Month: Sentyabr 2017

Təkamülçü ekoloq Elçin Sultanovun təkamül fərziyyəsini qərəzli təbliğat üsullarına cavab

Təkamülçülərə Cavab saytı fəaliyyətə başladığı gündən etibarən bir çox ateist-materialist və darvinist dairələri məyus edib və edir. Bunun ən yaxşı göstəricisi də son vaxtlar ateist-darvinist meyilli kütləvi informasiya vasitələrinin öz təkamül dinlərini “birtəhər” xilas etmək cəhdləridir. Lakin onları məyus etməyə davam edəcəyik ki, cəmiyyətimizə saxta din olan darvinizm “elm” adı altında yeridilməsin.

Azərbaycanlı ornitoloq və ekoloq Elçin Sultanov 12 sentyabr, 2017-ci il tarixində modern.az saytına verdiyi müsahibəsində oxucuya, sanki təkamül fərziyyəsini düşdüyü dərin quyudan çıxartmağa çalışırmış kimi bir təəssürat bağışlayır. Bunun səbəbi bu gün Azərbaycanda təkamül dininin elmi, fikri üsullarla süpürülüb atılmış olmasıdır. Elçin Sultanov və digərlərinin bu son cəhdləri isə təkamül dininin qarşısıalınmaz sonunu dəyişməyəcəkdir.

Əvvəlcə, müsahibə üçün seçilmiş sərlövhəyə nəzər salaq: “Ancaq kəmsavad adamlar təkamülü inkar edə bilər”. Belə bir dözümsüz və ehkamçı başlığın seçilməsi isə heç də təəccüblü deyildir. Çünki bu, qərəzsiz bir jurnalistin obyektiv bir alimdən aldığı müsahibə deyil. Hər iki müsahib – Elçin Sultanov da, jurnalist Aqşin Kərimov da materialist mövqedə duran insanlardır. Ona görə daha doğru olardı ki, bu müsahibəni belə adlandıraq: “iki ateistin söhbəti”. Doğrudan da mı, “ancaq kəmsavad adamlar” təkamül fərziyyəsini inkar edə, ona qarşı çıxa bilərlər? Bunu iddia edən bir insan, həmçinin aşağıda adlarını sadaladığımız görkəmli alimləri də “kəmsavad” adlandırır (!):

davamı

Darvinist diktaturanın məhv etdiyi alimlərdən biri – Nikolay Vavilov

Darvinist diktaturanın məhv etdiyi ilk alimlərdən biri SSRİ-nin akademiki olmuş – məşhur bioloq, genetik, seleksiyaçı Nikolay Vavilovdur.

Stalin genetika elmini qətiyyətlə rədd etmiş, təkamül fərziyyəsinin vurğunu olmuş, Lamarkın “qazanılmış xüsusiyyətlərin sonrakı nəsillərə ötürülməsi” fikrinə möhkəm sarılmışdır (hətta bu barədə məqalələri də olmuşdur). Həqiqi elm sahəsi olan genetika elmini müdafiə etmiş bioloq, genetik, seleksiyaçı, SSRİ Genetika İnstitutunun direktoru olmuş akademik Nikolay Vavilov isə Lamarkın “qazanılmış xüsusiyyətlərin sonrakı nəsillərə ötürülməsi” fikrinin genetik qanunlara əsasən qeyri-mümkün olduğunu hesab etmişdir. Yalnız əvvəlki nəsillərdə mövcud xüsusiyyətlərin – genlərdə artıq mövcud olan xüsusiyyətlərin nəsildən-nəslə ötürülməsinin həqiqət olduğunu qəbul etmişdir.

davamı

axtarış