11 iyun 2014 tarixində BBC Azərbaycan saytı “Biological Reviews” jurnalına istinadən bir yazı dərc etdi1. Yazıda heç bir elmi əsası olmayan “insanın təkamülü” nağılına yeni bir fərziyyə əlavə edilmişdi. Bu yeni fərziyyəyə əsasən, insanın üz skeleti “tarixən aldığı yumruq zərbələri” sayəsində formalaşmışdı. Bu, o qədər elmdənkənar bir iddia idi ki, hətta iddianın sahibləri- “Biological Reviews” yazarları da bunun sadəcə bir “hipotez” və “ssenari” olduğunu məqalənin bir neçə yerində vurğulamışdılar.2
davamıCategory: Mediadakı iddialara cavablar
Son 150 ildə olduğu kimi müasir dövrdə də bütün dünyanı əhatəsinə almış olan təkamülçü təbliğat bizim ölkəmizə də sistemli şəkildə sirayət etdirilmişdir. Belə ki, məktəb və universitetlərdə azyaşlı uşaqlardan gənc kadrlaradək hədəf müəyyənləşdirmiş olan təkamülçülər bu yalnış ideologiyalarını daha geniş kütlələrə nüfuz etdirə bilmək üçün virtual KİV-lərdə də əhatəli fəaliyyət dairəsinə malikdirlər. Bu elmdənkənar təbliğata bilərəkdən və ya bilməyərəkdən töhfə verməkdə olan və geniş kütlələrə xitab edə bilən xəbər portallarımızdan biri isə www.milli.az saytıdır ki, bu məqaləmizdə həmin saytdakı bir çox təkamülçü təhrif və yalnışları analiz edəcək və doğru olan elmi cavabları xalqımıza çatdıracağıq. Bununla da, əslində milli-mənəvi dəyərlərimizə önəm verən milli.az heyətini darvinizmə qarşı daha həssas təhlillər və şərhlər verməyə dəvət edəcəyik.
davamıAra-Keçid Forma İddialarına Cavab -II- Hissə
Ara-Keçid Forma İddialarına Cavab -III- Hissə
Ara-Keçid Forma İddialarına Cavab -IV- Hissə
1. ARXEOPTERİKS (Archaeopteryx)
Təkamülçülərin teropod dinozavrlarından quşlara keçid forma hesab etdikləri 150 milyon il yaşı olan bu fosilin, əslində, bütün xüsusiyyətlərilə tam bir quş olduğu məlum olmuşdur1. Təkamülçülər öncələr bu fosilin döş sümüyü (sternum) olmadığını, buna görə uça bilmədiyini önə sürmüş, lakin 1992-ci ildə tapılmış 7-ci (Münxen) arxeopteriks nümunəsində döş sümüyünün olduğu məlum olmuşdur2. Bundan əlavə, arxeopteriks müasir quşlarınkından fərqsiz olan asimmetrik lələk quruluşuna malik idi3. Təkamülçülərin irəli sürdüyü caynaq və dişlər iddiasına da elm adamları tərəfindən təfsilatlı cavablar verilmişdir. Caynaqların bu gün yaşayan dəvəquşu, mahmızquşu, hoazin və turako kimi quşlarda da mövcud olduğu4, arxeopteriksin diş strukturunun isə teropod dinozavrlarınkından olduqca fərqli olduğu üzə çıxmışdır5. Ən əsası isə, arxeopteriksdən tam 70 milyon il daha qədim olan quşun – protoavisin elm aləminə məlum olması ilə bu iddia tamamilə təkzib edilmişdir6. Ətraflı məlumat üçün buraya müraciət edə bilərsiniz.
davamıDigər məqalələrimizdə ətraflı şəkildə araşdırdığımız “qüsurlu” və ya “rudiment” orqanlar iddiasının ən son əsaslarından biri də “Tullantı DNT” (“Junk DNA”) anlayışı idi.
Rudiment orqanlar əfsanəsi 20-ci əsrin ikinci yarısından etibarən çökməyə başladı. Funksiyasız olduğu deyilən orqanların əhəmiyyətli funksiyaları olduğu kəşf edildiyi zaman bu əfsanə də müdafiə edilməsi imkansız hala gəldi. Lakin həmin əfsanənin propaqanda gücündən məhrum qalmaq istəməyən təkamülçülər bunun yeni bir versiyasına əl atdılar. Bu yeni versiya bədəndəki orqanların deyil, orqanları kodlayan genetik materialın bir qisminin “rudiment” olduğu formasında idi. İşlədilən ifadə isə “rudiment” deyil, “tullantı halına gəlmiş” idi.
davamıBu gün qabaqcıl təkamülçülər belə bitki və heyvan seleksiyasını təkamül nəzəriyyəsinə sübut olaraq qəbul etmirlər. Lakin bəzi təkamülçülər bu iddialardan əl çəkməməkdə qərarlıdırlar. Ona görə də gəlin bu mövzunun təkamül nəzəriyyəsi ilə əlaqəsi olmadığını elmi dəlillərlə birlikdə araşdıraq.
Bitki sortlarının və heyvan cinslərinin seleksiyası Darvin təkamül nəzəriyyəsini ortaya atmazdan daha əvvəl insanlara məlum idi… İt, qoyun və inək kimi heyvanlar arasında ətlik, südlük və sürətlə qaçan cinslər əldə etmək üçün seleksiyaçılar xüsusi bir ardıcıllıqla bu prosesi həyata keçirərək daha faydalı cinslər yetişdirmişdirlər. Bunu edənlər isə təkamülçülər deyil, əksəriyyəti təkamül nəzəriyyəsi ilə heç bir əlaqəsi olmayan insanlar olmuşdur. Bu adət 19-cu əsrdə elmi bir dayağa söykədilmişdir. Bunun səbəbi isə təkamülçülərin düşündüyü kimi təkamül nəzəriyyəsi yox, Mendelin kəşf etdiyi genetika qanunlarıdır.
davamıKosmosda həyatın izləri varmı? Bəlkə Yer üzündəki həyat kosmosun və ya yadellilərin məhsuludur? Bu və bənzəri suallar eradan əvvəlin yunan fəlsəfəsindən tutmuş bu günün tədris planına qədər özünə yer etmiş suallardır. Bu kimi düşüncələrin məcmusunu isə panspermiya fərziyyəsi daxilində incələmək lazım gəlir. “Panspermiya” fərziyyəsi, məna etibarilə, həyatın “toxumları”nın bütün kainata səpələnmiş olduğunu və bu toxumların müxtəlif planetlərə (Yer kürəsi də daxil olmaqla) yayılaraq həyata başlanğıc verdiyini irəli sürür. Belə ki, fərziyyəyə əsasən, bakteriya kimi orqanizmlər kometlər və ya asteroidlər vasitəsilə bir planetdən digər planetə səpələnir və uyğun şəraitə düşmüş bu bakteriyalar təkamül keçirərək həmin planetdə həyatın çiçəklənməsinə yol açır. Bu iddianı isə müxtəlif əsrlərin bir çox nüfuzlu elm adamları qəbul etmişdi. Lakin sonradan aparılan tədqiqatlar və yürüdülən çox sadə məntiqlər belə bu hipotezin neçə puç bir ideyadan ibarət olduğunu ortaya qoyacaqdı…
davamıHəyatın mənşəyi müzakirəsinin tarixi bəlkə də elə riyaziyyatın tarixi qədər qədimdir. Çünki yaşamış və yaşayan hər bir insan “mən haradan gəlirəm?” sualını özünə vermişdir və təbii ki, bu suala cavab axtarmağa çalışmışdır. Tarix boyunca həyatın mənşəyi barədə hər cür hipotez irəli sürülmüş, hətta canlıların Ayın üzərindəki bir ağacda meyvə kimi yetişib ordan Yer kürəsinə düşdüyünə inanan insanlar belə olmuşdur. Hal-hazırda isə bioloq Duqlas Futuymanın da qeyd etdiyi kimi 1, həyatın mənşəyilə bağlı sadəcə 2 nəzəriyyə mövcuddur: təkamül və yaradılış. Çarlz Darvinin təkamül nəzəriyyəsi 20-ci əsrin sonlarından başlayaraq elm aləminin bir qism nüfuzlu şəxsiyyətləri tərəfindən təkzib edilməyə başlandı. Genetika, embriologiya, paleontologiya, biokimya kimi elm sahələrində əldə edilmiş yeni məlumat və kəşflər həyatın təkamül nəzəriyyəsinin irəli sürdüyünün əksinə təsadüflər nəticəsində əmələ gəlməyəcək qədər kompleks olduğunu ortaya qoydu. Təkamül nəzəriyyəsinə digər bir zərbə isə ən dəqiq və təkzibedilməz elm sahəsi olan riyaziyyatdan gəldi.
davamı25 Fevral, 2014 tarixində anspress.com saytında “Quşların yaranması bir anda olub” başlıqlı bir yazı yayımlandı. Çingiz Rüstəmov imzası daşıyan məqalədə heç bir sübut irəli sürülməməsinə baxmayaraq təkamül nəzəriyyəsindən bir həqiqət imiş kimi bəhs edilirdi.
davamı2004-cü ildə Şimali Kanada, Elsmir adasındakı Devon çöküntü yataqlarını araşdıran arxeoloqlar yeni bir fosil tapıntısı əldə etdilər. Fosilə yerli xalqın dilində “dayaz su balığı” mənasına gələn “Tiktaalik” adı verildi və 375 milyon illik olduğu deyilən bu fosil təkamülçü çevrələrdə böyük bir həyəcan doğurdu. Bunun səbəblərindən biri də tapılan qalığın lap yerinə düşməsi idi: o, təkamül nəzəriyyəsinə əsasən, “balıqlardan amfibiyalara keçid dövrü”nə rast gəlmişdi…
Tiktaalik təbliğatının rəhbərliyini edən Nil Şubin də başda olmaqla, təkamülçülər bu fosili yepyeni bir ara-keçid forma olaraq bir təbliğat alətinə çevirdilər. Tiktaalik üçün şəxsi internet saytı açıldı1, hətta özlərini itirmiş təkamülçülər tiktaalikin şərəfinə “tik-tik-tik-tik, tiktaalik” misraları təkrarlanan bir mahnı belə bəstələdilər2 (!). Yerli təkamülçü mənbələrdə də israrla müdafiə edilən bu keçid forma iddiasının böyük bir təkamülçü saxtakarlığın məhsulu olduğu isə gələcəkdə məlum olacaqdı…
davamı31 Yanvar 2014 tarixində az.ann.az saytında “İnsan hələ də təkamül edirmi?” başlıqlı bir yazı yayımlandı. Yazıda hələ 2012-ci ildə aparılmış bir araşdırma olduqca yeni bir məlumat imiş kimi göstərilirdi. Cavid Ramazanlı tərəfindən ingiliscədən tərcümə olunmuş bu məqalənin üslubundan da görünürdü ki, təkamülçülər “yeni məlumat” zənn etdikləri fərziyyələrin keçən əsrin darvinist iddiaları ilə eynilik təşkil etdiyindən xəbərsizdirlər.
İlk öncə məqalənin başlığına diqqət yetirək: “İnsan hələ də təkamül edirmi?”. Təkamülçülər sanki insanın keçmişdə təkamül etdiyini sübut ediblərmiş kimi indi də bu prosesin hal-hazırda baş verib-vermədiyini müzakirə edirlər. Məlumdur ki, təkamülçülərin bu cür başlıqlardan istifadə etməklərinin tək səbəbi
davamı