PLoS One jurnalında 7 iyun 2016-cı il tarixində dərc olunmuş məqalədə “genlərin aktivləşib-sönməsinin DNT kodlarının fiziki xüsusiyyətləri nəticəsində mutasiyalarla təkamülləşdiyi” iddia edilib. Halbuki nə DNT-nin varlığı, nə də genomun ağıllı idarə edilməsi təsadüfi proseslərlə heç vaxt açıqlana bilməyən dərəcədə kompleksdir. Əksər mərhələləri hələ aydınlaşdırılmamış olan bu idarəetmədəki möhtəşəmlik insan ağlının sərhədlərini keçir.
davamıMonth: Avqust 2016
İnstinktlərin mənşəyi
“İnstinkt” sözü təkamülçü elm adamları tərəfindən heyvanların anadangəlmə sahib olduqları bəzi davranışları xarakterizə etmək üçün istifadə olunur. Ancaq heyvanların bu instinktləri necə əldə etdikləri, instinkt ilə edilən bir davranışın ilk olaraq necə ortaya çıxdığı və bu davranışların nəsildən-nəslə necə ötrüldüyü sualı həmişə cavabsız qalmışdır. Təkamülçü genetik Qordon Ratrey Teylor “The Great Evolution Mystery” adlı kitabında instinktlərlə əlaqədar bu çıxılmaz vəziyyəti belə etiraf edir:
İnstiktiv bir davranışın ilk olaraq necə ortaya çıxdığını və bir növdə irsi olaraq necə yerləşdiyini soruşsaq, bu suala heç bir cavab tapa bilmərik.1
davamıHüceyrənin mənşəyini axtarmağın mahiyyəti
Həyatın təkamül prosesi nəticəsində formalaşdığını müdafiə edən alimlərə görə, bundan dörd milyard il əvvəl Yerin ibtidai atmosferində bəzi cansız kimyəvi maddələr reaksiyaya girmiş, ildırımların, yeraltı təkanların təsiri də buna qarışmış və təsadüfən ilk canlı hüceyrə meydana gəlmişdir. Əgər həyat təkamül nəticəsində meydana gəlibsə, onda ilk canlı hüceyrəsi mərhələlərlə necə təkamül keçirmişdir?
Bu suala cavab vermək üçün xeyli təcrübələr aparılmış, lakin həyatın təkamüllə meydana gəldiyi isbat oluna bilməmişdir. Əksinə, aparılan tədqiqatlarda ilk canlı orqanizmin təsadüfi mərhələlərlə, təkamül prosesi nəticəsində ortaya çıxmasının qeyri-mümkün olduğu sübut edilmişdir. Məsələn, Miller, Foks, Doze və s. alimlərin keçirdiyi təcrübələr uğursuzluqla nəticələnərək həyatın təsadüf məhsulu olmadığı aşkara çıxarılmışdır.
davamı