Month: Mart 2014

Anspress.com saytının “Quşların yaranması bir anda olub” başlıqlı yazısına cavab

25 Fevral, 2014 tarixində anspress.com saytında “Quşların yaranması bir anda olub” başlıqlı bir yazı yayımlandı. Çingiz Rüstəmov imzası daşıyan məqalədə heç bir sübut irəli sürülməməsinə baxmayaraq təkamül nəzəriyyəsindən bir həqiqət imiş kimi bəhs edilirdi.

davamı

Saxta keçid forma – Tiktaalik roseae

2004-cü ildə Şimali Kanada, Elsmir adasındakı Devon çöküntü yataqlarını araşdıran arxeoloqlar yeni bir fosil tapıntısı əldə etdilər. Fosilə yerli xalqın dilində “dayaz su balığı” mənasına gələn “Tiktaalik” adı verildi və 375 milyon illik olduğu deyilən bu fosil təkamülçü çevrələrdə böyük bir həyəcan doğurdu. Bunun səbəblərindən biri də tapılan qalığın lap yerinə düşməsi idi: o, təkamül nəzəriyyəsinə əsasən, “balıqlardan amfibiyalara keçid dövrü”nə rast gəlmişdi…

Tiktaalik təbliğatının rəhbərliyini edən Nil Şubin də başda olmaqla, təkamülçülər bu fosili yepyeni bir ara-keçid forma olaraq bir təbliğat alətinə çevirdilər. Tiktaalik üçün şəxsi internet saytı açıldı1, hətta özlərini itirmiş təkamülçülər tiktaalikin şərəfinə “tik-tik-tik-tik, tiktaalik” misraları təkrarlanan bir mahnı belə bəstələdilər2 (!). Yerli təkamülçü mənbələrdə də israrla müdafiə edilən bu keçid forma iddiasının böyük bir təkamülçü saxtakarlığın məhsulu olduğu isə gələcəkdə məlum olacaqdı…

davamı

axtarış