16 sentyabr, 2015-ci il tarixində “New Scientist” jurnalının internet saytında1, eləcə də bir çox mətbuat orqanında bioloq Piter Uordun (Peter Ward) Sent-Luis Vaşinqton Universitetində apardığı araşdırma ilə bağlı məqaləsi nəşr olunub. Bu məqalədə 500 milyon il əvvəl yaşamış, heç bir dəyişikliyə məruz qalmamış və bu səbəbdən, “yaşayan fosil” adlandırılan yeni tapılmış “Allonautilus scrobiculatus” adlı nautilusdan bəhs olunur.
Məqalədə bu nautilus növünün 30 il gizləndikdən sonra yenidən ortaya çıxdığı bildirilir. Burada diqqətçəkən məqam budur ki, “bu nautilusda keçmişdə yaşayan nautiluslara nisbətən bəzi fərqlər var, bu fərqlərin də son dövrlərdə qazanılmış xüsusiyyətlər olduğu” iddia edilir. İlk növbədə, bu cümlə sadəcə iddiadan ibarətdir və elmi həqiqətlərlə heç bir əlaqəsi yoxdur.
davamı