Month: İyun 2018

“Bizim Yol” qəzetinin insanın balıqdan yaranması iddiasına cavab

24 may 2018-ci il tarixli “Bizim Yol” qəzetində “İnsan balıqdan yaranıb?” başlığı altında, sırf qərəzli darvinist yanaşmalara əsaslanan bir xəbər yayımlandı. Xəbərdə publika.az saytına, onun da ardınca darvinizmi tez-tez gündəmdə tutan xarici mətbuat orqanı “Business Insider”ə istinad edən qəzet bu elmi cəhətdən etibarsız mənbələrin məlumatlarını heç bir süzgəcdən keçirmədən dərc etmişdir. Daha öncə “Bizim Yol” qəzetindəki “İnsan yadplanetlidən əmələ gəlib” başlıqlı iddiaya cavabPublika.az saytının “Bu qan qrupundan olanların əcdadları insan olmayıb” başlıqlı xəbərinə cavab məqalələrimizdə bu iki yerli media orqanının Qərb mediasındakı təkamülçü xəbərləri olduğu kimi yayımladıqlarını, heç bir elmi təhlilə tabe tutmadıqlarını və bunun nəyə görə xətalı bir yanaşma olduğunu elmi dəlilləri ilə göstərmişdik. İndi isə gəlin “İnsan balıqdan yaranıb?” xəbərinin əsl məğzini araşdıraq. Xəbərdə deyilir:

“Bəzi insanların qulaqlarının üzərində olan və doğuşdan gələn dəliklər var… Təkamül araşdırmaçısı Nil Şubin xarici qulaqdakı dəliyin balıq qəlsəmələrinin təkamülündən sonra qalıq formasında qalmasını bildirib”.

davamı

“Bizim Yol” qəzetindəki “İnsan yadplanetlidən əmələ gəlib” başlıqlı iddiaya cavab

Təkamülçülər hər zaman cavab tapa bilmədikləri bütün suallar qarşısında öz təxəyyül güclərini işə salırlar. Artıq 150 ildən çoxdur ki, müxtəlif ssenarilər, rəvayətlər, absurd fikirlərlə heç bir elmi dayağı olmayan fərziyyələrini ayaq üstə saxlamağa çalışırlar. İnsanın mənşəyi də təkamülü dəstəkləyən insanların əsla cavab tapa bilmədikləri mövzulardan biridir. Əvvəlcə, 22 aprel 2018-ci il tarixində publika.az saytında, sonradan 24 aprel 2018-ci il tarixində “Bizim Yol” qəzetində çıxan “İnsan yadplanetlidən əmələ gəlib…” başlıqlı xəbər yuxarıda yazılanları bir daha təsdiq edir.

İlk öncə, onu qeyd etmək lazımdır ki, başdan sona oxuduğumuz zaman, xəbərin heç bir paleontoloji tapıntı və ya elmi kəşfə əsaslanmadığı, sadəcə fərziyyəvi fikirlər üzərində qurulduğu məlum olur. Xəbərdə insanların yadplanetlilərdən törədikləri iddia olunur. “Yadplanetli kişilər”in yer üzünə gəlmələri və buradakı 4 ayaqlı dişi meymunları insanlaşdırmaları… Bir- biri ilə ziddiyyət təşkil edən və absurd fikirlərlə dolu iddiaların, əslində, nə qədər əsassız olduğunu gəlin aydınlaşdıraq.

davamı

axtarış