Daraqlılar (Ctenophora) təxminən 35 tipə ayrılmış heyvanlar aləminin bir tipini təşkil edir. Kembridən öncəki dövrdə- Prekembridə yaşamış ən qədim 3 tipdən biri sayılan daraqlılar bu adı 8 simmetrik sırada düzülmüş daraqşəkilli tükcüklərə sahib olduqlarına görə almışdır. Meduzalara bənzər görünüşə sahib sözügedən canlılar bu tükcüklər vasitəsilə suda irəliləyirlər. Daraqlıların beyinləri belə olmamasına baxmayaraq, okeanların zülmət qaranlıqlarında ecazkar işıq şouları yaratmağı bacarırlar1. İrəliləyən abzaslarda bəhs edəcəyimiz daha kompleks xüsusiyyətlərə malik bu yumşaq varlıqlar, görünür ki, təkamülçüləri çox narahat edən problem halına gəlmişdir. Belə ki, illərdir daraqlıların mənşəyini araşdıran təkamülçü zooloqlar heç bir həqiqi nəticəyə gəlib çıxmamış, nəhayət, ümidlərini uydurma hekayələrə bağlamışlar. Bu hekayələrin qısa bir xülasəsi də bir müddət öncə “National Geographic” Azərbaycan jurnalında yayımlandı.
davamı