Month: Yanvar 2014

Atın təkamülü saxtakarlıqdır

1879-cu ildə dövrün məşhur təkamülçüləri arasında iki şəxs atın xəyali təkamülü ssenarisinə dəlil kimi göstərilməyə çalışan canlılarla bağlı fəaliyyətləri daha da irəli apararaq darvinistlərin uzun illər gündəmdə saxlayacaqları at sırasını əmələ gətirdilər. Amerikalı fosil tədqiqatçısı O.Ç. Marş ilə T. Haksli (“Darvinin buldoqu” kimi də tanınır) bəzi dırnaqlı fosilləri arxa və ön ayaqlarındakı dırnaq saylarına və diş quruluşlarına görə düzərək sxem qurdular. Daha əvvəl Ser Riçard Ouen tərəfindən 1841-ci ildə Hyrocotherium adlandırdığı kiçik məməli fosili təkamülü xatırladacaq şəkildə yenidən adlandırılmış və “şəfəq atı” mənasını verən eohippus adını almışdı. İddialarını sxemləri ilə birlikdə “American Journal of Science” (Amerika Elm Jurnalı) adlı jurnalda dərc edilən cütlük bir əsr boyu muzey və dərsliklərdə eohippus-dan dövrümüzün atlarına doğru sıralanan təkamülə dəlil kimi göstəriləcək sıranın əsasını qoymuşdular. Bu xəyali sıranın mərhələləri kimi göstərilən mühüm kateqoriyalar eohippus, orohippus, miohippus, hipparion və nəhayət dövrümüzdəki at- Equus idi.

davamı

Hekkelin rüşeym rəsmləri saxtakarlıqdır

Ernst Hekkel 1868-ci ildə yazdığı “Natürliche Schöpfungsgeschichte” (“Təbii yaradılış tarixi”) adlı kitabında insan, meymun və it rüşeymlərindən istifadə edərək bəzi müqayisələr apardığını irəli sürdü. Çəkdiyi rəsmlər bir-birləri ilə demək olar ki, tamamilə eyni canlı rüşeymlərindən ibarət idi. Hekkel bu rəsmlərə əsaslanaraq sözügedən canlıların ortaq mənşədən gəldiklərini müdafiə etdi.

Amma əslində, vəziyyət başqa cür idi. Hekkel bircə rüşeym rəsmi çəkmiş, sonra da ona qəsdən kiçik dəyişikliklər edərək insan, meymun və it rüşeymi adı altında yan-yana qoymuşdu. Yəni açıq-aşkar saxtakarlıq etmişdi.

Elə Darvinin “İnsanın əmələ gəlməsi” kitabında mənbə kimi göstərdiyi “elmi fəaliyyət” (!) bu idi. Əslində, Darvin bu kitabı yazmazdan əvvəl Hekkelin rəsmlərinin saxtakarlıq olduğunu başa düşənlər olmuşdu. Hətta Hekkelin özü belə saxtakarlığının üzə çıxmasının ardınca etdiyi bu böyük elmi yalanı etiraf etmişdi:

davamı

Sənaye kəpənəkləri iddiası saxtakarlıqdır

XIX əsrin ortalarında İngiltərədə sənaye inqilabının başladığı vaxtlarda sənaye bölgələrindəki ağacların qabıqları açıq rəngli idi. Bu səbəbdən, bu ağacların üstünə qonan Biston betularia növündən olan kəpənəklərin tünd rəngli növləri (melanik kəpənəklər) burada qidalanan quşlar tərəfindən tez görülür və yeyilirdilər. Lakin əlli il sonra sənaye çirklənməsi nəticəsində ağacların gövdələrinə sarmaşan yosun növündən olan şibyələr məhv olur və ağacların gövdələri qaralır. Bu dəfə açıq rəngli kəpənəklər ağac gövdələrində daha aydın göründüyünə görə, quşlar tərəfindən yeyilirlər. Nəticədə, açıq rəngli kəpənəklər sayca azalır, tünd rəngli melanik kəpənəklər yem olmadıqları üçün çoxalırlar.

davamı

Nebraska adamı saxtakarlıqdır

1922-ci ildə Amerika Təbiət Tarixi Muzeyinin müdiri Henri Ferfild Ozborn Qərbi Nebraskadakı İlan dərəsi yaxınlığındakı Plieosen dövrünə aid azı dişi fosili tapdığını açıqladı. Bu diş iddiaya əsasən, insan və meymunların ortaq xüsusiyyətlərini daşıyırdı. Çox keçmədən bu məsələ ilə bağlı çox dərin elmi müzakirələr başladı. Bəziləri bu dişin sahibini pithecanthropus erectus olduğunu söyləyir, bəziləri isə bunun insana daha yaxın olduğunu deyirdilər. Böyük müzakirələrə səbəb olan bu diş fosilinə “Nebraska adamı” adı verildi. “Elmi” adı da dərhal qoyuldu: Hesperopithecus haroldcooki.

Bu tək dişə əsaslanaraq Nebraska adamının kəlləsi və bədəni bərpa edildi. Hətta daha da irəli gedərək Nebraska adamının ailəsinin təbii mühitdə rəsmləri dərc edildi. Bütün bu ssenarilər bircə dişdən uydurulmuşdu. Təkamülçü kütlələr bu fantastik adamı o qədər mənimsəmişdilər ki, Uilyam Brayen adlı bir tədqiqatçı bircə azı dişinə əsaslanaraq bu qədər erkən hökmlə qərar verilməsinə qarşı çıxdıqda qəzəblə qarşılandı.

davamı

Piltdaun adamı saxtakarlıqdır

Məşhur həkim və eyni zamanda həvəskar paleontoloq olan Çarlz Douson 1912-ci ildə İngiltərədə Piltdaun yaxınlığındakı bir çökəklikdə bir çənə sümüyü və kəllə parçası tapdığı iddiası ilə üzə çıxdı. Çənə sümüyü meymun çənəsinə bənzəməsinə baxmayaraq, dişlər və kəllə insanınkına bənzəyirdi. Əldə edilən fosillərə “Piltdaun adamı” adı verildi, 500 min illik tarix təyin edildi və fosil insanın xəyali təkamülünə ən mühüm dəlil kimi İngiltərədəki Britaniya Muzeyində (British Museum) nümayiş etdirilməyə başladı. 40 ildən çox müddət ərzində haqqında bir çox elmi məqalə yazıldı, şərhlər edildi və rəsmlər çəkildi. Dünyanın müxtəlif universitetlərindən 500-dən çox akademik Piltdaun adamı haqqında doktorluq işi müdafiə etdi.1

Məşhur amerikalı paleontoloq H.F. Ozbom da 1935-ci ildə Britaniya Muzeyinə səfərində: “Təbiət sürprizlərlə doludur, bu, bəşəriyyətin tarixdən əvvəlki dövrləri haqqında mühüm tapıntıdır”, – deyirdi.2

davamı

“Neandertallar insanın meymunabənzər əcdadıdır” iddiası saxtakarlıqdır

Darvinistlər avstralopiteklər üçün istifadə etdikləri eyni metodu insan soyu olan neandertallar üçün də istifadə etmişdilər. Neandertal adamı 1856-cı ildə Almaniyanın Düsseldorf şəhəri yaxınlığındakı Neander dərəsində tapılan fosillərlə elmi ədəbiyyata daxil oldu. Kəllə və bədənindəki sümüklərdə yerləşən qıvrımlar fosillərin təkamülçülər tərəfindən ibtidai insan növü kimi dəyərləndirilməsinə səbəb oldu.

1908-ci ildə Fransanın La-Şapel-o-Sen (La Chapelle-aux-Saints) ərazisində Neandertal adamına aid olduğu bildirilən, demək olar ki, tam, əskiksiz skelet tapıldı. Sümüklər dövrün məşhur paleontoloq və geoloqu Marselen Bul (Marcellin Boule) tərəfindən birləşdirildi.

Bu birləşdirmə nəticəsində ortaya çıxan Neandertal adamı əyri duruşa, irəliyə doğru qabarıq kəlləyə malik idi. Bundan əlavə, ayaqları da oynaq hissədə bitişik idi, tam düz duruşa imkan vermirdi.

Bu görünüş sayəsində Neandertal adamı insanların zehinlərində ibtidai canlı kimi qaldı. Neandertal saxta rəsmlərdə də ibtidai meymun adamlar kimi göstərildilər.

davamı

“Avstralopiteklər insanın əcdadıdır” iddiası saxtakarlıqdır

Darvinistlər üçün insanın təkamülü məsələsi həyati əhəmiyyət daşıyır. İllərlə insanlara insanın təkamül keçirmiş heyvan olduğunu təlqin etməyə çalışırlar. Bu yalanı yaşatmaq üçün var gücləri ilə səy göstərir, heç dayanmadan ən lazımsız məsələlərdə belə insanın heyvan əcdadlarının olması düşüncəsini yeritməyə çalışırlar. Bu mövzuda əl atdıqları yalanlar isə heyrətləndiricidir. Çox vaxt heç bir əlaqəsi olmayan fosil tapıntıları belə formadan-formaya salınaraq insanabənzər varlıq kimi göstərilməyə çalışılır. Belə ki, darvinistlər sonradan qabana aid olduğu başa düşülən bircə diş fosilindən nebraska adamını uydurmuş, bu xəyali insanabənzər məxluqun ailəsi ilə birlikdə sosial həyatını təsvir etməkdən çəkinməmişdilər. Bu təəccüblü cəhdin mühüm nümunələrindən biri də Australopithecus-ların insanın meymunabənzər əcdadı olduğuna dair uzun zaman davam etdirilən iddialardır.

davamı

Darvinizmə dəlil göstərilməyə çalışılan bütün kəllə sümüyü fosilləri saxtadır

Darvinizm həqiqi elmi təməllərə və dəlillərə əsaslanmadığı üçün uydurma dəlillər təqdim edərək tərəfdar toplamağa çalışır. Bunun üçün darvinistlərin əlində fərziyyə uyduracaqları məmulatların olması kifayətdir. Darvinistlər haqqında fərziyyə uyduracaqları nəsli kəsilmiş canlı fosillərini götürüb formadan-formaya salır və onları ideologiyalarına dəlil kimi istifadə edirlər. İllər boyu nəsli kəsilmiş olduğu üçün dənizdən quruya xəyali keçidin ən məşhur nümunəsi kimi tanıdılmağa çalışılan, lakin canlı nümunəsi dövrümüzdə dənizlərdə mövcud olan latimeriya bu saxtakarlığı əks etdirən mühüm dəlildir. Darvinistlər eyni taktikadan digər canlılar və insan üzərində də istifadə etməyə çalışırlar. Əllərində olan bütün fosilləri görünüşünə görə təsnifləndirir və öz ağıllarına görə istədiklərinə “ara keçid forma” adı verirlər. Lakin ara keçid forma adlandırdıqları fosillərin hamısı eyni ilə latimeriya kimi mükəmməl və qüsursuz canlılara aiddir.

davamı

“Latimeriya dənizdən quruya keçid nümunəsidir” iddiası saxtakarlıqdır

Əslində, canlı dinozavr tapılsaydı, bu, daha az təəccüblü olardı. Çünki fosillər Coelacanth balığının dinozavrların üzə çıxmasından 150-200 il əvvəl mövcud olduğunu göstərir. Bir çox elm adamının quruda yaşayan onurğalıların əcdadı kimi göstərdiyi, ən azı 70 milyon il əvvəl məhv olduğu hesab edilən balıq canlı tapılmışdı!1

“Focus” jurnalının 2003-cü ilin aprel sayındakı bu sözlər illərlə ara keçid forma kimi tanıdılmış Coelacanth adlı balığın (Latimera chalumnae) canlı nümunəsinin dövrümüzdəki dənizlərdə tapılması qarşısındakı təəccüb darvinistlərin dilindən deyilir. Darvinistlər 1938-ci ildən əvvəl latimeriya fosili haqqında çoxlu iddialar irəli sürmüş, canlının üzgəclərini yeriməyə başlayan ayaqlar, fosilləşmiş yağ kisəsini isə ibtidai ağciyər kimi izah etmişdilər. Fosil üzərindəki bütün spekulyasiyalarla itmiş halqanı tapdıqlarını irəli sürürdülər.

davamı

Arxeopteriksin quşların əcdadı olması iddiası saxtakarlıqdır

1860-cı ildə Almaniyada tapılan Archaeopteryx adlandırılan quş fosili dövrümüzün quşlarından fərqlənən bəzi özünəməxsus xüsusiyyətlər daşıyırdı. Ağzındakı dişlər, qanadlarındakı pəncələr və uzun quyruğu darvinistlər tərəfindən spekulyasiya kimi istifadə edildi və quş heç bir elmi əsas olmamasına baxmayaraq, dərhal sürünənlərə bənzədilərək sürünən quş ara fosili kimi təqdim edildi.

Lakin bu iddia da böyük yalan idi.

davamı

« Öncəki SəhifəSonrakı Səhifə »

axtarış