Month: Noyabr 2016

HOMOSEKSUALLIQ ANADANGƏLMƏ DEYİL, ÇİRKİN SEÇİMDİR – psixoterapevtə cavab

11 noyabr, 2016-cı il tarixində psixoterapevt Şəbnəm Sadıqova şəxsi internet saytında homoseksuallıq haqqında bir məqalə yayımladı. Məqalədə homoseksuallıq müxtəlif terminologiya ilə bəzədilərək sanki elmi əsaslı, təbii bir xarakter forması kimi təqdim edilir. Dünyanın bir çox ölkəsini cənginə almış bu çirkin əxlaqsızlığın bizim ölkəmiz üçün də ciddi bir təhlükə olduğunu, buna qarşı həm maarif, həm də qanuni cəhətdən necə etinalı olmaq lazım gəldiyini sizə çatdırmağı özümüzə borc bilirik.

İlk öncə bunu vurğulamaq lazımdır ki, homoseksuallığı müdafiə edənlərin ən çox əl atdıqları yol budur: “homoseksuallıq xəstəlikdir” və ya “homoseksuallıq anadangəlmə davranışdır”. Hər iki iddia eyni dərəcədə elmdənkənardır. Avstraliyalı müalicə işi üzrə mütəxəssis Dr. Keti Uolles bir elmi məqaləsində belə yazır:

“Bir insan Y cinsi xromosomunun olub-olmamasından asılı olaraq ya kişi, ya da qadın olaraq doğulur. Qadınlar irsən biri atalarından, digəri analarından olmaqla, iki X xromosomuna sahib olurlar. Kişilər isə həmişə atalarından gələn bir Y xromosomuna və həmçinin analarından gələn bir X xromosomuna sahibdirlər. Buna görə də qadınlar XX, kişilər isə XY-dirlər… Bizim hər birimiz atamızdan ya X, ya da Y xromosomu almışıq və biz bioloji olaraq ya kişi, ya da qadınıq”.

davamı

TƏKAMÜLÇÜLƏRDƏN 77 ETİRAF

1. Təkamül nəzəriyyəsinin banisi Çarlz Darvin:

“Fərqli məsafələrə fokuslanmağı tənzimləyən, müxtəlif miqdarlarda işığı içəri buraxan, sferik və xromatik yayınmaya düzəliş edən bütün misilsiz mexanizmləri ilə göz kimi bir orqanın təbii seçmə yoluyla əmələ gəlmiş ola biləcəyini düşünmək, ürəkdən etiraf edirəm ki, cəfəngiyatın pik nöqtəsidir”.1

2. 20-ci əsrin ən məşhur təkamülçülərindən biri, neodarvinizmin qurucularından olan amerikalı paleontoloq, Nyu-Yorkun Kolumbiya Universitetinin zoologiya üzrə professoru olmuş və Amerika Təbiət Tarixi Muzeyinin kuratoru işləmiş Corc Qeylord Simpson:

“Bu, bir həqiqət olaraq qalır: bütün paleontoloqlar bilirlər ki, yeni növlər, cinslər və fəsilələrin böyük hissəsi və fəsilədən də yüksək, demək olar ki, bütün yeni kateqoriyalar fosil qeydlərində birdən-birə təzahür edir və tədrici, tamamilə davamlı olan ardıcıl keçidlərdən söz gedə bilməz”.2

3. Dövrümüzün ən fəal ateist, darvinist yazıçısı, zooloq Riçard Dokinz:

“Biologiya elə mürəkkəb şeylərin təlimidir ki, müəyyən bir məqsəd üçün dizayn edilmiş təəssüratı yaradırlar”.3

davamı

axtarış