• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

«Maddənin mütləq mövcudluğu» materialist əfsanədir

Keçmişdəki bəzi yunan filosoflarının təsirində qalan bir sıra mütəfəkkirlər materializmi son bir neçə əsrdə yenidən gündəmə gətirmişdilər. Materialistlərin ən təməl iddiası maddənin əzəli, mütləq həqiqət olması iddiası idi. Belə ki, kimyaçı Lavuazyenin “heç nə itmir və heç nə yoxdan yaranmır” şəklindəki ifadəsi kifayət qədər çox materialist üçün uzun müddət şüara çevrilmişdi.

Əlbəttə ki, maddənin mütləq həqiqət olması hər hansı dəlilə söykənməyən, əqli və vicdani cəhətdən heç bir əsası olmadığı göz qabağında olan iddiadır. Bütün kainat və içində ehtiva etdiyi hər şey «böyük partlayış» adı verilən metafizik hadisə ilə yoxdan yaradılmışdır. Əvvəla, hər an hər şey beynimizin içində hissiyyat kimi yepyeni bir şəkildə yaradılır. Gözümüzü hara çevirsək, bu, belədir. İnsanın özü, canlılar, Yer kürəsi, planetlər, ulduzlar, qalaktikalar və kainat hər an yoxdan yaradılır.

Maraqlıdır, materialistlərin digər iddiaları kimi, maddənin mütləq olması iddiası da irəliləyən elmi tədqiqatlarla təkzib edilmişdir. Elementar zərrəciklər fizikası adlı müasir fizikanın bir bölməsi bunun tamamilə səhv olduğunu izah edir.

Antimaddə və maddənin qeyri-maddədən yaradılışı

Kvant fizikasının görkəmli simalarından olan Pol Dirak (Paul Dirac) Eynşteynin nisbilik nəzəriyyəsini və kvant nəzəriyyəsini riyazi olaraq tədqiq etdi. 1928-ci ildə apardığı hesablamalara görə pozitron deyilən, o vaxta qədər heç tanış olmayan zərrəciklərin əmələ gələ biləcəyini irəli sürdü. Pozitronlar təbiətdə normal şərtlər daxilində rast gəlmədiyimiz “antimaddə” adlanan hissəciklərdir. Xüsusiyyəti elektronlara bənzəyir, amma yükləri mənfi deyil, müsbətdir. Antimaddə maddə ilə birləşəndə birlikdə yox olur. Bir proqnoz kimi qalan bu iddia az müddətdən sonra təcrübi şəkildə də sübut edildi.

Pol Dirak 20-ci əsrin ən zəkalı və ən uğurlu nəzəri fiziklərindən biri idi. Elm tarixinin ən həyəcanlandırıcı kəşflərindən olan antimaddənin varlığını ilk dəfə o irəli sürmüşdü. Varlığın öz antimaddəsi ilə birlikdə yaradılışı materialistlərin ən təməl fərziyyəsi olan maddənin yox olmayacağı və yoxdan var olmadığı zənlərini tamamilə sonlandırdı. Möhtəşəm riyazi qabiliyyəti olan Dirak “Allah kainatı yaradarkən çox ali dərəcəli riyaziyyatdan istifadə etmişdir” ifadəsini də işlətmişdir. (1)

1932-ci ildə Karl Devid Anderson pozitron adlı antimaddəni duman kameralarında kosmik şüaları tədqiq edərkən kəşf etdi. Bu kəşflə Dirakın nəzəri şəkildə irəli sürdüyü zərrəciklərin varlığı sübut edildi. Materialist fəlsəfəyə ağır zərbə endirən bu kəşf 1936-cı ildə Nobel ilə mükafatlandırıldı.2

Duman kameralarının içərisi su buxarı ilə doludur. Müasir fizikada yeni zərrəciklərin kəşfi üçün geniş istifadə edilən bir vasitədir. Karl Devid Anderson da pozitronun kəşfində duman kameralarından istifadə etmişdir.

Materialist fəlsəfənin mifi olan “maddə maddədir, maddə mütləq həqiqətdir” sözü bu kəşflə birlikdə qəti şəkildə tarixə qarışdı.

Pozitronlar və elektronlar maddənin «maddə təbiətli» olmamasının canlı nümunələridir. Yuxarıdakı şəkillər bunu göstərir.

 

İrəliləyən dövrlərdə pozitron kimi bir çox antimaddə kəşf edildi. Bu həqiqətə də Quran ayəsində möcüzəvi şəkildə diqqət çəkilmişdir:

Biz hər şeydən cüt-cüt yaratdıq. Bəlkə, bir düşünüb ibrət alasınız! (51/49)

(Şübhəsiz, Allah daha doğrusunu bilir)

Maddənin dalğaya çevrilməsi və dalğanın maddəyə dönməsi elm aləmində o qədər yayılmış bir həqiqətdir ki, fizikada bu həqiqət Feynman diaqramları kimi tanınan şəkillərlə təsvir edilir. Məsələn, yuxarıdakı şəkildə pozitron və elektron antimaddə və maddələri birləşərək dalğaya çevrilir, yəni maddə olmaqdan çıxır. Daha sonra yenidən pozitron və elektronların meydana gəldiyi müşahidə edilir. Eynilə ayədə deyildiyi kimi, “…ölüdən diri, diridən də ölü çıxardan Allahdır…” (Ənam surəsi, 95)

CERN kimi tanınan ən böyük elementar zərrəciklər fizikası laboratoriyasında, bəlkə də, bəşər tarixinin ən maraqlı təcrübələri aparılır. CERN Fransa-İsveçrə sərhədində yerin 100 metr altında və 27 km uzunluğunda çevrə formasında dizayn edilmişdir. Çevrə formasındakı borularda bir-birinə əks istiqamətdə proton adlı zərrəciklər sürətləndirilir. Əks istiqamətdə hərəkət etdirilən zərrəciklərin sürətləri, yəni enerjiləri lazımi səviyyəyə çatanda isə bir-birilə toqquşdurulur. Bu toqquşma sayəsində olduqca böyük enerji üzə çıxır. Bunun sayəsində çox qısa müddət ərzində saysız-hesabsız yeni zərrəcik yaranır. Göründüyü kimi, CERN materializmə böyük zərbə vurur. Alimlər zərrəciklərin yüksək sürətlə bir-birilə toqquşması nəticəsində baş verənləri kainatın Allah tərəfindən yaradıldıqdan çox az bir zaman sonra baş tutan hadisələrə oxşadığını bildirirlər. Bu anın tədqiq edilməsi ilə kainatın “Big Bang” ilə yaradılmasının təfərrüatlarını öyrənir və nəzəri fizikanın gündəm problemlərinə həll yolu axtarırlar.

Maddənin antimaddə ilə birləşməsi nəticəsində enerji üzə çıxır. Bu enerji şüalanma şəklində, dalğa formasında daşınır. Ancaq “enerji” apardığımız riyazi əməliyyatları asanlaşdırmaq üçün bizim qoyduğumuz addır. Beləliklə, maddənin mütləq varlığı olmadığı aparılan təcrübələrdə, müasir fizikanın izahlarında açıq şəkildə ortaya çıxmışdır.

Belə ki, məşhur mütəfəkkir Artur Köstler materializmin düşdüyü bu vəziyyəti bu sözləriylə ifadə edir: “Materializmin elmi bir düşüncə olduğunu daha heç kəs iddia edə bilməz”.3

 

İqtibaslar:

  1. Mətnin ingiliscə variantı: “God is a mathematician of a very high order, and He used very advanced mathematics in constructing the universe”; Paul Dirac, “The Evolution of the Physicist’s Picture of Nature”, Scientific American, 208, no. 5, May 1963, p. 53
  2. http://nobelprizes.com/nobel/physics/1936b.html
  3. Arthur Koestler, Janus: A Summing Up, New York: Vintage Books, 1978, s. 250

Şərh üçün bağlıdır.

axtarış