Bütün bu kitab boyu təhlil etdiyimiz məlumatlar bizə təkamül nəzəriyyəsinin heç bir elmi əsası olmadığını, əksinə, təkamülün iddialarının elmi kəşflərlə açıq şəkildə ziddiyyət təşkil etdiyini göstərir. Yəni təkamülü himayə edən güc elm deyil. Təkamül bəzi “alimlər” tərəfindən müdafiə edilə bilər, amma bunun kökündə başqa “səbəb” durur.
Həmin “səbəb” materialist fəlsəfədir. Təkamül nəzəriyyəsi materialist fəlsəfənin təbiətə tətbiq olunmuş formasıdır və bu fəlsəfənin tərəfdarları tərəfindən elmə zidd olmasına baxmayaraq, müdafiə edilir.
Təkamül nəzəriyyəsi ilə materializm arasındakı əlaqə bu anlayışların “nüfuz”ları tərəfindən də qəbul edilir. Məsələn, Lev Trotski: “Darvinin kəşfi bütün üzvi maddə sahəsində dialektikanın (dialektik materializmin) ən böyük zəfəri oldu”, -deyə şərh vermişdir.388 Təkamülçü bioloq Duqlas Futuyma: “Marksın bəşəriyyət tarixini açıqlayan materialist nəzəriyyəsi ilə birlikdə Darvinin təkamül nəzəriyyəsi materializm üçün böyük pillə idi”, -deyə yazır.389 Təkamülçü paleontoloq Stiven C.Quld isə: “Darvin təbiətin mənşəyini izah edərkən çox əsaslı şəkildə materialist fəlsəfədən istifadə etdi”, -deyir.390
davamı