Month: May 2017

“Darvinin vürokları” əfsanəsi

Bu məqalə məşhur amerikalı yaradılışçı alim, mikrobioloq Conatan Uellsin 2017-ci ildə nəşr olunan “Zombi elm: təkamülün daha çox ikonası” adlı kitabından tərcümə olunmuşdur.

_________________________

ÇARLZ DARVİN 1835-ci ildə “Biql” adlı ingilis tədqiqat gəmisinin göyərtəsində Qalapaqos adalarına səfər edərkən arealın vəhşi təbiətindən nümunələr topladı. Bunların arasında çantasına atdığı bəzi vüroklar da var idi, onların çoxunu səhv etiketləmişdi. Baxmayaraq ki, Qalapaqos vürokları Darvinin düşüncəsinə zəif təsir göstərmişdi, bir əsr sonra onları öyrənən bioloqlar onları “Darvinin vürokları” adlandırdılar və özlərindən ixtira elədilər ki, guya, Darvin vürok dimdiklərindəki müxtəlifliyi onların qida mənbələri ilə əlaqələndirib (belə bir şey olmayıb).1 Əfsanəyə görə, Darvin öz nəzəriyyəsini formalaşdırarkən vüroklardan ilham almışdı. Hərçənd elm tarixçisi Frank Salloveyə görə, “heç nə həqiqətdən bu qədər uzaq ola bilməzdi”.2

davamı

«Maddənin mütləq mövcudluğu» materialist əfsanədir

Keçmişdəki bəzi yunan filosoflarının təsirində qalan bir sıra mütəfəkkirlər materializmi son bir neçə əsrdə yenidən gündəmə gətirmişdilər. Materialistlərin ən təməl iddiası maddənin əzəli, mütləq həqiqət olması iddiası idi. Belə ki, kimyaçı Lavuazyenin “heç nə itmir və heç nə yoxdan yaranmır” şəklindəki ifadəsi kifayət qədər çox materialist üçün uzun müddət şüara çevrilmişdi.

Əlbəttə ki, maddənin mütləq həqiqət olması hər hansı dəlilə söykənməyən, əqli və vicdani cəhətdən heç bir əsası olmadığı göz qabağında olan iddiadır. Bütün kainat və içində ehtiva etdiyi hər şey «böyük partlayış» adı verilən metafizik hadisə ilə yoxdan yaradılmışdır. Əvvəla, hər an hər şey beynimizin içində hissiyyat kimi yepyeni bir şəkildə yaradılır. Gözümüzü hara çevirsək, bu, belədir. İnsanın özü, canlılar, Yer kürəsi, planetlər, ulduzlar, qalaktikalar və kainat hər an yoxdan yaradılır.

Maraqlıdır, materialistlərin digər iddiaları kimi, maddənin mütləq olması iddiası da irəliləyən elmi tədqiqatlarla təkzib edilmişdir. Elementar zərrəciklər fizikası adlı müasir fizikanın bir bölməsi bunun tamamilə səhv olduğunu izah edir.

davamı

Göz fosil qeydlərində birdən-birə üzə çıxır

Bu məqalə məşhur amerikalı yaradılışçı alim, mikrobioloq Conatan Uellsin 2017-ci ildə nəşr olunan “Zombi elm: təkamülün daha çox ikonası” adlı kitabından tərcümə olunmuşdur.

_________________________

Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi.

Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi. Trilobitlər müasir həşəratları və xərçəngkimiləri (krevetlər kimi) özündə cəmləşdirən buğumayaqlılar tipinin nəsli kəsilmiş nümayəndələridir. İlk dəfə Kembri partlayışında üzə çıxanda, trilobitlərin çox hissəsi “onsuz da, ali quruluşda olan”1 fasetli gözlərə malik idi. Trilobitlər üzrə ekspert Rikkardo Levi-Settiyə görə, “trilobit göz büllurunun bəzi yeni kəşf olunmuş səciyyələri tarixən şücaətli bir funksiya optimallaşdırması nümayiş etdirir”.

davamı

Böyük materialist hekayə

Bu məqalə məşhur amerikalı yaradılışçı alim, mikrobioloq Conatan Uellsin 2017-ci ildə nəşr olunan “Zombi elm: təkamülün daha çox ikonası” adlı kitabından tərcümə olunmuşdur.

_________________________

Darvinin təbii seçmə ilə təkamül nəzəriyyəsi həyatın yaranmasından sonra necə müxtəlifləşməsi haqqında bir materialist hekayədir, ancaq Darvin bilirdi ki, onun təkamül hekayəsi həyatın mənşəyinə dair materialist izahat olmadan yarımçıq qalacaq. O, ümid edirdi ki, qədim Yer üzündəki hansısa “ilıq, balaca gölməçə”də belə bir mənşənin mümkünlüyü göstərilə bilər. Bəs həyatın mənşəyi materialistcəsinə izah oluna bilmirsə necə? Bu, yeni ­­­­–maddi olmayan– informasiya tələb edirsə necə? Həmçinin bu informasiya bir şüur tələb edirsə necə?

2009-cu il tarixli “Hüceyrədəki imza” adlı kitabında elm filosofu Stiven Meyer irəli sürür ki, bioloji molekullardakı kompleks informasiya kimyəvi birləşmələrin öz-özünə bir yerə yığılması kimi məqsədyönümlü olmayan təbii proseslərdən törəyə bilməz. Böyük miqdarda kompleks informasiyanın yeganə məlum olan mənbəyi şüurdur. Ona görə də Meyer bu nəticəyə gəlir ki, həyatın mənşəyi şüurlu dizayn tələb edir.1

davamı

axtarış