Tag: darwinism

“New Scientist” jurnalının nautiluslarla bağlı iddialarına cavab

16 sentyabr, 2015-ci il tarixində “New Scientist” jurnalının internet saytında1, eləcə də bir çox mətbuat orqanında bioloq Piter Uordun (Peter Ward) Sent-Luis Vaşinqton Universitetində apardığı araşdırma ilə bağlı məqaləsi nəşr olunub. Bu məqalədə 500 milyon il əvvəl yaşamış, heç bir dəyişikliyə məruz qalmamış və bu səbəbdən, “yaşayan fosil” adlandırılan yeni tapılmış “Allonautilus scrobiculatus” adlı nautilusdan bəhs olunur.

Məqalədə bu nautilus növünün 30 il gizləndikdən sonra yenidən ortaya çıxdığı bildirilir. Burada diqqətçəkən məqam budur ki, “bu nautilusda keçmişdə yaşayan nautiluslara nisbətən bəzi fərqlər var, bu fərqlərin də son dövrlərdə qazanılmış xüsusiyyətlər olduğu” iddia edilir. İlk növbədə, bu cümlə sadəcə iddiadan ibarətdir və elmi həqiqətlərlə heç bir əlaqəsi yoxdur.

davamı

İlahiyyatçı Şahin Həsənlinin Çarlz Darvin və təkamül fərziyyəsi ilə bağlı iddialarına cavab

27/11/2015 tarixində ilahiyyatçı Şahin Həsənlinin Moderator.az saytında müsahibəsi təqdim edilmişdir. Müsahibədə Hacı Şahinin bir çox mövzuda fikirləri qeyd edilmişdir. Lakin bu məqalədə biz müsahibədəki sadəcə təkamül fərziyyəsi və Darvinlə bağlı qeyd olunan fikirlərə münasibətimizi bildirəcəyik.

Öncəliklə, bunu qeyd etmək lazımdır ki, dünyanın hər yerində ilahiyyatçıların, adətən, dünyəvi elmlərlə maraqlanmamasının fəsadları çox böyük olur.  Bu böyük fəsad, əsasən də, ateizm qarşısındakı məğlubiyyət və təslimiyyətlə nəticələnir. Son dövrlər, xüsusilə də, Türkiyədə bir çox ilahiyyatçı ateizm qarşısında qaldıqları çarəsizlikdən, acizlikdən, təslimiyyətçilikdən qaynaqlanan səbəblə, bəzən isə özlərini ateist dairələrə elmə önəm verirmiş kimi göstərmək məqsədi ilə darvinizmin, əslində, dinə zidd olmadığını və hətta Quranda da olduğunu iddia edirlər. Və beləliklə, həm qarşısında çarəsiz qaldıqları ateizm iddialarına cavab verməkdən xilas olurlar, həm də  ateistlərə də öz aləmlərində “elmə önəm verirmiş” kimi bir görüntü verdiklərini zənn edirlər. Bəzi ateistlərə bu “uzlaşma” xoş gəlsə də, ateizmin nüfuzlu adları bəzi ilahiyyatçıların bu təşəbbüslərinin bihudə olduğunu hər fürsətdə dilə gətirirlər.

davamı

Azvision.az saytındakı “Niyə yuxuda uçur və yıxılırıq?” adlı məqaləyə CAVAB

21 sentyabr 2015-ci ildə Azvision.az saytında “Niyə yuxuda uçur və yıxılırıq?- Elmi Cavab” başlıqlı bir yazı yayımlandı. Bu yazı “elmi cavab” kimi təqdim edilsə də, heç bir elmi əsası olmayan fərziyyələr bir-biri ardınca sadalanırdı. Bu cavab məqaləmizdə sözügedən fərziyyələrə əsl elmi cavabları verəcəyik.

Yazıda məşhur təkamülçü, materialist Karl Saqanın “Cənnətin əjdahaları” adlı kitabında geniş yer verdiyi “üçqatlı beyin” fərziyyəsindən bəhs olunur və başlıqda verilən sual da bu nöqteyi-nəzərdən cavablandırılmağa cəhd edilir. Halbuki elə Karl Saqanın kitabının bütöv başlığı onun iddialarının heç bir elmi dəyəri olmadığını açıq şəkildə ifadə edir: “Cənnətin əjdahaları: İnsan şüurunun təkamülü ilə bağlı spekulyasiyalar” (“The Dragons of Eden: Speculations on the Evolution of Human Intelligence”). Yəni Saqan anatomiya, fiziologiya, neyrobiologiya, antropologiya kimi elm sahələrində aparılmış uzun elmi araşdırmalardan, laboratoriya tədqiqatlarından sonra əldə edilən faktları yox, sadəcə və sadəcə öz fərziyyələrini- spekulyasiyalarını qələmə almışdır. Təbii ki, bu xəyal məhsulu ideyaları bir yerə cəmləyib bunlara iri şriftlərlə “ELMİ CAVAB” deməyin heç bir mənası yoxdur. Bu, sadəcə darvinist təbliğat üsullarından biridir.

davamı

Azvision.az saytının “Niyə pərvanə özünü oda atır?” adlı məqaləsinə cavab

Təkamül fərziyyəsinin və ateizmin təbliğatçısı olan azvision.az saytı 5 noyabr 2015-ci il tarixində “Niyə pərvanə özünü oda atır?” adlı məqalə yayımlayıb. Məqalədə güvələrin uçarkən təbii işıq mənbələrini istinad olaraq seçdiyi və bu səbəbdən, eyni bucaq altında hərəkət etdiyi, ancaq şam işığı kimi süni işıq mənbələrini hesablaya bilmədikləri, nəticədə daralan spiralvari uçuş səbəbindən şam işığında özlərini tələf etdiyindən yazılır. Məqalədə iddia olunur ki, güvələr ilk yarandığı dövrdə sadəcə təbii işıq mənbələri var idi, şam işığı kimi insanlar tərəfindən meydana gətirilən süni işıq mənbələri isə yox idi, bu səbəbdən, guya təkamül (!) güvələrə yeni xüsusiyyət əlavə edə bilməyib. Yeni xüsusiyyət əlavə olunmadığı üçün güvələr spiral dövrlər edərək şam işığında yanırlar.

Azvision.az-ın bu iddiası tamamilə abstrakt hekayəyə əsaslanır. Əvvəla,

davamı

“National Geographic” jurnalının Oktyabr, 2015 sayında yol verilən xətalar

TƏKAMÜLÇÜLƏRİN ƏN SON ÜMİDİ- HOMO NALEDI

Ötən günlərdə National Geographic Azərbaycan, BBC Azərbaycanca, Azadlıq Radiosu kimi yerli mətbuatda həyəcanla təqdim edilən yeni fosil tapıntıları yenə təkamülçülərin əlində oyuncağa çevrilmişdir. Cənubi Afrika Respublikasındakı mağaralardan birindən tapılmış 1550-ə qədər ayrı-ayrı fosil parçaları təkamülçülərin istək və arzularına əsasən bir yerə yığılaraq “ən qədim əcdadımız” kimi ictimaiyyətə təqdim edilmişdir. Bunlar təkamülçülərin son çırpıntılarıdır. Təkamülçülər ən son ümidləri olan İda, ArdiAustralopithecus deyiremeda kimi fosillərin puç çıxmasından sonra əlacsız qalmış, ən saxtakar yollara baş vurmalarına baxmayaraq yenə də bir nəticə ala bilməmişlər. Yeni üzə çıxardıqları və Homo naledi adı verdikləri sümüklər isə, həqiqətdən daha çox təkamülçülərin heç cür gerçəkləşməyən xəyallarının bir ifadəsidir. Ötən ay Təkamülçülərə Cavab saytı Homo naledi haqqındakı iddialara

davamı

Nitqin mənşəyi: təkamül fərziyyəsinin paradoksu

Biz danışarkən fikirlərimizi nitq sayəsində nizamlı qəliblər və qarşı tərəfin anladığı mənalı ifadələrlə çatdırırıq. Bunların hər biri olduqca ixtisaslaşmış əzələ hərəkətləri və söz sıralaması tələb etdiyi halda, biz bunlara diqqət ayırmırıq. Biz sadəcə söhbəti “arzulayırıq”. 100-ə yaxın əzələnin uyğun şəkildə yığılıb-açılaraq səslər, hecalar və sözlər çıxarması və mübtəda, xəbər, zərflik kimi üzvlərin uyğun zamanda işlədilməsi nəticəsində qarşı tərəfin başa düşdüyü cümlələr ortaya çıxır. Bu qədər kompleks mərhələlərə əsaslanan bir istedadı istifadə etmək üçün bizim “arzulamaq”dan başqa, demək olar ki, heç bir şey etməməyimiz, nitqin bioloji formalarla məhdud istedad olmadığını açıq şəkildə göstərir.

İnsanın danışıq bacarığı təkamül prosesinin xəyali zərurətləri və ya xəyali mexanizmləri ilə izah oluna bilməyən olduqca mürəkkəb qabiliyyətdir. Təkamülçülər çox çalışsalar da, kompleks bir istedad olan nitqin sadə heyvani ünsiyyət formalarından  təkamül keçirdiyi iddialarına dəlil göstərməkdə tamamilə uğursuz olublar.

davamı

Xəyali dinozavr-quş iddialarına cavablar

Keçid forma olaraq iddia olunan ƏSL QUŞLAR:

1. ARXEOPTERİKS (Archaeopteryx)

Təkamülçülərin teropod dinozavrlarından quşlara keçid forma hesab etdikləri 150 milyon il yaşı olan bu məşhur fosilin, əslində, bütün xüsusiyyətlərilə tam bir quş olduğu məlum olmuşdur1. Təkamülçülər öncələr bu fosilin döş sümüyü (sternum) olmadığını, buna görə də uça bilmədiyini önə sürmüş, lakin 1992-ci ildə tapılmış 7-ci (Münxen) arxeopteriks nümunəsində döş sümüyünün olduğu məlum olmuşdur2. Bundan əlavə, arxeopteriks müasir quşlarınkından fərqsiz olan asimmetrik lələk quruluşuna malik idi3. Təkamülçülərin irəli sürdüyü digər iddialar arxeopteriksin ön ətraflarında caynaqlara və dişlərə sahib olmasıdır. Lakin bu iddialara da elm adamları tərəfindən təfsilatlı cavablar verilmişdir. Caynaqların bu gün yaşayan dəvəquşu, mahmızquşu, hoazin kimi quşlarda da mövcud olduğu4, arxeopteriksin diş strukturunun isə teropod dinozavrlarınkından olduqca fərqli olduğu üzə çıxmışdır. Arxeopteriksin və digər dişli quşların dişlərinin üstü düzdür və kökləri genişdir. Lakin bu quşların əcdadı olduğu iddia edilən teropod dinozavrlarının dişlərinin üstü mişar kimi çıxıntılıdır və kökləri də dardır.5 Arxeopteriksin sahib olduğu uzun quyruq da onu keçid forma etmir, çünki

davamı

Təkamülçülərin “Homo naledi” ssenarisi puç çıxdı

 

Keçən həftələrdə bir çox yerdə Homo naledi adlandırılmış bir fosilin insanın əcdadı olduğunu iddia edən xəbərlərə yer verildi. Çəkilən portretlər, yazılan hekayələr onun yarıinsan-yarımeymun olduğu iddiasını zehinlərə yerləşdirmək məqsədi güdürdü. Bəs insanabənzər kimi qələmə verilən bu fosil əslində nədir, bu iddiaların elmi əsasları varmı?

Bu yazımızda meymun sümüklərinin darvinistlər tərəfdən necə təbliğat alətinə çevrildiyinə bir daha şahid olacağıq.

TƏKAMÜL NAĞILININ SONU GƏLMƏYƏN “ƏCDAD” PROBLEMİ

Homo naledi Cənubi Afrikada, bir mağaranın dərinliklərində tapılmış dağınıq vəziyyətdəki 1550 sümük parçasından seçilərək bir yerə yığılan skeletdir.1 Uşaq və yetkin olmaqla 15 ayrı fərdə aid olduğu düşünülən irili-xırdalı sümüklər anatomik olaraq məntiqi formada düzülməyə cəhd olunmuşdur.

davamı

“National Geographic”in “İnamsızlıq dövrü” məqaləsində yaradılışçılığı tənqidlə bağlı hissəyə cavab

Bu məqaləmizdə “National Geographic Azərbaycan” jurnalında dərc olunmuş “Elmə qarşı skeptisizm” mövzusu əsasında hazırlanan “İnamsızlıq Dövrü” yazısının bəzi məqamlarını təhlil edəcəyik. Daha əvvəl jurnalda dərc olunan təkamül nəzəriyyəsini dəstəkləyən istiqamətdəki materialların elmi cəhətdən doğru olmadığını etibarlı mənbələrə istinad edərək sübut etmişik. Ona görə də, “National Geographic Azərbaycan” jurnalının bu mövzudakı cəhdləri uğursuz qiymətləndirilir. İndi isə yuxarıda adını çəkdiyimiz yazıdakı söz oyunlarına və elmi yanlışlıqlara bir-bir aydınlıq gətirək.

Elmə skeptik yanaşma nə deməkdir? Skeptisizm və yaxud şübhəçilik hər cür məlumata şübhə ilə yanaşan, hər hansı bir fikrin nədən yarandığını, sübutunu tələb edən, həmçinin

davamı

İrqlərin müxtəlifliyi nə üçün təkamülə dəlil deyil?

Ötən il media gündəmində qalmış qaradərili nigeriyalı qadının ağdərili uşaq dünyaya gətirməsi hadisəsi milyonda bir ehtimal olsa belə, elm tərəfindən çox sadə şəkildə izahını tapır. İngiltərənin Milton-Kins şəhərində Nigeriya əsilli qaradərili bir qadın ilə ağdərili ingilis olan həyat yoldaşın yaşıl gözlü, ağdərili uşaqları dünyaya gəlmişdi.1

Həyat yoldaşı Riçard Hovart ağdərili bir ingilis olmasına baxmayaraq, 32 yaşındakı Katerin Hovartın “tamamilə ağdərili irqdən” bir uşaq  dünyaya gətirməsini mütəxəssislər “milyonda bir ehtimal” adlandırıblar. “Daily Mirror” qəzetinə müsahibə verən cütlük 1 iyunda dünyaya gələn oğulları Conahın “dəri rəngini heç diqqətə almadıqlarını, maraqlandıqları yeganə məsələnin onun sağlam olması” olduğunu söyləyiblər. Təəccüblü ana: “bəzi uşaqların doğumdan sonra dəri rəngi dəyişir, amma Conahda belə bir şey olmadı. Həkimlər mənə resessiv bir gen daşıdığımı, övladımın buna görə ağdərili olduğunu söylədi. Ancaq bütün ailəm Nigeriyadadır və bildiyim qədərilə, nəslimdə bir dənə də olsun ağdərili yoxdur”,- deyib.

davamı

Sonrakı Səhifə »

axtarış