Ötən günlərdə yerli mətbuat orqanlarından olan “Qafqazinfo”nun internet saytında “Təkamül haqqında 6 vacib sual” başlıqlı yazı yayımlandı. Bu yazıda təkamül fərziyyəsi klassik təbliğat üsulları ilə müdafiə olunur və sanki şübhəyə yer qoymayan fakt kimi qələmə verilir. Bu cavab məqaləmizdə mövzunu 6 bənddə işləyəcək və “Qafqazinfo”nun yaydığı bu məlumatların nə dərəcədə həqiqəti əks etdirdiyini təhlil edəcəyik. “Qafqazinfo” yazır:
davamıCategory: Mediadakı iddialara cavablar
Haqq din tarixin ilk günündən bəri vardır
Tarixin və cəmiyyətin təkamülə uğraması yalanının irəli sürənlərin bir başqa yanlışlığı da cəmiyyətlərin ən vacib dəyəri olan dinin də təkamülə uğraması iddiasıdır. Bu iddia 19-cu əsrdə irəli sürülmüş, materialist və ateistlər tərəfindən coşqunluqla müdafiə edilmiş, lakin bu iddianı dəstəkləyən heç bir arxeoloji dəlil əldə edilmədiyi üçün bir spekulyasiya kimi qalmışdır.
Bəşəriyyətin daha qədim dövrlərdə, guya, “ibtidai”, yəni çoxtanrılı və qəbiləyə məxsus dinlərə inandığı, tək Allaha inanma və əsası bütün insanlara xitab etmək olan haqq dinin –hansı ki, bu din ilk insan olan hz. Adəmdən başlayaraq Rəbbimizin bəşəriyyətə vəhy etdiyi haqq dindir– sonradan ortaya çıxdığı iddiasının heç bir əsası yoxdur. Lakin bəzi təkamülçülər bu iddianı həqiqət kimi göstərməyə çalışır, bu hərəkətləri ilə böyük səhvə yol verirlər. Darvinin bioloji təkamül nəzəriyyəsi yalan olduğu kimi, ondan ilhamlanaraq inkişaf etdirilən dinlərin təkamülü nəzəriyyəsi də bir yalandır.
davamıRudiment orqan iddialarına cavab –II– hissə
1. APPENDİKS
Appendiks dərsliklərdə “rudiment” orqan nümunəsi kimi göstərilən ən məşhur orqandır. Alman təkamülçü anatomu R.Viderşeym 1895-ci ildə ortaya atdığı “rudiment insan orqanları” siyahısına appendiksi də daxil etmişdi. Appendiks, əsasən, “appendisit” kimi tanınan orqandır. Dilimizdə səhvən “appendisit” kimi tələffüz edilən bu söz, əslində, həmin orqanın iltihablanmasına verilən addır. Appendiksin bizə əcdadlarımızdan qalma orqan olması və artıq funksiyasını itirdiyi iddia edilir. Halbuki elmin inkişaf etməsilə appendiksin, əslində, orqanizmə daxil olan mikroblara qarşı mübarizə aparan limfa sisteminin bir hissəsi olduğu müəyyən edildi. Orqanizmdəki qalxanabənzər vəzi, dalaq, appendiks və sümük iliyi kimi orqanlar limfa sisteminin hissələridir.1 Bunlar orqanizmin infeksiya ilə mübarizə aparmasına kömək edir. Həmçinin təkamülçülər tərəfindən insanın əcdadı hesab edilən bəzi meymunlarda appendiks yoxdur. Rudiment orqanlar tezisinə qarşı çıxan bioloq H.Enok bu məntiqi səhvi belə ifadə edir: “İnsanların appendiksi var. Ancaq daha qədim əcdadları olan ibtidai meymunlarda appendiks yoxdur. Appendiks təəccüblü şəkildə daha ibtidai quruluşa malik məməlilərdə, məsələn, opossumlarda yenidən üzə çıxır. Elə isə təkamül nəzəriyyəsi bunu necə açıqlaya bilər?”2
davamıƏvvəlcə Türkiyə mediasında, daha sonra da yerli mediada təkamül nəzəriyyəsinin səhv başa düşülməsindən gileylənərək yazılan “Təkamül nəzəriyyəsiylə bağlı deyilən 10 SƏHV FİKİR” başlıqlı məqalə yayımlandı. Məqaləni təfərrüatlı təhlil etdikdə, mövzunun tamamilə məlumatsızlığa söykəndiyi, heç bir elmi dəlillə dəstəklənmədiyi açıq şəkildə qarşımıza çıxır.
Məqalənin ilk cümlələrini oxuyanda birinci diqqəti çəkən Darvinin dırnaqarası elmi statusunun necə bər-bəzəkli təqdim olunmasıdır. “Təbiət elmləri alimi” kimi qələmə verilən Darvin, əslində, kimdir? Qısa bir araşdırma apardıqda Darvinin, əslində, oxuduğu Edinburq Universitetini belə yarımçıq qoyan, Kembric Universitetinin ilahiyyat fakültəsini bitirdikdən sonra “Biql” gəmisi ilə səhayətə çıxan HƏVƏSKAR TƏBİƏTŞÜNAS olduğu məlum olur. Hər zamankı kimi darvinistlər müdafiə etdikləri fərziyyəni insanların gözündə böyütmək üçün fərziyyənin sahibi olan Darvini də həvəskar təbiətşünaslıqdan təbiət elmləri alimi dərəcəsinə qaldırmağa çalışırlar.
İndi isə təkamülçülərin “faktlarla əsaslanan” başlığı altında önə sürdükləri iddiaların, əslində, sadəcə söz oyunlarından başqa bir şey olmadığını həqiqi elmi dəlillərlə izah edək.
davamıErkək çardaq quşu (külbəçi) öz dişisini cəlb etmək üçün yuvasını ətrafdan topladığı parlaq əşyalarla gözqamaşdırıcı formada bəzəyir. Yuvasının dekorasiyasında sınıq şüşə və alüminium folqa qırıqları ilə yanaşı, qoyun sümüyü və siqaret qutusu üzlüyündən də istifadə edən quş bunları daima “simmetrik nizamla” yerləşdirir. Bu yolla daha gözəl yuva qurmağı bacaran quş dişini yuvasına cəlb edir, beləliklə, cütləşib öz nəslini davam etdirir.
Darvin çardaq quşundakı kimi cütləşmə davranışlarından təbii seçmə yox, “cinsi seçmə” (seksual seleksiya) anlayışı çərçivəsində bəhs etmişdir.
Cinsi seçmə cinsiyyət yoluyla çoxalan canlıların bir cinsində, xüsusilə də, erkəklərdə daha çox cütləşib daha çox nəslə sahib olmağı təmin edən fiziki xüsusiyyətlərin digər cins tərəfindən seçilməsini ifadə edir. Darvin “Növlərin mənşəyi” adlı kitabında cinsi seçmə ilə əlaqədar bu fərziyyəni irəli sürmüşdür:
“… Dişi quşların öz gözəllik standartlarına əsasən, ən xoş səsli və gözəl görkəmli erkək quşları minlərlə nəsil boyu seçməsi nəticəsində nəzərə çarpan bir təsir yaradacağından şübhə duymaq üçün heç bir səbəb görmürəm”.1
Darvinə görə,
davamıDiscovery Science TV kanalında təbii molekulların mənbəyi kimi kosmos göstərilərkən, həyatın mənbəyinin də başqa planetlər olduğu güman edilən iddiaya yer verildi. Bu məqaləmizdə həmin kimyəvi maddələrin mövcudluğunun həyat demək olmadığının üzərində dayanacaq, həyatın mənşəyini açıqlamaqdan kənar olan təkamül fərziyyəsinin lehinə dəyişdirilmiş daha bir problemi göstərəcəyik.
Kosmosda karbohidrata oxşayan kimyəvi maddələrin tapılması nə deməkdir?
Kimyəvi maddələr kainatın hər yerində meydana gələ bilər. Xüsusilə, böyük ulduzlar və dumanlıqlar (nebulalar) ağır metalların əmələ gəldiyi yüksək enerjiyə sahib xüsusi mühitdir. Kosmosda toz və qaz buludları da mövcuddur. Bu qazlar da müxtəlif kimyəvi birləşmələrin əmələ gəldiyi, atomların bir-biri ilə müxtəlif birləşmələr meydana gətirdiyi reaksiya mühitləri olaraq qarşımıza çıxır. Təkamülçülər “həyat kosmosdan gəlib” iddiasına əsas olaraq bu faktı istifadə edirlər.
Yüksək enerjili ulduzlar və dumanlıqlar (nebulalar) canlılarda da istifadə olunan molekulların təbii mənbəyidir. Bu molekulların meteorlarla Yerə daşınması isə təbii prosesdir. 1969-cu ildə
davamı“Science” jurnalı 2016-cı il oktyabr sayında təkamüllə bağlı yenə bir xəbər dərc etdi. Xəbərdə yatağan ilanlarının quyruq hissəsində yerləşən kiçik sümüklərin bu canlıların “keçmişdə malik olduqları xəyali ayaqlardan” qalma olduğu iddia edilirdi.
Əvvəlcə, onu qeyd etmək lazımdır ki, yatağan ilanlarındakı kiçik sümüklərin təkamülü sübut etdiyini iddia etmək ciddi ağıl qapanmasıdır və elmi mənada ciddi məğlubiyyətdir. Çünki iddianın əksinə, yatağan ilanlarındakı bu sümüklər quyruğa yaxın hissədə yerləşən kiçik pəncəyə oxşayan strukturlardır. Bunlar yatağan ilanı tərəfindən cütləşmək üçün və digər erkək yatağan ilanlarına qarşı özünü müdafiə etmək üçün istifadə edilən pəncəyə bənzəyən çıxıntılardır. Qətiyyən ayaqlar kimi bədən ağırlığını daşıya bilən mexaniki funksiyaya malik strukturlar deyil. Başqa sözlə, yeriməyə əlverişli quruluşları yoxdur.
davamı31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.
Yazının əvvəlində bu yazının yaradılış həqiqətinə ideoloji etiraz olaraq hazırlandığı açıq şəkildə bildirilirdi.
“Həyat necə başladı? Bəşəriyyət tarixi boyu, demək olar ki, hər kəs fövqəltəbii qüvvələrin bunu etdiyinə inanıb. Fərqli yanaşma düşünülmədi. Bu artıq düzgün deyil. Ötən əsr boyu bəzi elm adamları həyatın ilk dəfə necə ortaya çıxdığını izah etməyə çalışdılar. Öz laboratoriyalarında təsadüfi şəkildə yeni həyatı ortaya çıxarmağa cəhd etdilər. Bu günə qədər bunu bacaran olmadı, lakin uzun yol qət etdik. Bu gün həyatın mənşəyi üzərində çalışan alimlərin çoxu düzgün yolda olduqlarına əmindir, təcrübələri də bu inamlarını dəstəkləyir”.
Göründüyü kimi, darvinistlər əllərində hələ də bir sübut olmadığını lap əvvəldən etiraf edir, amma “çox yol qət etdikləri” bilgisi ilə leyhdə təəssürat yaratmağa çalışırdılar. Məlum olduğu kimi, sübut olunmamış iddiaya inanmaq elmi deyil, ideoloji yanaşmadır. Yazını qələmə alan Marşal
davamıTəkamülçü media yolu ilə insanlara təlqin edilən materialist fərziyyələrdən biri insan davranışlarının təkcə genetik amillərin təsiri ilə müəyyən edildiyi iddiasıdır. Bu iddianın tərəfdarları insanın göz rəngi kimi fiziki xüsusiyyətləri ilə yanaşı davranışlarının da genlər tərəfindən müəyyən edildiyini fərz edirlər. Davam edən genetik tədqiqatların mediada müntəzəm olaraq bu prizmadan şərh olunması laboratoriya reallıqlarına zidd, xurafat tipli bir sıra fikirlərin cəmiyyət içində elmi məlumat olduğu təəssüratını yaradıb. Beləliklə, “bizi insan edən amil genlərlə məhdudlaşır” kimi tanınan “gen yalanı” meydana çıxıb.
Genlər və davranışlar arasında əlaqə iddiaları əsassızdır
Gen yalanı cəmiyyətə nümayiş etdirilən üzü ilə pərdə arxasındakı əsl xarakteri baxımından böyük təzad ortaya qoyur. Qəzet oxuyan və televiziya xəbərlərini seyr edən insanlara “alkoqolizm geni”, “şizofreniya geni”, “homoseksuallıq geni” kimi xəyali anlayışların elmi təcrübələrlə sübut edilmiş həqiqətləri əks etdirdiyi təlqin edilir. Halbuki bunlar təcrübi sübutlarla təsdiqlənmiş həqiqətlər olmaqdan tamamilə uzaqdır. Bu iddiaların elm dünyasında heç bir qiyməti yoxdur. Ömürləri “saman alovu” kimidir. Bunları reklam məqsədi ilə şişirdən qəzetlərin üz qabığında işıqlandırıldıqdan qısa müddət sonra sönüb gedirlər.
davamı12.12.16 tarixində azvision.az saytında yayımlanan bir xəbərdə iddia olunur ki, qeysəriyyə doğumları insanın təkamülünə təsir edib. Xəbərdə belə yazılır:
“Alimlərin iddialarına görə, anaların qeysəriyyə üsulu ilə dünyaya uşaq gətirməsi hallarının çoxalması insanın təkamülünə təsir etməyə başlayıb.
Belə ki, 1960-cı illərdən bu yana doğum kanalına sığmayan körpələrin sayı hər min adamda 30-dan 36-ya qədər altıb. Nəticədə, çanaq sümüyü dar olduğuna görə qeysəriyyə yoluna üstünlük verən qadınların sayı da çoxalıb.
Əvvəllər doğum kanalının darlığına səbəb olan genlər anadan uşağa keçmirdi. Çünki çox vaxt bu zaman ana da, körpə də doğum əsnasında tələf olurdular. Amma indi qeysəriyyə əməliyyatı nəticəsində uşaqlıq yolu dar olan qadınlar doğuş zamanı ölmürlər. Demək, uşaqlıq yolunun darlığına səbəb olan genlər də onların övladlarına keçir”.
İlk öncə bunu vurğulamaq lazımdır ki, genetika elmindən bilgisi az olan insanları söz oyunu oynayaraq təkamülə inandırmaq məqsədilə yayımlanan bu xəbərin
davamı