Təkamülçü informasiya vasitələrində klassik saxtakarlıq üsullarından biri də elmi məlumatların heç bir əsas olmadan təkamüllə əlaqələndirilməyə çalışılmasıdır. Xarici medianın və sonradan yerli mətbuatın insan qanının rezus amilini təkamüllə açıqlamağa çalışması da bu tip saxtakarlıqlardandır. 14 aprel 2018-ci il tarixində publika.az və daha sonra bir çox saytlarda yayımlanan xəbərdə müəllif ilk öncə insanın primatlardan, xəyali meymunabənzər insanlardan təkamül etməsini, sanki hər kəsin bildiyi, elm tərəfindən sübut olunmuş bir həqiqət kimi qələmə verir. Halbuki başda paleontologiya olmaqla, bütün elm sahələri təkamül fərziyyəsinin bütün iddialarını təkzib etdiyi kimi, insanın təkamülü iddialarının da nə qədər elmdən kənar olduğunu ortaya qoyur. Paleontologiya elmi bizə onu göstərir ki, meymunlar həmişə meymun olaraq, insanlar da insan olaraq var olublar. Heç bir yarı meymun, yarı insan keçid növ canlı yaşamayıb. Təkamülçülər özləri də bu həqiqətin fərqindədirlər. Buna görə də keçid fosili axtarmaq ümidlərini itirərək saxta fosillər hazırlamaqla özlərinə təsəlli verirlər. Ancaq elm tərəfindən bütün bu saxtakarlıqlar ifşa olunmuşdur (məsələn, Piltdaun adamı, Nebraska adamı və s.)
davamı