Category: Mediadakı iddialara cavablar

“Bizim Yol” qəzetinin insanın balıqdan yaranması iddiasına cavab

24 may 2018-ci il tarixli “Bizim Yol” qəzetində “İnsan balıqdan yaranıb?” başlığı altında, sırf qərəzli darvinist yanaşmalara əsaslanan bir xəbər yayımlandı. Xəbərdə publika.az saytına, onun da ardınca darvinizmi tez-tez gündəmdə tutan xarici mətbuat orqanı “Business Insider”ə istinad edən qəzet bu elmi cəhətdən etibarsız mənbələrin məlumatlarını heç bir süzgəcdən keçirmədən dərc etmişdir. Daha öncə “Bizim Yol” qəzetindəki “İnsan yadplanetlidən əmələ gəlib” başlıqlı iddiaya cavabPublika.az saytının “Bu qan qrupundan olanların əcdadları insan olmayıb” başlıqlı xəbərinə cavab məqalələrimizdə bu iki yerli media orqanının Qərb mediasındakı təkamülçü xəbərləri olduğu kimi yayımladıqlarını, heç bir elmi təhlilə tabe tutmadıqlarını və bunun nəyə görə xətalı bir yanaşma olduğunu elmi dəlilləri ilə göstərmişdik. İndi isə gəlin “İnsan balıqdan yaranıb?” xəbərinin əsl məğzini araşdıraq. Xəbərdə deyilir:

“Bəzi insanların qulaqlarının üzərində olan və doğuşdan gələn dəliklər var… Təkamül araşdırmaçısı Nil Şubin xarici qulaqdakı dəliyin balıq qəlsəmələrinin təkamülündən sonra qalıq formasında qalmasını bildirib”.

davamı

“Bizim Yol” qəzetindəki “İnsan yadplanetlidən əmələ gəlib” başlıqlı iddiaya cavab

Təkamülçülər hər zaman cavab tapa bilmədikləri bütün suallar qarşısında öz təxəyyül güclərini işə salırlar. Artıq 150 ildən çoxdur ki, müxtəlif ssenarilər, rəvayətlər, absurd fikirlərlə heç bir elmi dayağı olmayan fərziyyələrini ayaq üstə saxlamağa çalışırlar. İnsanın mənşəyi də təkamülü dəstəkləyən insanların əsla cavab tapa bilmədikləri mövzulardan biridir. Əvvəlcə, 22 aprel 2018-ci il tarixində publika.az saytında, sonradan 24 aprel 2018-ci il tarixində “Bizim Yol” qəzetində çıxan “İnsan yadplanetlidən əmələ gəlib…” başlıqlı xəbər yuxarıda yazılanları bir daha təsdiq edir.

İlk öncə, onu qeyd etmək lazımdır ki, başdan sona oxuduğumuz zaman, xəbərin heç bir paleontoloji tapıntı və ya elmi kəşfə əsaslanmadığı, sadəcə fərziyyəvi fikirlər üzərində qurulduğu məlum olur. Xəbərdə insanların yadplanetlilərdən törədikləri iddia olunur. “Yadplanetli kişilər”in yer üzünə gəlmələri və buradakı 4 ayaqlı dişi meymunları insanlaşdırmaları… Bir- biri ilə ziddiyyət təşkil edən və absurd fikirlərlə dolu iddiaların, əslində, nə qədər əsassız olduğunu gəlin aydınlaşdıraq.

davamı

Publika.az saytının “Bu qan qrupundan olanların əcdadları insan olmayıb” başlıqlı xəbərinə cavab

Təkamülçü informasiya vasitələrində klassik saxtakarlıq üsullarından biri də elmi məlumatların heç bir əsas olmadan təkamüllə əlaqələndirilməyə çalışılmasıdır. Xarici medianın və sonradan yerli mətbuatın insan qanının rezus amilini təkamüllə açıqlamağa çalışması da bu tip saxtakarlıqlardandır. 14 aprel 2018-ci il tarixində publika.az və daha sonra bir çox saytlarda yayımlanan xəbərdə müəllif ilk öncə insanın primatlardan, xəyali meymunabənzər insanlardan təkamül etməsini, sanki hər kəsin bildiyi, elm tərəfindən sübut olunmuş bir həqiqət kimi qələmə verir. Halbuki başda paleontologiya olmaqla, bütün elm sahələri təkamül fərziyyəsinin bütün iddialarını təkzib etdiyi kimi, insanın təkamülü iddialarının da nə qədər elmdən kənar olduğunu ortaya qoyur. Paleontologiya elmi bizə onu göstərir ki, meymunlar həmişə meymun olaraq, insanlar da insan olaraq var olublar. Heç bir yarı meymun, yarı insan keçid növ canlı yaşamayıb. Təkamülçülər özləri də bu həqiqətin fərqindədirlər. Buna görə də keçid fosili axtarmaq ümidlərini itirərək saxta fosillər hazırlamaqla özlərinə təsəlli verirlər. Ancaq elm tərəfindən bütün bu saxtakarlıqlar ifşa olunmuşdur (məsələn, Piltdaun adamı, Nebraska adamı və s.)

davamı

Prjevalski atı “primitiv” at cinsi deyil

Bu məqalə yaradılışçı yazar Rebeka L.Holt tərəfindən qələmə alınmış araşdırmadan ixtisarla tərcümə olunmuşdur.

_________________________

“Molekuldan–madyana” təkamül Darvinin bədnam at seriyasının nominal dəyərindən daha da uzağa gedərək atçılıq sahəsinədək sirayət edir. Atın xəyali təkamülündən bir sapı dartın və beləliklə, müasir at aləminə inteqrasiya edib qəbul edilən əfsanələrdən diqqətlə toxunmuş bu bəzəkli parça əlinizdə söküləcək.

Prjevalski və təkamül təbliğatı

Prjevalski atı (Asiya vəhşi atı və ya “tax” kimi də tanınır) vətəni Monqolustan olan güclü, ekzotik at cinsidir və mühafizə səyləri nəticəsində nəsli kəsilməkdən qorunmuşdur. Prjevalski atının tarixinin böyük hissəsi elmə məlum deyil, buna görə də bu tarixə aid fərziyyələrə zəmin yaratmış olur. Beynəlxalq At Muzeyinə (International Museum of the Horse) əsasən, bu atlar keçən əsr rus səyyahı, tədqiqatçı Nikolay Prjevalski (şəkildə)

davamı

Darvinin “aşağı dərəcəli qadın” təlimi

Bir çox elmi jurnal və qəzetdə 400-dən çox məqaləsi dərc olunan, 20 kitabın müəllifi olan və darvinizmi tənqid edən fəaliyyətləri ilə tanınan Cerri Berqman “The History of Evolution’s Teaching of Women’s Inferiority” adlı məqaləsində Darvinin və onun çağdaşı olan təkamülçülərin qadınlara baxış bucaqlarını incələmiş və onların qadınları alçaldan ifadələrindən bəzilərini bir yerə yığaraq Darvinin və darvinizmin naməlum bir cəhətini təəccübləndirici dəlillərlə ortaya qoymuşdur. Burada C.Berqmanın eyni mövzuda müxtəsər qələmə alınmış bir məqaləsi tərcümə olunmuşdur.

_________________________

Təkamül nəzəriyyəsinin irqçi cəhəti yaxşı sənədləşdirilmiş və xalqa geniş miqyasda çatdırılmışdır. Lakin daha az məlum olan bir həqiqət də vardır; Çarlz Darvin də daxil olmaqla, bir çox təkamülçü, həmçinin qadınların bioloji olaraq kişilərdən daha aşağı səviyyəli olduqlarını da tədris edirdilər. Qadınlar haqqındakı görüşləri də daxil olmaqla, Darvinin ideyaları cəmiyyət üzərində çox güclü təsirə malik olmuşdur. Darvinin qadınlara qarşı münasibətinin ən təsirli göstəricilərindən biri isə (öz kuzinası Emma Vecvudla evlənməmişdən qısa bir müddət əvvəl) evlənməyin üstünlüklərini bu cür siyahıya almış olması idi: “…Daimi yoldaş (və ötmüş yaşda dost), səninlə maraqlanacaq bir kəs, sevgi və oyun obyekti – hər halda, itdən daha yaxşı bir şey. Ev və evin qayğısına qalmağa bir nəfər…”1

davamı

Pitekantrop (Yava adamı) meymundan insana keçid forma deyil

Özünü təkamül nəzəriyyəsinin dırnaqarası itkin halqasını tapmağa həsr etmiş bir anatom olan Ejen Dübua (Eugène Dubois) 1891-ci ildə İndoneziyanın Yava adasındakı Solo çayının sahilində bir kəllə qutusu qapağı tapdı. Dübua bu fosildə meymunla insan xüsusiyyətlərinin eyni anda mövcud olduğunu düşünürdü. Bir il sonra kəllə qutusu qapağını tapdığı yerdən təxminən 15 metr aralıda bud sümüyü də tapdı və insanınkına çox bənzəyən bu bud sümüyünün kəllə qutusuyla eyni bədəndən olduğu fikrinə vardı. Əlindəki iki ədəd sümüyə əsaslanaraq bu fosilin keçid forma olduğu fikrini mənimsədi və tapıntısına elmi təəssürat yaradan bir ad da verdi: Pithecanthropus erectus, yəni “dik yeriyən meymun–adam”… Xalq arasında Yava adamı kimi tanınan bu fosilin kəllə qutusu həcmi təqribən 900 sm3 olaraq hesablandı. Yaşının da 500.000 il olduğu irəli sürüldü.1

Dübua fosilin tapıldığı təbəqə olan Trinil təbəqəsinin Pleystosen və Pliosen (Üçüncü dövr) şöbələri arasındakı sərhədin altında olduğunu düşünürdü. Əsl insanların da Orta Pleystosendə təkamül etdiklərindən əmin idi. Bu səbəbdən də Dübuaya görə, Yava adamının yaşı itkin halqa olmağa olduqca münasib idi. Halbuki Dübua

davamı

“Sapiens” kitabı və Yuval Noah Hararinin təkamül tarixi yanılması

2012-ci ildə satışa çıxarılan və türk dilində ilk dəfə 2015-ci ildə nəşr edilən “Sapiens” kitabı “insan növünün qısa tarixi”ndən bəhs etdiyi iddiası ilə ortaya çıxdı. Ateist bir çox elmi və fəlsəfi yayımda olduğu kimi, bu kitab da, guya, təkamül prosesi ilə insanın tarixini izah etməyə çalışır. Kitabın adı olaraq seçilən “sapiens” sözü də insanın tarixi, siyasi və sosial cəhətlərini vurğulamaq yerinə, təkamül iddialarını önə çıxarmaq üçün şüurlu şəkildə seçilmişdir. Yerusəlim Yəhudi Universitetində tarix üzrə professor olan Hararinin yazdığı bu kitabın tarix kitabı olmadığı çox açıqdır. Kitabda insanın dırnaqarası təkamül prosesi və davamında da sosial darvinizmdən bəhs edən ateist ideoloji təbliğatı hakimdir.

Kitab elmi cəhətdən bəşəriyyət tarixindən bəhs etdiyini iddia etsə də, əvvəldən axıra qədər hər cümləsində darvinist düşüncənin izləri görünür. Kitabda darvinizm elmi dəlillər təqdim edilmədən, şübhə yoxmuş kimi oxucuya təqdim olunur. Bu məhdudiyyət üzərində formalaşdırılan “bəşər tarixinin inkişafı” sanki nağıl kimi canlandırılır. Kitab tarixi kitab xüsusiyyəti daşımır və heç bir elmi sübutu olmayan təkamülçü məntiqə əsaslandığı üçün biologiya elmi nöqteyi-nəzərdən də elmi dəyəri yoxdur. Müəllifin ateist düşüncə tərzi ilə yazdığı kitab fəlsəfə kitabından başqa bir şey deyil.

davamı

Zoologiya İnstitutunun direktoru Elman Yusifovun modern.az saytına verdiyi müsahibəsinə cavab

28 noyabr, 2017-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru Elman Yusifov modern.az saytına müsahibə verib. Bu müsahibə zamanı bəzi qərəzli və bir-biri ilə ziddiyət təşkil edən fikirlər səsləndirən Elman Yusifovun çıxışlarını və bu çıxışların nə qədər elmi mahiyyət daşıyıb-daşımadığını sizlərə təqdim edirik.

Yusifov ilk olaraq “Bioloji müxtəlifliyi yaradan nədir?” sualına “Bioloji müxtəlifliyin olması həmin ərazilərdəki mühitdən asılıdır. Bəzi canlılar soyuq temperaturda yaşayır, bəziləri isti. Ya da bəziləri suda, bəziləri səhra rejimində yaşayır”, – deyə cavab verir.

Elman Yusifov Avropa insanlarının daha açıq dərili və göygözlü olmalarını, Saxara ərazilərində yaşayan insanların Hindistanda yaşayanlardan daha fəqli olmalarını uzun illər boyu iqlim şəraitinin növün formalaşmasına təsirindən olduğunu iddia edir.

Ancaq 14 il Zoologiya İnstitutunda şöbə müdiri vəzifəsində işləmiş, 40-a yaxın bioloji müxtəlifliyə dair məqalənin, ekologiyaya dair monoqrafiyaların müəllifi, AMEA-nın Zoologiya İnstitutunun direktoru və biofizik Elman Yusifov bilməli idi ki, canlıların genetik məlumatına heç bir şəkildə ətraf mühit təsir göstərə bilmir. Yəni canlıların müxtəlifliyinin mənşəyinin onların yaşadığı mühitlə əlaqəsi yoxdur.

davamı

İnsanla şimpanze arasında 99% genetik oxşarlıq YALANI

İlk dəfə 1975-ci ildə insanla şimpanzenin sadəcə 1% genetik fərqi olduğu iddiası gündəmə gəlmişdi. O vaxtlar hələ insan genomunun (2001) və şimpanze genomunun (2005) tam surəti çıxarılmamışdı. Ancaq təkamülçülər qəsdən bir-birlərinə oxşayan bir neçə geni (məs., hemoqlobin genləri) müqayisə edib belə nəticəyə gəlmişdilər. Bu oxşatma prosesi bu günə qədər davam edir. Bəs bu “oxşarlığın” əsl mahiyyəti nədir?

İnsan genomu təxminən 3 milyard hərfdən (nukleotiddən) ibarətdir. Hətta 1%-lik fərq iddiasının doğru olduğu qəbul edilsə belə, bu, 30 milyon hərf fərqi mənasına gəlir. 30 milyon hərflə 30 cildlik kitab yazıla biləcəyini düşünsək, mətbuatda təkamülçülərin tez-tez dilə gətirdiyi və çox cılız görünən “bir faiz”in nə qədər nəhəng məlumat fərqinə bərabər olduğunu asanlıqla görə bilərik.

İndi isə gəlin insanla şimpanze arasındakı real fərqlərə nəzər salaq. 2007-ci ildə nüfuzlu “Science” jurnalında “Müqayisəli fərqlər: 1% əfsanəsi” adlı məqalə yayımlandı. Məqalənin müəllifi Con Kohen tez-tez təkrarlanan bir faizlik fərq məsələsini tədqiq edir və şimpanze genomunun nəşrinə istinadən, əslində, ortada 5% fərq olduğunu üzə çıxarır.1 (Lakin Kohenin bu araşdırması görməzdən gəlindi, 2012-ci ildə yenə eyni jurnalda 1%-lik fərqdən bəhs olunurdu).

davamı

Rudiment orqan iddialarına cavab –II– hissə

Rudiment orqan iddialarına cavab –I– hissə

1. QULAQ ƏZƏLƏLƏRİ

Başımızın iki tərəfində hər qulağımızın 3 xarici əzələsi vardır – auricularis superior, auricularis anteriorauricularis posterior əzələləri. Bəzi insanlar qulaqlarını xaricdən görünən şəkildə hərəkət etdirə bilmirlər, bəziləri isə hərəkət etdirə bilirlər. Çarlz Darvin özü “İnsanın mənşəyi və cinsi seçmə” kitabında bu mövzuya toxunmuş və insanla onun bəzi “meymunabənzər əcdadları”nın digər məməlilərdəki qulaqları hərəkət etdirmək qabiliyyətlərini itirdiyini iddia etmişdir.1 O, bunu iri meymunlar və insanların başlarını üfüqi müstəvidə hərəkət etdirmək və hər istiqamətdən gələn səsi tuta bilmək qabiliyyətləri ilə izah edirdi. Bəs nəyə görə təkamülçülər makakalar (Macaca) və digər bəzi meymunların başlarını üfüqi müstəvidə hərəkət qabiliyyətləri ilə birlikdə, digərlərindən daha yaxşı inkişaf etmiş qulaq əzələlərinə də malik olduqlarını2 qeyd etmirlər? Bu, təkamül hekayəsini danışarkən əks-dəlillərin necə görməzdən gəlindiyini sübut edir. İddia olunur ki, bu əzələlər qulaqlarını müxtəlif istiqamətlərə hərəkət etdirib səsləri tutmağı bacaran əcdadlarımızdan qalıb. Əslində, qulaq seyvanımız (lat. auricula), onsuz da, bu funksiyanı yerinə yetirir – səsi tutmaq və istiqamətini müəyyənləşdirmək. Həmçinin tədqiqatlar göstərmişdir ki, arxa tərəfdən qəfil səs gəldikdə,

davamı

Sonrakı Səhifə »

axtarış