərini ateist dairələrə elmə önəm verirmiş kimi göstərmək məqsədi ilə darvinizmin, əslində, dinə zidd olmadığını və hətta Quranda da olduğunu iddia edirlər. Və beləliklə, həm qarşısında çarəsiz qaldıqları ateizm iddialarına cavab verməkdən xilas olurlar, həm də  ateistlərə də öz aləmlərində “elmə önəm verirmiş” kimi bir görüntü verdiklərini zənn edirlər. Bəzi ateistlərə bu “uzlaşma” xoş gəlsə də, ateizmin nüfuzlu adları bəzi ilahiyyatçıların bu təşəbbüslərinin bihudə olduğunu hər fürsətdə dilə gətirirlər.

davamı

« Öncəki SəhifəSonrakı Səhifə »

axtarış