Tag: paleontologiya

Yeriyən balina nağılı

Tam adı Pakicetus inachus olan bu nəsli kəsilmiş məməliyə aid fosillər ilk dəfə 1983-cü ildə gündəmə gəldi. Fosili tapan P.D.Cinceriç və köməkçiləri canlının sadəcə kəllə sümüyünü tapmalarına baxmayaraq, heç çəkinmədən onun “ibtidai balina”olduğunu iddia etdilər.

Halbuki fosilin “balina” ilə heç bir əlaqəsi yox idi. Skeleti bildiyimiz canavarlara bənzəyən dördyaqlı formada idi. Fosilin tapıldığı yer paslanmış dəmir filizinin də tapıldığı və ilbiz, tısbağa və ya timsah kimi quruda yaşayan canlıların da fosillərinin olduğu bir ərazi idi, yəni dəniz yatağı deyil, quru hissəsi idi.

Bəs dördayaqlı quru canlısı olan bu fosil nə üçün “ibtidai balina” elan edilmişdi? Sadəcə dişlərindəki və qulaq sümüklərindəki bəzi xüsusiyyətlərə görə! Halbuki bu xüsusiyyətlər pakicetus ilə balinalar arasındakı əlaqəyə dəlil ola bilməz. Canlılar arasında anatomik bənzərliklərə əsaslanaraq qurulan bu cür nəzəri əlaqələrin çoxunun olduqca məntiqsiz olduğunu təkamülçülər də qəbul edirlər. Əgər Avstraliyada yaşayan dimdikli bir məməli olan ördəkburunlar və ördəklər nəsli kəsilmiş canlılar olsaydı, təkamülçülər eyni məntiqlə (dimdik bənzərliyinə əsasən) onları da bir-birlərinin qohumu elan edəcəkdilər. Lakin əslində ördəkburun məməlidir, ördək isə quşdur və aralarında təkamül nəzəriyyəsinə əsasən də qohumluq ola bilməz.

davamı

Atın təkamülü saxtakarlıqdır

1879-cu ildə dövrün məşhur təkamülçüləri arasında iki şəxs atın xəyali təkamülü ssenarisinə dəlil kimi göstərilməyə çalışan canlılarla bağlı fəaliyyətləri daha da irəli apararaq darvinistlərin uzun illər gündəmdə saxlayacaqları at sırasını əmələ gətirdilər. Amerikalı fosil tədqiqatçısı O.Ç. Marş ilə T. Haksli (“Darvinin buldoqu” kimi də tanınır) bəzi dırnaqlı fosilləri arxa və ön ayaqlarındakı dırnaq saylarına və diş quruluşlarına görə düzərək sxem qurdular. Daha əvvəl Ser Riçard Ouen tərəfindən 1841-ci ildə Hyrocotherium adlandırdığı kiçik məməli fosili təkamülü xatırladacaq şəkildə yenidən adlandırılmış və “şəfəq atı” mənasını verən eohippus adını almışdı. İddialarını sxemləri ilə birlikdə “American Journal of Science” (Amerika Elm Jurnalı) adlı jurnalda dərc edilən cütlük bir əsr boyu muzey və dərsliklərdə eohippus-dan dövrümüzün atlarına doğru sıralanan təkamülə dəlil kimi göstəriləcək sıranın əsasını qoymuşdular. Bu xəyali sıranın mərhələləri kimi göstərilən mühüm kateqoriyalar eohippus, orohippus, miohippus, hipparion və nəhayət dövrümüzdəki at- Equus idi.

davamı

Piltdaun adamı saxtakarlıqdır

Məşhur həkim və eyni zamanda həvəskar paleontoloq olan Çarlz Douson 1912-ci ildə İngiltərədə Piltdaun yaxınlığındakı bir çökəklikdə bir çənə sümüyü və kəllə parçası tapdığı iddiası ilə üzə çıxdı. Çənə sümüyü meymun çənəsinə bənzəməsinə baxmayaraq, dişlər və kəllə insanınkına bənzəyirdi. Əldə edilən fosillərə “Piltdaun adamı” adı verildi, 500 min illik tarix təyin edildi və fosil insanın xəyali təkamülünə ən mühüm dəlil kimi İngiltərədəki Britaniya Muzeyində (British Museum) nümayiş etdirilməyə başladı. 40 ildən çox müddət ərzində haqqında bir çox elmi məqalə yazıldı, şərhlər edildi və rəsmlər çəkildi. Dünyanın müxtəlif universitetlərindən 500-dən çox akademik Piltdaun adamı haqqında doktorluq işi müdafiə etdi.1

Məşhur amerikalı paleontoloq H.F. Ozbom da 1935-ci ildə Britaniya Muzeyinə səfərində: “Təbiət sürprizlərlə doludur, bu, bəşəriyyətin tarixdən əvvəlki dövrləri haqqında mühüm tapıntıdır”, – deyirdi.2

davamı

Kembri fosillərinin 70 il gizlədilməsi saxtakarlıqdır

Təkamül nəzəriyyəsi ilə düz gəlmədiyinə görə Kembri fosillərini gizlədən Çarlz Dulittl Uolkott

Canlı tarixinin ən qədim dövrlərindən biri olan Kembri dövrü 543-490 milyon il əvvəli təmsil edir. Bu dövrdən əvvəl tək hüceyrəli canlılar və bir neçə çoxhüceyrəli növü hökm sürürkən ani surətdə tam və mükəmməl şəkildə qeyri-adı canlı müxtəlifliyi meydana gəlmişdir. Bu canlıların hamısı əvvəlki canlılardan çox fərqli şəkildə dövrümüzün canlılarına aid qeyri-adi mürəkkəb xüsusiyyətlərə malikdirlər. Bu xüsusiyyəti ilə Kembri dövrü təkamül nəzəriyyəsinə böyük zərbədir.

Kembri dövrünə aid fosilləri tapılan canlılar dövrümüzdə mövcud olanlar da daxil olmaqla, 55 tipin nümunəsini verir (tip: canlıların əsas bədən quruluşlarına görə təsnif olunduqları, “aləmdən” sonrakı ən böyük kateqoriya). Digər sözlə, dövrümüzdəki canlıların hətta çoxunun əsas bədən quruluşu dövrümüzdən təqribən 540 milyon il əvvəl mükəmməl forması ilə mövcud olmuşdur (dövrümüzdə 35 tip canlı var). Kembri dövrünün canlıları dövrümüzdəki mükəmməl kompleksliyə malik canlılardan fərqlənmir. Bu, Darvinin xəyali təkamül ağacına ziddir, xəyali təkamül prosesi üçün müəyyən edilmiş saxta inkişafı alt-üst edir.

davamı

Darvinistlərin yaşayan fosilləri ört-basdır etməyə çalışması saxtakarlıqdır

Darvin, tədqiqatları əsnasında Ginkgo biloba (yapon gavalısı) ağacının yarpağının fosilini tapdıqda çox təəccüblənmişdi. Dövrümüzdə yaşayan bir canlının eynisi milyonlarla il əvvəlki təbəqələrdə bu günkü forması ilə mövcud idi. Nəzəriyyəsinin əsassızlığını sübut etməyə kifayət edən və Darvini, həqiqətən də, təşvişə salan bu fosil elə Darvinin özü tərəfindən “yaşayan fosil” adlandırılacaqdı.

Əgər Darvin indi yaşasaydı, şübhəsiz, bu məsələ ilə bağlı təşvişi daha çox olardı. Çünki ginkgo dövrümüzə qədər gəlib çatan yeganə yaşayan fosil deyil. Yerin təbəqələrindən çıxarılmış 350 milyondan çox fosilin bir qismini tam və mükəmməl nəsli tükənmiş canlılar, böyük əksəriyyətini isə yaşayan fosillər təşkil edir. Hal-hazırda mövcud olan növlərin böyük qisminin milyonlarla illik fosil nümunələri tapılmış və nümayiş etdirilmişdir (ətraflı məlumat üçün bax: http://paleontologiya.az/k-2-fosil-qeydlerihttp://fosilmuzeyi.com/). Dövrümüzdə yaşayan atlar, zürafələr, balıqlar, itlər, quşlar, sürünənlər hal-hazırkı formaları və görünüşləri ilə milyonlarla illik iz qoymuşlar.

davamı

GERÇƏK TƏBİƏT TARİXİ -II- (Quşlar və Məməlilər)

YER ÜZÜNDƏ minlərlə növdə quş yaşayır. Bu quşların hər biri fərqli xüsusiyyətlərə malikdir. Şahinin iti gözləri, enli qanadları və sivri caynaqları var. Kolibri quşu uzun dimdiyi ilə bitkilərin nektarını sorur. Bəziləri hər il minlərlə kilometr yol qət edərək dünyanın bir ucundan digər ucuna köç edirlər. Bütün bu quşları digər heyvanlardan ayıran çox mühüm xüsusiyyət var: uçmaq. Bioloji cəhətdən quş sinfinə daxil edilən heyvanların, demək olar ki, hamısı uçmaq qabiliyyətinə malikdir.

Bəs quşlar necə mövcud olmuşdur?

Təkamül nəzəriyyəsi quşların mənşəyinə dair uzun ssenari ilə açıqlama verməyə çalışır: bu ssenariyə əsasən, quşların əcdadları sürünənlərdir. Quşlar dövrümüzdən təqribən 150-200 milyon il əvvəl bu sürünən əcdadlarından ayrılmışlar. İlk quşlar uçma qabiliyyəti zəif olan məxluqlar olublar. Ancaq təkamül prosesi əsnasında bu ibtidai quşların pulcuqlarla örtülü qalın dəriləri yerini uçmaq üçün istifadə etdikləri lələklərə veriblər. Ön ətraflar da tamamilə lələklərlə örtülüb, artıq ayaq kimi istifadəyə yararsız hala gəlib və qanadlara çevrilib. Beləliklə, bəzi sürünənlər mərhələli təkamül prosesi nəticəsində özlərini uçmağa uyğunlaşdırıblar və dövrümüzün quşlarına çevriliblər.

Bu ssenari təkamülçü mənbələrdə elmi don geydirilərək müdafiə edilir. Ancaq bir az hərtərəfli nəzərdən keçirdikdə və elmi faktlar təhlil edildikdə ssenarinin elmi faktlara deyil, təxəyyülə əsaslandığını görmək olar.

davamı

SIÇRAYIŞLI TƏKAMÜL NƏZƏRİYYƏSİNİN ƏSASSIZLIĞI

BUNDAN ƏVVƏLKİ FƏSİLDƏ fosil qeydlərinin darvinist nəzəriyyənin fərziyyələrini açıq şəkildə təkzib etdiyini birlikdə nəzərdən keçirdik. Gördüyümüz kimi, fərqli canlı qrupları fosil qeydlərində ani surətdə ortaya çıxmış və milyon illər boyu heç bir dəyişiklik keçirmədən “sabit” qalmışdırlar. Paleontologiyanın ortaya qoyduğu bu böyük kəşf canlı növlərinin heç bir təkamül prosesi keçirmədən mövcud olduqlarını göstərir.

Bu həqiqət uzun illər boyu paleontoloqlar tərəfindən gözardı edilmiş və xəyali keçid formaların bir gün tapılacağı ümid edilmişdir. Keçən əsrin 70-ci illərində bəzi paleontoloqlar bunun yersiz ümid olduğunu və fosil qeydlərindəki boşluqların “reallıq” hesab edilməsini qəbul etdi. Ancaq sözügedən paleontoloqlar təkamül nəzəriyyəsindən əl çəkməyi qəbuledilməz düşüncə hesab etdikləri üçün bu həqiqətə təkamül nəzəriyyəsi çərçivəsində açıqlama axtarmağa çalışdılar.

davamı

« Öncəki Səhifə

axtarış