Month: Yanvar 2014

Lenski təcrübəsinin təkamülü isbat etdiyi iddiasına cavab

LENSKİ TƏCRÜBƏSİ VƏ YENƏ UĞURSUZLUQ

Mendel qanunlarının kəşfindən sonra irsiyyətin qan yoluyla keçmədiyini çətin də olsa qəbul etmiş darvinistlər bunun “genlərdə meydana gələn təsadüfi faydalı dəyişikliklər” nəticəsində baş verdiyini irəli sürdülər. Bu isə əslində təkamülçülərin təxəyyül gücünün nə dərəcədə geniş olduğunun bir göstəricisi idi. Çünki bu iddiaya əsasən; 240 ayrı zülalın əmələ gətirdiyi kompleks bakteriya qamçısından tutmuş  576 meqapiksellik insan gözünə, hər biri 500 səhifədən ibarət olan 900 cildlik kitabdakı məlumatı daşıyan DNT-dən təsadüfən əmələ gəlmə ehtimalı 10 üstü 950-də 1-ə bərabər olan tək bir zülala və hal-hazırda yer üzündə yaşayan 8,7 milyon canlı növünə qədər hər şey bu təsadüfi dəyişikliklər nəticəsində ortaya çıxmışdı. Lakin, təbii ki, bu iddia da təkamülçülərin bütün iddiaları kimi elm tərəfindən təkzib edildi. İddia irəli sürüləndən sonra  təkamülçülərin yarım əsrdən çoxdur gecə-gündüz çalışmalarına baxmayaraq bir dənə belə faydalı mutasiya nümunəsi müşahidə edilmədi. Əksinə, məlum olan bütün mutasiyaların zərərli olduğu və bir çox irsi, müalicəsi belə mümkün olmayan xəstəliklərə də yol açdığı ortaya çıxdı.

davamı

Plantaris əzələsinin rudiment olması iddiasına cavab

“Rudiment orqanlar” iddiası təkamülçülərin 19-cu əsrdən qalmış və heç bir elmi dəyəri olmayan xurafatlarından biridir. Təkamülçülər canlılarda, dolayısıyla insanlarda da, “əcdadlarından qalmış və funksiyasını itirmiş orqanlar”ın olduğunu iddia etmiş və bu xəyali orqanların mövcudluğu vasitəsilə təkamülü dolayı yolla sübut edə biləcəklərini zənn etmişlər. Hələ 19-cu əsrdən bəridir yüzlərlə rudiment orqan iddiası ilə ortaya çıxmış olmalarına baxmayaraq inkişaf edən elm iddia edilən bütün orqanların bədəndə çox mühüm funksiyaları olduğunu ortaya qoymuşdur. Digər tərəfdən rudiment orqanlar iddiasında bir məntiq xətası da var idi. Belə ki, bir orqan istifadədən qalmış belə olsa o orqanın getdikcə kiçilməsi və sonda yox olması olduqca məntiqsiz idi. Çünki mutasiyalar qarşılarına məqsəd qoyaraq bir orqanı getdikcə kiçildə bilməzdilər. Bu ziddiyyətli halı Darvin özü də görmüş və “Növlərin Mənşəyi” kitabında rudiment orqanlar barədəki iddiaların çıxılmaz vəziyyətdə olduğunu belə etiraf etmişdir:

davamı

Faydalı mutasiya iddiası- CCR5-Δ32 və İddiaya Cavab

Təkamül nəzəriyyəsini dəstəkləməli olan ilk və ən vacib mexanizm faydalı mutasiyalardır. Faydalı mutasiyaların əhəmiyyətini Darvin də görmüş və “Növlərin mənşəyi” adlı kitabında belə demişdir: “Faydalı dəyişikliklər meydana gəlmədiyi müddətcə təbii seçmə heç nə edə bilməz” (1). Təkamülçülər faydalı mutasiya olmadığı halda insanla meymun kəllələri üzərində ssenarilər qurmağın, balıqların necə ayaqlanıb quruya keçdiyi barədə spekulyasiyalar irəli sürməyin heç bir mənası qalmadığını çox yaxşı bilirlər. Buna görə də sadəcə 5-10 nümunə ilə məhdud faydalı mutasiya iddiaları ilə ortaya çıxırlar. Bunların ən məşhurlarından biri isə CCR5-Δ32 (və ya CCR5 delta 32) adlanan mutasiyadır.

davamı

Tüklərin və dərialtı əzələlərin (erector pili) rudiment orqan olması iddiasına cavab

Təkamülçüləri ən çox narahat edən mövzulardan biri də bütün canlı aləmin böyük bir nizam içində qüsursuzca işləməsidir. Bütün bu mükəmməl incəlikdə və əyarda yaradılmış canlı vücudları onların spekulyativ nəzəriyyələri üçün olduqca ciddi bir təhdid əmələ gətirir. Elə bu səbəbdən də, təkamülçülər bu səfər çöküntüyə uğramış nəzəriyyələrini ayaqda saxlaya bilmək üçün bu hər detalı möcüzə olan möhtəşəm dizaynın “qüsurları” olduğunu irəli sürərək çox ucuz və gülünc bir propaqanda üsuluna əl atırlar. Bu üsul “rudiment orqanlar” iddiasından ibarətdir.

davamı

Təkamülçülərin “qayıdan qırtlaq siniri” iddiasına cavab

Bütün kainatdakı və təbiətdəki qüsursuzluq və möhtəşəm nizam materialist və darvinist fəlsəfələri daima ən çox narahat edən mövzu olmuşdur. Buna görə də, əsrlərdən bəridir içində olduqları “qüsur axtarışı” onları elmi bir kənara qoyub doqmatik inancları üçün dəlil aramağa sövq etmişdir. Bununla da, böyük elmi tərəqqilərə cığır açan Nyuton, Kepler, Qaliley, Linney, Eynşteyn kimi Allaha inanan alimlərin əksinə, materialistlərin bu boş axtarışı elmə vaxt itkisindən başqa bir şey qazandırmamışdır. Məhz bu sözügedən “qüsur axtarışı”nın təbiətə tətbiqi isə latınca adından başqa heç bir elmi dəyəri olmayan “rudiment orqanlar” iddiasıdır.

19-cu əsrin sonlarında ortaya atılan rudiment orqanlar siyahısı appendiks, büzdüm sümüyü, gözdəki ayparaşəkilli çıxıntı kimi sonradan çox mühüm funksiyaları olduğu ortaya çıxacaq olan orqanlardan ibarət idi. Elmin inkişafı ilə bütün bu orqanların bədəndəki vəzifələri ortaya qoyuldu və təkamülçülər də bunu rüsvayçılıq içində izlədilər. Amma nəzəriyyəyə doqmatik bağlılıq ucbatından darvinistlər daima yeni-yeni “rudiment orqan” iddiaları ilə ortaya çıxdılar. Bu iddialardan biri isə bir zamanlar “təkamülə dəlil” hesab edilən qayıdan qırtlaq siniri (recurrent laryngeal nerve) iddiası olmuşdu.

davamı

Uydurma əcdadımız – Euphanerops

Son dövrlərdə təkamülçülər nəzəriyyələri üçün yeni iddia axtarışında ikən 1900-cü ildə tapılmış Euphanerops longaevus adlı bir fosili yenidən araşdırmağı qərara aldılar. Bu fosil Kanadadan tapılmışdır və Üst Devon dövrünə, yəni bundan təxminən 370 milyon il öncəsinə aiddir. Fosili incələdiyimiz zaman nəsli kəsilmiş bir ilanbalığı, yəni minoqa növü olduğunu asanlıqla müşahidə edirik. Lakin təkamülçülər ön mühakimələrinə əsaslanaraq bu fosil üzərində yeni bir ssenari qurdular…

Cüt üzgəc paradoksu

Tapılmış bu fosilin ən maraqlı xüsusiyyətlərindən biri də anal üzgəcinin tək yox, cüt olması idi. Bu, bugünkü heç bir balıq növündə rast gəlinməyən bir xüsusiyyətdir. Digər bir maraqlı fakt isə, cüt anal üzgəclərə nəinki bugünkü canlılarda, tarix boyu yaşamış digər heç bir canlıda da rast gəlinməmiş olmasıdır. Bu da cüt anal üzgəclərin sadəcə eufaneropsa xas spesifik bir xüsusiyyət olduğunu göstərir. Çikaqo Universitetindən onurğalılar üzrə paleontoloq Maykl Kots bu barədə belə deyir:

“…Həmçinin bu da mümkündür ki, bunlar (cüt anal üzgəclər) sadəcə eufaneropsun sahib olduğu xüsusiləşmiş üzvlər olsun və çənəli onurğalıların təkamül tarixini heç bir şəkildə əks etdirməsin”. (1)

davamı

Saxta keçid forma – Proteroctopus ribeti

Bir sıra təkamülçü və təkamülçülərin təsiri altında olan  qaynaqlarda “Proteroctopus ribeti” adlı fosil nümunəsi keçid forması olaraq təqdim olunur. Lakin heç  bir qaynaqda hansı canlılar arasında keçid təşkil etdiyi və nə üçün keçid forma adlandırıldıqları vurğulanmır. Sadəcə bəzi təkamülçü qaynaqlarda bu fosildəki osminoqun daha ibtidai formaya sahib olduğu iddia edilir.

İndi isə gəlin bu Proteroctopus ribeti ilə tanış olaq. Proteroctopus ribeti 164 milyon il əvvələ aid bir fosildir. Orta Yura dövrünə aiddir. 1982-ci ildə, Fransanın Vult-sür-Ron bölgəsində yerli paleontologiya muzeyinin direktoru Bernard Riu tərəfindən tapılmışdır. Fosil anatomiyasının anlaşılmasına dair ətraflı araşdırmalara icazə verəcək şəkildə üçölçülü qorunub saxlanmışdı.

davamı

Saxta keçid forma – Palaeoctopus newboldi

Şəkildə təsvir olunan soldakı nümunə Vudvardın 1896-cı il nümunəsidir, Livan dağında tapılmışdır. Sağdakı nümunə isə bugünkü Sepiola atlantica adlı osminoqdur. Palaeoctopusun bugünkü osminoqlardan “daha primitiv” heç bir xüsusiyyəti yoxdur.

Palaeoctopus newboldi (sadəcə Palaeoctopus kimi də tanınır) ən birinci tapılmış fosil osminoqdur və az miqdarda fosil nümunəsi ilə tanınır. İlk əvvəl 1896-cı ildə H. Vudvard tərəfindən təsvir edilmiş və Calais newboldi adı altında nəşrə verilmişdi. Pohlsepia və Proteroctopusdan fərqli olaraq bu canlının fosilləri unikal deyillər, lakin yenə də son dərəcədə nadirdirlər. Vudvardın nümunəsindən başqa Palaeoctopusun Livanın Hacula dağı bölgəsindən tapılmış və Üst Təbaşir dövrünə aid təqribən 89-71 milyon illik bir nümunəsi də mövcuddur. İndi isə gəlin sözügedən fosili incələyək:

davamı

Ambulocetus natans: pəncələrinə pərdə keçirilən saxta balina

 

 

 

 

Xəyali balina təkamülü sxemində pakicetusdan sonra gələn ikinci fosil ambulocetus natansdır. İlk dəfə 1994-cü ildə “Elm” (Science) jurnalında dərc olunan bir məqalə ilə xəbər verilən bu fosil də təkamülçülərin zorla “balinalaşdırılmaq” istədikləri quruda yaşayan canlıdır. Ambulocetus natans termini latınca ambulate (yerimək), cetus (balina) və natans (üzmək) sözlərinin birləşməsindən əmələ gəlmişdir və “yeriyən və üzən balina” mənasını verir. Canlının yeridiyi aşkardır, çünki bütün digər quru məməliləri kimi, onun da dörd ayağı, hətta bu ayaqlara bağlı geniş pəncələri və arxa pəncələrinin ucunda dırnaqları vardır.

davamı

Yeriyən balina nağılı

Tam adı Pakicetus inachus olan bu nəsli kəsilmiş məməliyə aid fosillər ilk dəfə 1983-cü ildə gündəmə gəldi. Fosili tapan P.D.Cinceriç və köməkçiləri canlının sadəcə kəllə sümüyünü tapmalarına baxmayaraq, heç çəkinmədən onun “ibtidai balina”olduğunu iddia etdilər.

Halbuki fosilin “balina” ilə heç bir əlaqəsi yox idi. Skeleti bildiyimiz canavarlara bənzəyən dördyaqlı formada idi. Fosilin tapıldığı yer paslanmış dəmir filizinin də tapıldığı və ilbiz, tısbağa və ya timsah kimi quruda yaşayan canlıların da fosillərinin olduğu bir ərazi idi, yəni dəniz yatağı deyil, quru hissəsi idi.

Bəs dördayaqlı quru canlısı olan bu fosil nə üçün “ibtidai balina” elan edilmişdi? Sadəcə dişlərindəki və qulaq sümüklərindəki bəzi xüsusiyyətlərə görə! Halbuki bu xüsusiyyətlər pakicetus ilə balinalar arasındakı əlaqəyə dəlil ola bilməz. Canlılar arasında anatomik bənzərliklərə əsaslanaraq qurulan bu cür nəzəri əlaqələrin çoxunun olduqca məntiqsiz olduğunu təkamülçülər də qəbul edirlər. Əgər Avstraliyada yaşayan dimdikli bir məməli olan ördəkburunlar və ördəklər nəsli kəsilmiş canlılar olsaydı, təkamülçülər eyni məntiqlə (dimdik bənzərliyinə əsasən) onları da bir-birlərinin qohumu elan edəcəkdilər. Lakin əslində ördəkburun məməlidir, ördək isə quşdur və aralarında təkamül nəzəriyyəsinə əsasən də qohumluq ola bilməz.

davamı

Sonrakı Səhifə »

axtarış