• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

Darvinistlərin ixtiozavrlar haqqındakı səhvləri

Keçdiyimiz günlərdə bəzi media yayımlarında 170 milyon illik bir fosil tapıldığına dair xəbərlər yer aldı. Mövzunu diqqət çəkici edən xüsusiyyət milyon illər əvvələ aid bir canlının qalıqları olması deyildi. Xəbərlərdə fosilin bir sürünən-balıq (kələz-balıq) növünə aid olduğu iddia edilirdi və ixtiozavr (Ichthyosaurus) adı verilən bu canlının sürünənlər ilə balıqlar arasında keçid forma olduğu təbliğatı aparılırdı.

Bu məqaləmizdə göstərilən iddiaların yanlışlığını elmi dəlilləri ələ alaraq, özünəməxsus, bənzərsiz fiziki xüsusiyyətlərilə diqqəti çəkən bu canlının təkamülçülərin iddia ettikləri tərzdə bir keçid növ olmadığını izah edəcəyik.

İxtiozavrlar 245-65 milyon il əvvəl Mezozoy dövründə yaşamış olan dəniz sürünənləridir. Bu canlıların yaşadığı dövrdə quruda və dənizlərdə böyük sürünənlər, məməlilər, quşlar və çiçəkli bitkilər də var idi . Fosil qeydlərinə görə, ixtiozavrlar dinozavrlar hələ yer üzündə yox ikən okeanlarda üzüb ov edirdilər. Tam bir dəniz canlısı olmalarına rəğmən, bəzi media yayımlarında onlar israrla yarı-sürünən kimi göstərilməyə çalışılır.

ixtiozavr1

Məqalədə adı keçən və 2015-ci ilin əvvəllərində Şotlandiyadan tapılmış ixtiozavr növünün təmsili rəsmi.

Görünüş etibarilə, bu canlılar eynilə bir dəniz məməlisi olan delfinlərə çox bənzəyir. Məlum olan hər hansı bir sürünənə bənzəməməsinə və dəniz canlısı xüsusiyyətləri daşımasına rəğmən kələz-balıq kimi qiymətləndirilməsinin tarixçəsi 19-cu yüzilliyin başlanğıcına kimi gedib çıxır. Bu mövzuda çox mübahisələr yaşanmış, hətta ilk tapılan fosil örnəkləri təkamülçülər tərəfindən “balıq” kimi tanıdılmışdır.

İxtiozavr qurudakı həyata dair heç bir xüsusiyyət daşımayan tam bir dəniz canlısıdır. Su içində yaşayan, Arximed qüvvəsinə uyğun bədən quruluşuna sahibdir, mükəmməl üzmə qabiliyyətinə malikdir. Belə ki, balıq fəqərəsindən fərqsiz olan diskşəkilli fəqərələrə malikdir.1

Bu canlının ən çox məlum olan xüsusiyyətlərindən biri də quru ilə əlaqəsinin olmaması, okeanın dərinliklərində yaşayan dib canlısı olmasıdır. Dəniz dibində bacarıqlı bir ovçu, qüsursuz üzgəclərə sahib dəniz sürünəni olan bu canlının 19-cu əsrin başlanğıcında tapılan ilk fosillərində bel üzgəci müşahidə edilməmişdi. Amma 19-cu əsrin sonlarına yaxın, Almaniyada Holsmaden çöküntü yatağında (Holzmaden Lagerstätten), xüsusi şərait sayəsində yumşaq toxumalara aid izlərin çox yaxşı qorunduğu fosillər tapılmışdır. Bu fosillər eynilə delfinlərdə olduğu kimi bir “bel üzgəci”, üfüqi deyil, perpendikulyar ayparaşəkilli bir quyruq üzgəci və yanlardan aşağı doğru baxan sivri uclu qarın üzgəclərinin varlığını üzə çıxarmışdır. Bəzi örnəklərdə üzgəclərin 4 qatdan ibarət kollagen təbəqə və tor toxuma ilə dəstəkləndiyi müşahidə edilmişdir.2

Canlının dəri quruluşunun da digər sürünənlərə əsla bənzəmədiyi açıq-aşkar bəlli olmuşdur. Bildiyimiz kimi, sürünənlərin dərisi pulcuqlarla örtülüdür. Amma incə tədqiqatlar nəticəsində məlum olmuşdur ki, ixtiozavr dərisi tamamilə pulcuqsuz olub eynilə delfinlərdə olduğu kimi düz və elastik quruluşludur.3

ixtiozavr2

Şəkildə doğuş əsnasında fosilləşmiş bala ixtiozavrı və ananın qarın bölgəsinə aid sümükləri görürsünüz. Bu kimi “kritik anlar”a aid daha bir çox fosil ixtiozavrların unikal sürünənlər olduğunu göstərmişdir.

Təkamülçülərin varlığını iddia ettikləri xəyali kələz-balıqlar şirin su kənarlarında yaşamalıydılar. Timsah kimi sürünənlər çayların axdığı şirin su hövzələrində yaşayırlar. İxtiozavrlar isə sahil canlıları deyil və duzlu sularda, açıq dənizlərin və okeanların dərinliklərində yaşamışdılar.4 Məhz bu səbəbdən də ixtiozavr haqqındakı darvinist iddialar və “qurudan suya qayıdış” nağılı içindən çıxılmaz bir hal olaraq qalmışdır.

Bu canlılar yer üzündəki bütün canlılar arasında ən böyük gözə sahibdir. Qeydə alınan ən böyük ixtiozavr gözü 264 mm ölçüdə olub 12 metr uzunluğunda olduğu təxmin edilən Temnodontosaurus platyodon”a aiddir. Hər hansı bir dinozavrın və ya bir balinanın gözü isə bu canlıların gözündən çox kiçikdir. Böyük gözlər ixtiozavrların işığın çox az çatdığı qaranlıq dərin sularda rahatlıqla ov etdiklərini göstərir və bu şəkildə canlının ovunu çox rahat tapa bildiyi qəbul edilir.

Bildiyimiz kimi, sürünənlərin hamısı yumurtlayaraq çoxalan canlılardır. Amma ixtiozavrlar balasını amnion kisəsində böyüdüb diribaladoğan dəniz sürünənləridir. Qarnında dölü ilə fosilləşmiş çox sayda ixtiozavr fosili tapılmışdır.5

Sürünənlər adətən soyuqqanlı, yumurtlayan canlılardır. Ətraf mühitin temperaturu maddələr mübadiləsi və hərəkətlərinin sürətini müəyyən edən əsas amildir. Lakin ixtiozavrların istiqanlı olduqları qəbul edilir. Çünki Şimal Buzlu okeanın sularında soyuqdan təsirlənmədən çox sürətli üzdükləri bilinən, sürətli maddələr mübadiləsinə sahib ovçu canlılardır.

Təkamül iddiasını məhv edən açıq həqiqətlərdən başqa biri də ixtiozavrların dünyanın bir çox yerində eyni vaxtda ortaya çıxmalarıdır. Təkamülçü paleontoloq, professor Rösuke Motani bu vəziyyəti belə bildirir:

“İxtiozavrlara aid olan ilk aydın fosil nümunələri Trias dövründə başda Kanada, Çin, Yaponiya və Şpitsbergen (Şimali Norveç) olmaqla, şimal yarımkürəsində geniş yayılmış halda, anidən və təqribən eyni anda ortaya çıxır…6

Bu təkamülçü alimin etirafında da göründüyü kimi, ixtiozavr yer üzündə əskiksiz və qüsursuz üzv və sistemlərə sahib olaraq bir anda ortaya çıxmışdır. Fosil qeydlərində ixtiozavrların əcdadları olaraq iddia edilə biləcək keçid formalardan əsər-əlamət yoxdur.

Kolbert və Morales “Evolution of the Vertebrates” (Onurğalıların təkamülü) adlı kitablarında bu canlıların mənşəyinin təkamül baxımından izah edilə bilməməsini belə qəbul edirlər:

“Dəniz sürünənlərinin bir çox yöndən ən xüsusiləşmiş növü olan ixtiozavr erkən Trias dövründə ortaya çıxmışdır. Sürünənlərin geologiya tarixinə daxil olması son dərəcə ani və dramatik şəkildə baş vermişdir. Trias dövründən əvvəlki dövrlərə aid fosil yataqlarında ixtiozavrların əcdadlarına aid heç bir iz yoxdur… İxtiozavr əlaqələri haqqındakı ən başlıca problem bu canlıları məlum olan başqa hər hansı bir sürünən dəstəsinə daxil edə bilmək üçün heç bir dəlilin tapılmamasıdır”.7

Bu canlıların əcdadı  kimi iddia edilə biləcək, ona bənzəyən, daha əskik sistemlərə sahib hər hansı bir quru və ya dəniz canlısı yoxdur. Əcdadı belə göstərilə bilməyən bir növün təkamül keçirdiyini iddia etmək isə tamamilə mənasızdır.

Xülasə, təkamül nağılının qurudan dənizə geri qayıdış hissəsindəki məntiqsizliyi örtmək üçün mükəmməl üzmə qabiliyyəti olan, nəsli kəsilmiş bu dəniz sürünənini təbliğat aləti etməyə çalışan darvinistlər boş yerə əziyyət çəkirlər. 170 milyon il əvvələ aid bu fosil təkamülçü nəşrlərdəki təbliğatın əksinə, keçid olan bir növə aid deyil, tipik dəniz dibi canlısına aiddir.

 

Digər əlaqədar məqalələrimiz:

Mənbələr:

  1. Sander, P.M., 2000, “Ichthyosauria: their diversity, distribution, and phylogeny”, Paläontologische Zeitschrift 74: 1–35
  2. Lingham-Soliar, T., 1999, “Rare soft-tissue preservation showing fibrous structures in an ichthyosaur from the Lower Lias (Jurassic) of England”, Proceedings of the Royal Society of London B 266: 2367-2373
  3. Lingham-Soliar, T., 2001, “The ichthyosaur integument: skin fibers, a means for a strong, flexible and smooth skin”, Lethaia 34: 287-302
  4. McGowan, C., 1978, “Further evidence for the wide geographical distribution of ichthyosaur taxa (Reptilia, Ichthyosauria)”,Journal of Paleontology 52: 1155–1162
  5. Motani R, Jiang D-y, Tintori A, Rieppel O, Chen G-b (2014) Terrestrial Origin of Viviparity in Mesozoic Marine Reptiles Indicated by Early Triassic Embryonic Fossils. PLoS ONE 9(2): e88640
  6. Ryosuke Motani, “Evolution of Fish-Shaped Reptiles (Reptilia: Ichthyopterygia) in Their Physical Environments and Constraints,” Annual Review of Earth and Planetary Sciences, Vol. 33: 395–420
  7. E. H. Colbert, M. Morales, Evolution of the Vertebrates, New York, John Wiley and Sons, 1991, səh. 193

Şərh üçün bağlıdır.

axtarış