Ara-Keçid Forma İddialarına Cavab -II- Hissə
Ara-Keçid Forma İddialarına Cavab -III- Hissə
Ara-Keçid Forma İddialarına Cavab -IV- Hissə
1. ARXEOPTERİKS (Archaeopteryx)
Təkamülçülərin teropod dinozavrlarından quşlara keçid forma hesab etdikləri 150 milyon il yaşı olan bu fosilin, əslində, bütün xüsusiyyətlərilə tam bir quş olduğu məlum olmuşdur1. Təkamülçülər öncələr bu fosilin döş sümüyü (sternum) olmadığını, buna görə uça bilmədiyini önə sürmüş, lakin 1992-ci ildə tapılmış 7-ci (Münxen) arxeopteriks nümunəsində döş sümüyünün olduğu məlum olmuşdur2. Bundan əlavə, arxeopteriks müasir quşlarınkından fərqsiz olan asimmetrik lələk quruluşuna malik idi3. Təkamülçülərin irəli sürdüyü caynaq və dişlər iddiasına da elm adamları tərəfindən təfsilatlı cavablar verilmişdir. Caynaqların bu gün yaşayan dəvəquşu, mahmızquşu, hoazin və turako kimi quşlarda da mövcud olduğu4, arxeopteriksin diş strukturunun isə teropod dinozavrlarınkından olduqca fərqli olduğu üzə çıxmışdır5. Ən əsası isə, arxeopteriksdən tam 70 milyon il daha qədim olan quşun – protoavisin elm aləminə məlum olması ilə bu iddia tamamilə təkzib edilmişdir6. Ətraflı məlumat üçün buraya müraciət edə bilərsiniz.
davamı