Month: Oktyabr 2014

Təkamülə alternativ nəzəriyyə

Çarlz Darvin 1859-cu ildə “Növlərin Mənşəyi” kitabını yayımladığı zaman dövrün, demək olar ki, heç bir nüfuzlu alimi kitabdakı fərziyyələri ciddi qəbul etməmişdi. Darvinin təbii seçmə nəzəriyyəsini qəbul etməyən çağdaşları- Riçard Ouen, Qreqor Mendel, Lui Paster kimi daha bir çox məşhur elm adamı xüsusi yaradılışa inanırdılar.

Lakin qısa müddətdə siyasi və ideoloji maraqların himayəyə aldığı təkamül nəzəriyyəsi geniş kütlələrə mənimsədilməyə başlandı. Xüsusilə siyasətə sirayət etmiş “sosial darvinizm” ideologiyası “yaşamaq uğrunda mübarizə”ni, yəni müharibələri təşviq etdiyinə görə, 20-ci əsr diktatura rejimlərinin əlində bayraq olmuşdu. Bu sekulyar, həm də inanca məhəl qoymayan rejimlərin ideoloji əsası da məhz təkamül fərziyyəsi idi.

davamı

Neandertalların keçid forma yox, insan irqi olması ilə bağlı yeni kəşf

Neandertallar (Homo neanderthalensis) bundan 100 min il əvvəl Avropada birdən-birə üzə çıxmış və təxminən 35 min il əvvəl sürətlə və səssiz şəkildə yox olmuş və ya digər irqlərlə qarışaraq assimilyasiyaya uğramış insanlardır. Müasir insandan yeganə fərqi skeletlərinin daha güclü və kəllə sümüyünün ortasının daha hündür olmasıdır.

Neandertallar insan irqidir və bu gün bu həqiqət hər kəs tərəfindən qəbul edilir. Bəzi təkamülçü paleoantropoloqlar bu insanları uzun zaman “ibtidai növ” kimi qəbul edirdi, lakin kəşflər Neandertal insanının bu gün küçədə gəzən hər hansı “cüssəli” bir insandan fərqli olmadığını göstərir.

davamı

Təcridlər (izolyasiyalar) və növləşmə barədəki təkamülçü iddialara cavab

Təkamül nəzəriyyəsinə əsasən, canlılar təsadüflərlə əmələ gəlmiş və yenə təsadüflərlə inkişaf etmişdir. Bundan təqribən 3.8 milyard il əvvəl dünyada heç bir canlı yox ikən əvvəlcə canlı hüceyrələr, sonra çoxhüceyrəli kompleks canlılar əmələ gəlmiş və getdikcə daha mürəkkəb növlər ortaya çıxmışdır. Başqa sözlə, darvinizmə əsasən təbiətdəki bəzi amillər sadə cansız elementlərdən çox kompleks və qüsursuz dizayna malik canlılar meydana gətirmişdir.

Bu iddianı nəzərdən keçirərkən, əvvəla, təbiətdə həqiqətən belə bir gücün olub-olmadığına baxmaq lazımdır. Daha açıq desək, bu cür təkamülü həyata keçirəcək təbii mexanizmlər varmı?

davamı

axtarış