20 İyun 2016-cı il tarixində modern.az saytında jurnalist Vüsal Məmmədovun müsahibəsi yayımlandı. V. Məmmədovun fəlsəfi düşüncələrinin əsas yer tutduğu bu müsahibədə elmi cəhətdən bir çox nöqsanlı məqamlara yer verilib ki, bu cavab məqaləmizdə toxunulan məsələlərin həqiqi üzünü ortaya çıxaracağıq. Öz fəlsəfi düşüncələrinə geniş yer verdikdən sonra V. Məmmədov deyir:
“Mən ateistəmsə, bu, ancaq o deməkdir ki, dini təfəkkürü yox, elmi dünyagörüşünü əsas götürürəm. Həyatı, kainatı elmi təfəkkürlə dərk etməyə çalışıram. Bu zaman elmi düşüncəyə zidd olan bütün fikirləri kənara qoyuram”.
Vüsal Məmmədov: “mən ateistəmsə, elmi dünyagörüşünü əsas götürürəm”,- deyir. Bu sözləri oxuyan bir insan düşünə bilər ki, sanki ateizm elmi bir açıqlamadır. Lakin ateizm heç bir zaman elmə əsaslanmayıb. Bunu Vüsal Məmmədovun elə özünə nümunə götürdüyü ateizmin bayraqdarı Riçard Dokinzin sözlərindən görə bilərik:
davamı