Bir sıra alimlərin HIV virusunun şimpanzelərdən insanlara at milçəkləri yoluyla yoluxa biləcəyi yönündə iddiaları vardır. Bu iddia bəzi qaynaqlarda: “At milçəkləri şimpanzelərdən aldıqları SIV virusunu insanlara daşıdılar. Bu virus da sonradan təkamül keçirərək insan versiyası olan HIV şəklini aldı”,- deyə səsləndirilir.
Hərçənd ki, bu məlumatın mənbələri olan “New Scientist” jurnalı və “BBC” kimi xəbər agentliklərində bu cür bir təkamüldən bəhs edilmir, sadəcə olaraq, HIV virusunun şimpanzelərdə mövcud olan SIV virusuna aid variant olduğu bildirilir. Lakin qatı təkamülçülər hər fürsətdə təkamül təbliğatı aparmaq missiyasını tələbi olaraq, hər yeni xəbəri “təkamül” sözüylə “bəzəməyi” unutmurlar…
davamı