Category: Təkamül saxtakarlıqları

“Keçid fosil tapıldı” iddiası saxtakarlıqdır

Darvin dövründə keçid fosillərin yoxluğu həll olunacaq problem kimi görünürdü. Darvin yer üzünün təbəqələrində nəzəriyyəsini təsdiqləyəcək bircə ara keçid fosili tapılmamasını təəccüblə qarşılayır, amma yenə də onların gələcəkdə tapılacağına inanırdı. “Növlərin mənşəyi” kitabının “Nəzəriyyənin qarşısında duran çətinliklər” fəslində mövzu ilə bağlı bunları yazmışdı:

“Əgər, həqiqətən, növlər digər növlərdən tədricən törəyibsə, nə üçün saysız-hesabsız ara keçid formaya rast gəlmirik? Nə üçün bütün təbiət qarışıqlıq halında deyil, tamamlanmış və yerli-yerindədir? Saysız-hesabsız ara keçid forması olmalıdır, bəs nə üçün yer üzünün bu qədər çoxsaylı təbəqəsində tapa bilmirik… Nə üçün hər geoloji forma və hər təbəqə belə formalarla dolu deyil? Geologiya yaxşı dərəcələndirilmiş proses üzə çıxarmır və bəlkə də bu mənim nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz olacaq”.1

davamı

“Mutasiyalar təkamülə səbəb olur” iddiası saxtakarlıqdır

Mutasiyalar canlı hüceyrəsinin nüvəsində yerləşən və insana aid bütün genetik məlumatları daşıyan DNT molekulunda radiasiya və kimyəvi təsirlər nəticəsində meydana gələn yerdəyişmələr, qırılmalar və pozuntulardır. DNT-dəki məlumatlar A, T, C və G hərfləri ilə işarələnən 4 ayrı nukleotidin bir-birinin ardınca xüsusi və mənalı sırada düzülməsi ilə əmələ gəlir. Ancaq bu sırada bircə hərf səhvinin olması o quruluşu tamamilə pozur. Məsələn, uşaqlarda rast gəlinən qan xərçəngi xəstəliyi DNT-dəki hərflərdən birinin səhv olması nəticəsində üzə çıxır. Çernobıldakı radiasiya sızması və Xirosimaya atılan atom bombası nəticəsində sonrakı nəslin uşaqlarının şikəst olmalarının və ya xərçəng kimi xəstəliklərin üzə çıxmasının səbəbi də mutasiyaların orqanizmlərində əmələ gətirdiyi bu cür zərərli təsirlərdir.

Demək olar ki, bütün mutasiyalar zərərlidir və ümumiyyətlə, canlılar üçün ölümcüldür. Zərərsiz mutasiya nümunələri isə, əsasən, orqanizmə heç bir fayda verməmiş, çox halda təsirsiz qalmışdır. Elm adamları tədqiq edilmiş bütün mutasiyaların heç birinin canlının həyat prosesinə müsbət təsir etmədiyi nəticəsinə gəlmişdir.1

davamı

“Təbii seçmə təkamülə səbəb olur” iddiası saxtakarlıqdır

Darvin 19-cu əsrdə təkamül mexanizmi kimi bir məfhum irəli sürmüşdü: təbii seleksiya.

Təbii seleksiya, başqa adı ilə, təbii seçmə deməkdir. Güclü və içində mövcud olduğu şərtlərə uyğun canlıların həyatda qalacağı düşüncəsinə əsaslanır. Məsələn, şirlər tərəfindən təhlükəyə məruz qalan zebra sürüsündə daha sürətlə qaçan zebralar həyatda qalacaqlar. Təbii seleksiya, həqiqətən də təbiətdəki canlılar arasında müşahidə edilən mexanizmdir. Ancaq heç vaxt təkamülçülərin xəyal etdikləri kimi canlılara yeni xüsusiyyətlər əlavə etmə və yeni növ meydana gətirmə qabiliyyətinə malik deyil.

Bu mövzunu belə bir misalla açıqlaya bilərik: fərz edək ki, bir coğrafi ərazidə biri daha tüklü, digəri isə nisbətən qısa tüklərə malik iki bənzər it cinsi yaşayır. Əgər bu ərazidə havanın temperaturu ekoloji dəyişiklik səbəbindən əhəmiyyətli dərəcədə aşağı düşərsə, uzun tüklü itlər qısa tüklü itlərə nisbətən soyuğa daha dözümlü olacaqlar. Bunun nəticəsində də uzun tüklü itlər daha çox üstünlük qazanacaq, yəni daha çox yaşayacaq, daha çox törəyəcək və rahat qidalanacaqdır. Bir müddət sonra qısa tüklü itlərin sayı da azalar və ya bu canlılar isti ərazilərə köçə bilərlər, ya da nəsilləri tamamilə kəsilər. Yəni uzun tüklü itlər təbii seleksiya ilə seçilmiş və digər cinsə nisbətən üstünlük qazanırlar.

davamı

“Palçıqlı suda ilk hüceyrə əmələ gəlib” iddiası saxtakarlıqdır

Darvinin təkamül nəzəriyyəsinə əsasən, cansız maddələrin təsadüfən birləşməsi ilə əmələ gələn xəyali ilk hüceyrə var. Darvinizmə əsasən, hər şey bu ilk hüceyrə ilə başlayır. Bütün canlıların, kəpənəklərin, quşların, şirlərin, qartalların, balinaların, dovşanların, maralların və nəhayət texnoloji məhsullar istehsal edən, sivilizasiyalar quran, professorlar yetişdirən, kosmosa səyahət edən, laboratoriyalarda malik olduğu hüceyrələri tədqiq edən insanın da mənşəyi darvinizmə əsasən, bu xəyali ilk hüceyrədir. Darvinizmə əsasən, bu xəyali ilk hüceyrənin mənbəyi isə bir az palçıqlı su, zaman və təsadüflərdir! Darvinizm dininə əsasən, bu üç sehrli (!) və ağıllı (!) güc birləşərək Nobel mükafatına layiq görülmüş elm adamlarının XXI əsrin texnologiyasının hakim olduğu laboratoriyalarda belə düzəldə bilmədikləri, incəliklərini anlamaq üçün insanların yarım əsrdən çox müddət ərzində üzərində tədqiqatlar apardıqları olduqca mürəkkəb və mükəmməl mexanizmlərə, orqanoidlərə və kompleks quruluşa malik hüceyrəni necə olubsa, əmələ gətiriblər! Habelə bu üç möhtəşəm (!) güc birləşərək hal-hazırda yer üzündə gördüyümüz mükəmməl canlıları da meydana gətirmişdir. Darvinizm dini insanları elə bu cəfəngiyata inandırmağa çalışır.

davamı

« Öncəki Səhifə

axtarış