Tag: anatomiya

Azvision.az saytındakı “Niyə yuxuda uçur və yıxılırıq?” adlı məqaləyə CAVAB

21 sentyabr 2015-ci ildə Azvision.az saytında “Niyə yuxuda uçur və yıxılırıq?- Elmi Cavab” başlıqlı bir yazı yayımlandı. Bu yazı “elmi cavab” kimi təqdim edilsə də, heç bir elmi əsası olmayan fərziyyələr bir-biri ardınca sadalanırdı. Bu cavab məqaləmizdə sözügedən fərziyyələrə əsl elmi cavabları verəcəyik.

Yazıda məşhur təkamülçü, materialist Karl Saqanın “Cənnətin əjdahaları” adlı kitabında geniş yer verdiyi “üçqatlı beyin” fərziyyəsindən bəhs olunur və başlıqda verilən sual da bu nöqteyi-nəzərdən cavablandırılmağa cəhd edilir. Halbuki elə Karl Saqanın kitabının bütöv başlığı onun iddialarının heç bir elmi dəyəri olmadığını açıq şəkildə ifadə edir: “Cənnətin əjdahaları: İnsan şüurunun təkamülü ilə bağlı spekulyasiyalar” (“The Dragons of Eden: Speculations on the Evolution of Human Intelligence”). Yəni Saqan anatomiya, fiziologiya, neyrobiologiya, antropologiya kimi elm sahələrində aparılmış uzun elmi araşdırmalardan, laboratoriya tədqiqatlarından sonra əldə edilən faktları yox, sadəcə və sadəcə öz fərziyyələrini- spekulyasiyalarını qələmə almışdır. Təbii ki, bu xəyal məhsulu ideyaları bir yerə cəmləyib bunlara iri şriftlərlə “ELMİ CAVAB” deməyin heç bir mənası yoxdur. Bu, sadəcə darvinist təbliğat üsullarından biridir.

davamı

“National Geographic” jurnalının Oktyabr, 2015 sayında yol verilən xətalar

TƏKAMÜLÇÜLƏRİN ƏN SON ÜMİDİ- HOMO NALEDI

Ötən günlərdə National Geographic Azərbaycan, BBC Azərbaycanca, Azadlıq Radiosu kimi yerli mətbuatda həyəcanla təqdim edilən yeni fosil tapıntıları yenə təkamülçülərin əlində oyuncağa çevrilmişdir. Cənubi Afrika Respublikasındakı mağaralardan birindən tapılmış 1550-ə qədər ayrı-ayrı fosil parçaları təkamülçülərin istək və arzularına əsasən bir yerə yığılaraq “ən qədim əcdadımız” kimi ictimaiyyətə təqdim edilmişdir. Bunlar təkamülçülərin son çırpıntılarıdır. Təkamülçülər ən son ümidləri olan İda, ArdiAustralopithecus deyiremeda kimi fosillərin puç çıxmasından sonra əlacsız qalmış, ən saxtakar yollara baş vurmalarına baxmayaraq yenə də bir nəticə ala bilməmişlər. Yeni üzə çıxardıqları və Homo naledi adı verdikləri sümüklər isə, həqiqətdən daha çox təkamülçülərin heç cür gerçəkləşməyən xəyallarının bir ifadəsidir. Ötən ay Təkamülçülərə Cavab saytı Homo naledi haqqındakı iddialara

davamı

Nitqin mənşəyi: təkamül fərziyyəsinin paradoksu

Biz danışarkən fikirlərimizi nitq sayəsində nizamlı qəliblər və qarşı tərəfin anladığı mənalı ifadələrlə çatdırırıq. Bunların hər biri olduqca ixtisaslaşmış əzələ hərəkətləri və söz sıralaması tələb etdiyi halda, biz bunlara diqqət ayırmırıq. Biz sadəcə söhbəti “arzulayırıq”. 100-ə yaxın əzələnin uyğun şəkildə yığılıb-açılaraq səslər, hecalar və sözlər çıxarması və mübtəda, xəbər, zərflik kimi üzvlərin uyğun zamanda işlədilməsi nəticəsində qarşı tərəfin başa düşdüyü cümlələr ortaya çıxır. Bu qədər kompleks mərhələlərə əsaslanan bir istedadı istifadə etmək üçün bizim “arzulamaq”dan başqa, demək olar ki, heç bir şey etməməyimiz, nitqin bioloji formalarla məhdud istedad olmadığını açıq şəkildə göstərir.

İnsanın danışıq bacarığı təkamül prosesinin xəyali zərurətləri və ya xəyali mexanizmləri ilə izah oluna bilməyən olduqca mürəkkəb qabiliyyətdir. Təkamülçülər çox çalışsalar da, kompleks bir istedad olan nitqin sadə heyvani ünsiyyət formalarından  təkamül keçirdiyi iddialarına dəlil göstərməkdə tamamilə uğursuz olublar.

davamı

Təkamülçülərin “Homo naledi” ssenarisi puç çıxdı

 

Keçən həftələrdə bir çox yerdə Homo naledi adlandırılmış bir fosilin insanın əcdadı olduğunu iddia edən xəbərlərə yer verildi. Çəkilən portretlər, yazılan hekayələr onun yarıinsan-yarımeymun olduğu iddiasını zehinlərə yerləşdirmək məqsədi güdürdü. Bəs insanabənzər kimi qələmə verilən bu fosil əslində nədir, bu iddiaların elmi əsasları varmı?

Bu yazımızda meymun sümüklərinin darvinistlər tərəfdən necə təbliğat alətinə çevrildiyinə bir daha şahid olacağıq.

TƏKAMÜL NAĞILININ SONU GƏLMƏYƏN “ƏCDAD” PROBLEMİ

Homo naledi Cənubi Afrikada, bir mağaranın dərinliklərində tapılmış dağınıq vəziyyətdəki 1550 sümük parçasından seçilərək bir yerə yığılan skeletdir.1 Uşaq və yetkin olmaqla 15 ayrı fərdə aid olduğu düşünülən irili-xırdalı sümüklər anatomik olaraq məntiqi formada düzülməyə cəhd olunmuşdur.

davamı

“National Geographic”in “İnamsızlıq dövrü” məqaləsində yaradılışçılığı tənqidlə bağlı hissəyə cavab

Bu məqaləmizdə “National Geographic Azərbaycan” jurnalında dərc olunmuş “Elmə qarşı skeptisizm” mövzusu əsasında hazırlanan “İnamsızlıq Dövrü” yazısının bəzi məqamlarını təhlil edəcəyik. Daha əvvəl jurnalda dərc olunan təkamül nəzəriyyəsini dəstəkləyən istiqamətdəki materialların elmi cəhətdən doğru olmadığını etibarlı mənbələrə istinad edərək sübut etmişik. Ona görə də, “National Geographic Azərbaycan” jurnalının bu mövzudakı cəhdləri uğursuz qiymətləndirilir. İndi isə yuxarıda adını çəkdiyimiz yazıdakı söz oyunlarına və elmi yanlışlıqlara bir-bir aydınlıq gətirək.

Elmə skeptik yanaşma nə deməkdir? Skeptisizm və yaxud şübhəçilik hər cür məlumata şübhə ilə yanaşan, hər hansı bir fikrin nədən yarandığını, sübutunu tələb edən, həmçinin

davamı

İrqlərin müxtəlifliyi nə üçün təkamülə dəlil deyil?

Ötən il media gündəmində qalmış qaradərili nigeriyalı qadının ağdərili uşaq dünyaya gətirməsi hadisəsi milyonda bir ehtimal olsa belə, elm tərəfindən çox sadə şəkildə izahını tapır. İngiltərənin Milton-Kins şəhərində Nigeriya əsilli qaradərili bir qadın ilə ağdərili ingilis olan həyat yoldaşın yaşıl gözlü, ağdərili uşaqları dünyaya gəlmişdi.1

Həyat yoldaşı Riçard Hovart ağdərili bir ingilis olmasına baxmayaraq, 32 yaşındakı Katerin Hovartın “tamamilə ağdərili irqdən” bir uşaq  dünyaya gətirməsini mütəxəssislər “milyonda bir ehtimal” adlandırıblar. “Daily Mirror” qəzetinə müsahibə verən cütlük 1 iyunda dünyaya gələn oğulları Conahın “dəri rəngini heç diqqətə almadıqlarını, maraqlandıqları yeganə məsələnin onun sağlam olması” olduğunu söyləyiblər. Təəccüblü ana: “bəzi uşaqların doğumdan sonra dəri rəngi dəyişir, amma Conahda belə bir şey olmadı. Həkimlər mənə resessiv bir gen daşıdığımı, övladımın buna görə ağdərili olduğunu söylədi. Ancaq bütün ailəm Nigeriyadadır və bildiyim qədərilə, nəslimdə bir dənə də olsun ağdərili yoxdur”,- deyib.

davamı

ATV.az saytında dərc olunmuş “İnsan meymundan yaranmayıb – Bəs bu nədir?” başlıqlı xəbərə cavab

ATV.az saytında 28 may 2015-ci il tarixində dərc olunmuş bir məqalədə Efiopiyada yeni tapılmış 3,5-3,3 milyon illik nəsli kəsilmiş bir meymuna aid fosil insanın əcdadı kimi göstərilməyə cəhd olunur. Müxtəlif qalıqların adları çəkilərək  verilən cüzi bir informasiya ilə insanın təkamül keçirdiyi təəssüratı formalaşdırılır. Yazıda Australopithecus deyiremeda latınca adı qoyulmuş sözügedən fosildən belə bəhs edilir:

“İndiyə qədər əldə olunan məlumatları nəzərə alsaq, yeni növ də daxil olmaqla, ilk insanların 4 növü olub. Bunlardan ən məşhuru 2,9-3,8 milyon il əvvəl yaşayan və bir zamanlar insanın birbaşa atası olduğu düşünülən “Australopithecus afarensis” növü idi. Daha sonra Keniyada “Kenyanthropus platyops” adlı növ idi. Çadda isə sonradan “Australopithecus bahrelghazali” adı verilən daha bir növ tapılmışdı”.1

Halbuki yazılanları diqqətlə araşdırsaq adı çəkilən nümunələrin, əslində, insanın təkamül keçirmədiyi yönündə dəlillər olduğunu görərik.

davamı

Təkamülçülərin “Gözdəki Xəta” İddiasına Cavab

Riçard Dokinz müasir dünyanın ən tanınmış təkamülçü bioloqlarından biridir. Oksford Universitetində zoologiya professoru olan Dokinzi məşhur edən amil isə, zoologiya sahəsindəki araşdırmaları deyil, darvinizmi və ateizmi müdafiəsində göstərdiyi inadkarlığıdır.

Dokinzin 1986-cı ildə “The Blind Watchmaker” adlı bir kitabı yayımlandı. “Kor Saatsaz” mənasını verən bu başlıq altında Dokinz oxucularını canlılardakı kompleks xüsusiyyətlərin, əslində, şüursuz təbii seçmə mexanizminin bir məhsulu olduğuna inandırmağa çalışır. Bu cəhd çox zaman spekulyasiyalara, xətalı təşbehlərə və yanlış hesablara əsaslanır və bu da indiyə qədər müxtəlif alimlər və yazıçılar tərəfindən ətraflı şəkildə tənqid edilmişdir1.

davamı

Neandertalların keçid forma yox, insan irqi olması ilə bağlı yeni kəşf

Neandertallar (Homo neanderthalensis) bundan 100 min il əvvəl Avropada birdən-birə üzə çıxmış və təxminən 35 min il əvvəl sürətlə və səssiz şəkildə yox olmuş və ya digər irqlərlə qarışaraq assimilyasiyaya uğramış insanlardır. Müasir insandan yeganə fərqi skeletlərinin daha güclü və kəllə sümüyünün ortasının daha hündür olmasıdır.

Neandertallar insan irqidir və bu gün bu həqiqət hər kəs tərəfindən qəbul edilir. Bəzi təkamülçü paleoantropoloqlar bu insanları uzun zaman “ibtidai növ” kimi qəbul edirdi, lakin kəşflər Neandertal insanının bu gün küçədə gəzən hər hansı “cüssəli” bir insandan fərqli olmadığını göstərir.

davamı

BBC Azərbaycan saytının “ibtidai insan” və “daş dövrü” xətaları

BBC Azərbaycan saytındakı digər təkamülçü yanlışlıqları buradan oxuya bilərsiz:

BBC Azərbaycan saytının “Primatların kəlləsini yumruqlar formalaşdırıb” başlıqlı yazısına cavab

BBC Azərbaycan saytının “Dinozavrların həlakı: qanunauyğunluq, yoxsa təsadüf?” başlıqlı yazısına cavab

 

BBC Azərbaycan saytının hələ də bəzi məqalələri aldadıcı mahiyyətdədir. 29 iyun 2014-cü il tarixli “Daş dövrünün pəhrizi” adlı məqalədə, əsas etibarilə, insanların süd içərək laktozaya qarşı davamlılıq əldə etdikləri bildirilir. Bundan əlavə, məqalə biri digərilə uyğun gəlməyən, eyni zamanda elmi faktlara əsaslanmayan təxəyyül təəsürratlı başqa ifadələrlə də doludur. Məqalənin içərisindəki əsas mühüm səhvi təqdim edirik:

davamı

Sonrakı Səhifə »

axtarış