Month: Aprel 2014

Həyatın Mənşəyi və Ehtimal Nəzəriyyəsi

Həyatın mənşəyi müzakirəsinin tarixi bəlkə də elə riyaziyyatın tarixi qədər qədimdir. Çünki yaşamış və yaşayan hər bir insan “mən haradan gəlirəm?” sualını özünə vermişdir və təbii ki, bu suala cavab axtarmağa çalışmışdır. Tarix boyunca həyatın mənşəyi barədə hər cür hipotez irəli sürülmüş, hətta canlıların Ayın üzərindəki bir ağacda meyvə kimi yetişib ordan Yer kürəsinə düşdüyünə inanan insanlar belə olmuşdur. Hal-hazırda isə bioloq Duqlas Futuymanın da qeyd etdiyi kimi 1, həyatın mənşəyilə bağlı sadəcə 2 nəzəriyyə mövcuddur: təkamül və yaradılış. Çarlz Darvinin təkamül nəzəriyyəsi 20-ci əsrin sonlarından başlayaraq elm aləminin bir qism nüfuzlu şəxsiyyətləri tərəfindən təkzib edilməyə başlandı. Genetika, embriologiya, paleontologiya, biokimya kimi elm sahələrində əldə edilmiş yeni məlumat və kəşflər həyatın təkamül nəzəriyyəsinin irəli sürdüyünün əksinə təsadüflər nəticəsində əmələ gəlməyəcək qədər kompleks olduğunu ortaya qoydu. Təkamül nəzəriyyəsinə digər bir zərbə isə ən dəqiq və təkzibedilməz elm sahəsi olan riyaziyyatdan gəldi.

davamı

axtarış