Month: May 2016

Yalçın İslamzadənin “Təkamül nəzəriyyəsi sübut olunub” başlıqlı müsahibəsinə cavab

Bu məqaləmiz təkamülçü yazıçı, fizik Yalçın İslamzadənin yaxın günlərdə kulis.az saytına verdiyi “Təkamül nəzəriyyəsi sübut olunub” başlıqlı müsahibəsinə cavab mahiyyəti daşıyır. Daha öncə Yalçın İslamzadənin ““Təkamül: İstifadə Rəhbəri” kitabı nədən bəhs edir?” məqaləsinə cavab məqaləmizdə də Y. İslamzadənin darvinizmlə bağlı xətalı şərhlərinə açıqlama gətirmişdik.

Müsahibə, ümumilikdə, fəlsəfi məzmun üzərində qurulsa da, müəyyən nüanslar olub ki, Y. İslamzadə bu amilləri darvinizmə dəlil kimi təqdim etmişdir. İndi isə, gəlin sırayla bu iddialara elmi cavabları təqdim edək:

davamı

Şahin Həsənlinin “Təkamül Allahın qoyduğu nizam kimi başa düşülməlidir” məqaləsinə cavab

03.05.2016 tarixində kulis.az saytında xalq arasında Hacı Şahin kimi tanınan ilahiyyatçı Şahin Həsənli adından “Təkamül Allahın qoyduğu nizam kimi başa düşülməlidir” adlı bir məqalə  yayımlandı. Məqalədə həm elmi, həm də dini olaraq bir çox  yanlış fikirlər qeyd edilmişdir. Bu məqalədə Şahin Həsənlinin məqaləsində yanlış qeyd etdiyi elmi məqamlara elmi faktlarla, dini məqamlara isə Quran ayələri ilə cavablar verərək məsələyə aydınlıq gətirməyə çalışacağıq.

Məqalədə təkamül iddiasına cavaba keçməmişdən əvvəl Şahin Həsənlinin elmin və dinin məqsədi ilə bağlı iddialarına da cavab verək. Məqalənin 3-cü abzasında belə bir cümlə var: Bu baxımdan İslama görə, dinin vəzifəsi immanent aləmdəki hadisələri izah etmək deyil, transsendent aləmdən xəbər verməkdir. Pozitivist metodologiyaya əsaslanan elmin araşdırma predmeti isə yalnız maddi aləmdir. Bu baxımdan dinlə elmin predmeti və dili arasında sərhəd çəkilməlidir”. Eyni zamanda, məqalənin 4-cü abzasında: “Fərqlər isə axtarış sahələrindədir – dinin sahəsi qeyb, elmin sahəsi isə maddi aləmdir,- formasında bir cümlə də qeyd edilir.  Öncəliklə, qeyd edək ki, bu fikirlər həm elmi, həm də dini olaraq yanlışdır. Quranda heç bir ayədə dinin vəzifəsinin sadəcə Allahın qatından, Axirətdən və bu dünyaya aid olmayan aləmdən məlumat vermək olduğu yazılmayıb. Şahin Həsənli isə dinin vəzifəsinin bu dünyadakı hadisələri izah etmək olmadığını iddia edərək, dinin vəzifəsinin sadəcə digər aləm haqqında məlumat vermək olduğunu irəli sürür. Halbuki bu iddia dini olaraq çox yanlış bir izahdır.

davamı

axtarış