28 noyabr, 2017-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru Elman Yusifov modern.az saytına müsahibə verib. Bu müsahibə zamanı bəzi qərəzli və bir-biri ilə ziddiyət təşkil edən fikirlər səsləndirən Elman Yusifovun çıxışlarını və bu çıxışların nə qədər elmi mahiyyət daşıyıb-daşımadığını sizlərə təqdim edirik.
Yusifov ilk olaraq “Bioloji müxtəlifliyi yaradan nədir?” sualına “Bioloji müxtəlifliyin olması həmin ərazilərdəki mühitdən asılıdır. Bəzi canlılar soyuq temperaturda yaşayır, bəziləri isti. Ya da bəziləri suda, bəziləri səhra rejimində yaşayır”, – deyə cavab verir.
Elman Yusifov Avropa insanlarının daha açıq dərili və göygözlü olmalarını, Saxara ərazilərində yaşayan insanların Hindistanda yaşayanlardan daha fəqli olmalarını uzun illər boyu iqlim şəraitinin növün formalaşmasına təsirindən olduğunu iddia edir.
Ancaq 14 il Zoologiya İnstitutunda şöbə müdiri vəzifəsində işləmiş, 40-a yaxın bioloji müxtəlifliyə dair məqalənin, ekologiyaya dair monoqrafiyaların müəllifi, AMEA-nın Zoologiya İnstitutunun direktoru və biofizik Elman Yusifov bilməli idi ki, canlıların genetik məlumatına heç bir şəkildə ətraf mühit təsir göstərə bilmir. Yəni canlıların müxtəlifliyinin mənşəyinin onların yaşadığı mühitlə əlaqəsi yoxdur.
davamı